Məhkəmə qərarları › İş №2(060)-3304/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3304/2025

03.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3304/2025 03.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Abşeron Rayon Qeydiyyat Şöəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.Ərizəçi maraqlı şəxs Abşeron Rayon Qeydiyyat Şöəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X4 xx.xx.2025-ci ildə Abşeron rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X6 3 ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi. Evdə müalicə olunurdu. xx.xx.2025-ci ildə vəfat etmişdir. Lakin ölüm kağızı almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, həmin qurum tərəfindən ona imtina verilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 sayiı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarımn dövlət qeydiyyatı Qaydası” nm 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktım təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşm ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bildirilir ki, “siz ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyiniz üçün ölümün qeydə alınması imkanımız xaricindədir. Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyinizi tövsiyə edir”. Ərizəçi qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsini müdafiə etdiyini bildirdi vətəmin edilməsini məhkəmədən xahiş etdi. 4.Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işəmaraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, ərizəçi onun anasının xalası, mərhum Nizami isə onun oğludur. X1 xx.xx.2025-ci ildə vəfat edib. Onun yas və dəfn mərasimində iştirak edib. 6.Şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, mərhum onun yoldaşıdır. X6 xx.xx.2025-ci ildə vəfat edib və Coratda dəfn olunub. 7.Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İşdə olan XİV JQ 337233 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1988-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. X2, anası Ərizəçidır.

9. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon Qeydiyyatşöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxs X4 ölümünü təsdiq edən sənəd olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir.

10. İşdə olan Sumqqayıt şəhər Corat Bələdiyyəsinin 48 saylı, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X6 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Corat Qəbirstanlığında dəfn edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin oğlu X6 xx.xx.2025-ci ildə Abşeron rayonunda vəfat etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 12.Ərizəçinin oğlu X4 xx.xx.2025-ci ildə Abşeron rayonunda vəfat etməsi faktı şahid ifadələri və iş materialları ilə tam təsdiq olunur.

13. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. 14.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin oğlu X4 xx.xx.2025-ci ildə Abşeron rayonunda ölməsi faktı müəyyən olunmalıdır. 15.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. 16.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 17.Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 18.Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 19.Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

Nəticə hissəsi: 20.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: Ərizə təmin edilsin. Ərizəçinin oğlu X4 xx.xx.2025-ci ildə Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar