Məhkəmə qərarları › İş №2(060)-3339/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3339/2022

03.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3339/2022 03.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi oğlunun şəxsin ölüm faktının müəyyən edilməsinə (Maraqlı şəxs: Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi) dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 27.10.2010-cu il tarixdə anadan olmuş X12 Nurəli oğlunun 02.04.2016-cı il tarixdə ev şəraitində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1980-ci ildə Laçın rayonunda anadan olmuşdur. X1 ilə 25.10.2007-ci ildə nikaha girməklə ailə həyatı qurmuşdur. Nikahlarından 29.09.2008-ci il təvəllüdlü X2, 27.10.2010-cu il təvəllüdlü Fərəcov Əli Nurəli oğlu, 20.09.2015-ci il təvəllüdlü X3 və 12.02.2018-ci il təvəllüdlü X10 oğlu adlı 4 övladları anadan olmuşdur. Ərizəçi ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. X12 Nurəli oğlu 27.10.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş və 02.04.2016-cı il tarixdə sıradan çıxmışdır (ölməsi ilə əlaqədar). Həmin gün də Sumqayıt şəhər Qəbristanlığında dəfn olunmuşdur. Övladı anadangəlmə xəstə olduğu üçün o vaxt onun ölüm haqqında şəhadətnaməsini nə vaxtsa zəruri bir sənəd olacağını düşünməmişdir. Hal-hazırda isə oğlunun ölüm haqqında şəhadətnaməsi vacib sənədə çevrilmişdir. Belə ki, hər hansı bir ailə tərkibi və s. arayış aldıqda mərhum oğlu 27.10.2010-cu il təvəllüdlü Fərəcov Əli Nurəli oğlunu da ölüm haqqında şəhadətnaməsi olmadığı üçün sağ kimi sənədlərdə göstərirlər. Ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı rəsmi şəkildə Sumqayıt şəhər Qeydiyyat İdarəsinə müraciət etsələr də, bunun mümkün olmadığını bildirmişdirlər. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında ərizəçi ərizəsi ilə eyni məzmunlu izahat verərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Musayev Pənah Məhəmməd oğlu ifadə verərək bildirdi ki, ərizəçi ilə birlikdə işləmişdir, həmçinin onun kəndlisidir. Uşağın xəstə olduğunu, 2016-cı ildə vəfat etdiyini bildirdi. Nurəli uşağını tez-tez həkimə aparıb gətirmişdir, uşaq xəstə olanda dəfələrlə uşağın yanına ziyarətə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirdi ki, ərizəçi ilə qonşudur. Fərəcov Əli Nurəli oğlu anadangəlmə xəstə idi, xəstəliyi ilə əlaqədar 2016-cı ilin aprel ayının 2-də vəfat etdi. Məhkəmə ərizəçini və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Vətəndaşlara Xidmət İdarəsinin verdiyi 16 saylı, 12.04.2022-ci il tarixli arayışdan görünür ki, 02.04.2016-cı ildə ölmüş Fərəcov Əli Nurəli oğlu Sumqayıt şəhər qəbirstanlığında dəfn edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 12.04.2022-ci il tarixli 05/Q-1337/15 saylı məktubundan görünür ki, Fərəcov Əli Nurəli oğlunun ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən Fərəcov Nurəli Məhəmməd oğluna məhkəməyə müraciət olunması məsləhət bilinmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin X12 Nurəli oğlu 02.04.2016-cı ildə yaşadığı mənzildə ölmüşdür. Mərhum ölümü ilə əlaqədar ölüm haqqında şəhadətnamə verilməmişdir. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun atası olan ərizəçi üçün bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyrimümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 27.10.2010-cu il təvəllüdlü Fərəcov Əli Nurəli oğlunun 02.04.2016-cı il tarixdə