Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3322/2020 22.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili İsmayılov Ceyhun Zöhrab oğlunun, Cavabdeh Suyəddin qızının, Onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Zabişah oğlunun Cavabdeh Suyəddin qızına qarşı «ər-arvadın ümumi birgə əmlakının bölünməsi və həmin əmlakda ər-arvadın paylarının müəyyən edilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Zabişah oğlu Cavabdeh Suyəddin qızına qarşı «ər-arvadın ümumi birgə əmlakının bölünməsi və həmin əmlakda ər-arvadın paylarının müəyyən edilməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək,onunla Cavabdeh Suyəddin qızının birgə nikah dövründə əvəzli və əvəzsiz əqdlər əsasında əldə edilmiş və Cavabdeh Suyəddin qızının adına tam mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reystrində dövlət qeydiyyatına alınmış ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzilin (əmlakın) tərəflərin birgə nikah dövründə əldə etdiyi ümumi birgə mülkiyyəti sayılması (hesab edilməsi) və həmin mənzilə (əmlaka) 6/7 (yeddidə altı) hissədə onun payının, 1/7 (yeddidə bir) hissədə isə Cavabdeh Suyəddin qızının payının müəyyən edilməklə bölünməsi haqqındaqətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili İsmayılov Ceyhun Zöhrab oğluməhkəmə iclasındaiddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki,iddiaçı Cavabdeh Suyəddin qızı ilə xx.xx.1993-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş vənikah Sumqayıt şəhər Nikah Evində xx.xx.1993cü il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1079 nömrə ilə qeyd edilmişdir.Tərəflərinbirgə nikahlarından xx.xx.1996-ci il təvəllüdlü X4 və xx.xx.2002-ci il təvəllüdlü X5 adlı iki övladları anadan olmuşdur. xx.xx.1996-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatmış, xx.xx.2002-ci il təvəllüdlü X5 isə hələ yetkinlik yaşına çatmamışdır. Ailə qurduqdan bir müddət sonra cavabdehlə aralarındakı ailə münasibətləri pisləşmişdir. Buna görə də Cavabdeh Suyəddin qızı iddiaçıya qarşı “nikahın pozulması və sabit pul məbləğində alimentin verilməsi tələbinə dair” İddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı ilə aralarında olan nikahın pozulması, xx.xx.2002-ci il təvəllüdlü X1 üçün iddiaçıdan hər ay 200 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir.Sonra Cavabdeh Suyəddin qızı iddia tələbinə dəqiqləşdirmə verərək, iddiaçıilə aralarında olan nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2002- ci il təvəllüdlü X2 onun himayəsinə verilməsi və uşağın saxlanması üçün hər ay 100 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı Zabişah oğlu ilə Cavabdeh Suyəddin qızı arasında Sumqayıt şəhər Nikah evində xx.xx.1993-cü il tarixdə bağlanmış, 1079 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2002-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər anası Cavabdeh Suyəddin qızının yanında qalması, xx xxxx 2018-ci il tarixdən etibarən xx.xx.2002-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 100 manat miqdarında alimentin İddiaçı Zabişah oğlundan tutularaq CavabdehSuyəddin qızına verilməsi qət edilmişdir. Məlumat üçün bildirir ki, iddiaçı 2005-ci ildən 2007-ci ilədək olan 1 il, 9 ay müddətində kərpic zavodunda fəhlə işləmişdir. 2007-ci ildən xx.xx.2013-cü ilədək dövrdə isə “Şərq” Bazarının qarşısında günəmuzd fəhlə işləmişdir. xx.xx.2013-cü ildən xx.xx.2017-ci ilədək olan dövrdə “xxxxxxx” MMC-də fəhlə kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Hal-hazırda da iddiaçı “Şərq” Bazarının qarşısında günəmuzd fəhlə işləyir. Qeyd etmək istəyir ki, cavabdehlə birgə nikah dövründə, yəni 2013-cü ildə atasının öz mülkiyyətində olduğu daşınmaz əmlakların alqı-satqı müqaviləsi əsasında satışından əldə etdiyi 49.459.50 manat (44659.50 (mənzili)+4800 (torpaq sahəsi)=49459.50) pulun iddiaçıya verdiyi təxminən yarı hissəsi (əlli faizi)-26000 manat (24000(mənzil)+2000(torpaq sahəsi)=26000) və ər-arvadın birgə qazancı-9000 (dəqquz min) manat hesabına dəyəri (qiyməti) 35000 manat (26000+9000=35000) olan 1 (bir) daşınmaz əmlak-ünvan 1 ünvanında yerləşən 13 nömrəli, 1 otaqlı mənzil əldə edilmişdir. Belə ki, iddiaçının atası Allahverdiyev Zabişah Mövlud oğlu xx xxxxxx 2013-cü il tarixli, AN-İ ******* nömrəli “DAŞİNMAZ ƏMLAKİN ALQİ-SATQİ MÜQAVİLƏSİ” və xx xxxxxx 2014-cü il tarixli, AN-İ ******* nömrəli “DAŞİNMAZ ƏMLAKİN ALQİ-SATQİ MÜQAVİLƏSİ” əsasında özünə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan 2 daşınmaz əmlakı Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 22, mənzil 35-də yerləşən ümumi sahəsi 69.9 kv.metr yaşayış sahəsi, 47.4 kv.metr olan 3 otaqlı mənzili və ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.2 ha olan torpaq sahəsini satmış və onların satışından əldə edilən pulun təxminən yarı hissəsini iddiaçıya vermiş və iddiaçı də həmin pulu qeyd edilən mənzilin alınmasına sərf etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsibarədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Suyəddin qızı iddia tələbini qismən qəbul edərək göstərdi ki, mübahisəli mənzil birgə nikahda olduqları dövrdə alınmışdır və mənzil alınarkən qaynatasıverdiyi pulu onlara bağışlamışdır. Lakin mənzil alınarkən tam təmirsiz olmuşdur. O, iddiaçı ilə ailə qurduğu dövrdə daim işləmişdir. Mənzil alındığı dövrdə və hal-hazırda o, Karvan ticarət mərkəzində ticarətlə məşğul olur. Ona görə də mübahisəli mənzil onun qazancı hesabına əsaslı təmir edilmişdir. Bundan başqa ailənin bütün təlabatlarını, usaqlarının təhsil xərclərinin o, ödəmişdir.Ona görə də hesab edir ki, həmin mənzil üzərindəki paylar bərabər şəkildə müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzilin üzərində payların ½ hissədə iddiaçının, ½ hissədə onun olmaqla müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qismən əsaslı hesab edərək göstərdi ki, mübahisəli mənzil tərəflərin birgə nikahda oluqları dövrdə əldə edilmiş, ona görə də iddia tələbinin mənzilintərəflərin birgə nikah dövründə əldə etdiyi ümumi birgə mülkiyyəti sayılması hissəsini əsaslı hesab edirlər. Bundan başqa mənzil alınarkən tam təmirsiz olmuş və mənzil cavabdehin qazancı hesabına təmir edilmişdir. Mənzil mülkiyyət kimi tam şəkildə cavabdehin adına qeydə alınmasına baxmayaraq, cavabdeh tərəf mənzildə payların bərabər şəkildə bölünməsinə etiraz etmirlər. Qeyd olunanlara əsasən ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzilin üzərində payların ½ hissədə iddiaçının, ½ hissədə cavabdehin olmaqla müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, tərəflər onun valideyinləridir. Mübahisəli mənzil alınarkən tam təmirsiz olmuşdur. Anası daim işləmiş, ailənin bütün təlabatlarını ödəmiş, onun təhsili ilə bağlı xərcləri çəkmişdir. Mənzildə anasının qazancı hesabına əsaslı təmir edilmişdir. Atası əvvəllər işləsə də, sonradan işdən çıxmışdır. Anası “Karvan” ticarət mərkəzində xırda ticarətlə məşğul olur. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7453/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı Zəbişah oğlu ilə Cavabdeh Suyəddin qızı arasında Sumqayıt şəhər Nikah evində xx.xx.1993-cü il tarixdə bağlanmış, 1079 nömrə ilə qeydə alınmış nikah qeydinin pozulması, birgə nikahdan olan xx.xx.2002-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər anası Cavabdeh Suyəddin qızının yanındaqalması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Sumqayıt şəhər 3 saylı Notariat kontorunun xx.xx.2013-cü il tarixli, 4Ə-719 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən 13 saylı mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarışı ilə Cavabdeh Suyəddin qızının tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materialları və işin araşdırılan hallarına əsasən müəyyən olunur ki, tərəflər xx.xx.1993cü il tarixdə rəsmi nikaha girərək, ailə həyatı qurmuşlar və onlar ünvan 3 ünvanında yerləşən 13 saylı mənzili birgə nikahda olduqları dövrdə əldə etmişlər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.2.2, 37.1 və 37.2-ci maddələrinə istinad etməklə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ünvan 3 ünvanında yerləşən 13 saylı mənzil İddiaçı Zəbişah oğlu ilə Cavabdeh Suyəddin qızının birgə nikahda olduqları dövrdə əldə edildindən, həmin mənzil üzərində paylar, ½ hissədə İddiaçı Zəbişah oğlunun, ½ hissədə Cavabdeh Suyəddin qızının olmaqla bərabər hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinin mahiyyətinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsində göstərilir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 37.1-ci maddəsinin tələbinə əsasən ərarvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə, işin bütün hallarının məcmusuna, hərtərəfli, tamvə obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək, birgə nikahdan olan xx.xx.2002-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər anası Cavabdeh Suyəddin qızının yanında qalmasını, mənzil alındıqdan sonra tərəflərin vəsaiti hesabına əsaslı təmir edildiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbiqismən təmin edilməli, birgə nikah dövründə əldə edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh Suyəddin qızının adına qeydiyyata alınmış ünvan 3 ünvanında yerləşən 13 saylı mənzil üzərində paylar, ½ hissədə İddiaçı Zəbişah oğlunun, ½ hissədə Cavabdeh Suyəddin qızının olmaqla bərabər müəyyən edilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Birgə nikah dövründə əldə edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh Suyəddin qızının adına qeydiyyata alınmış ünvan 3 ünvanında yerləşən 13 saylı mənzil üzərində paylar, ½ hissədə İddiaçı Zəbişah oğlunun, ½ hissədə Cavabdeh Suyəddin qızının olmaqla bərabər müəyyən edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏRİSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-3322/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3322/2020
22.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver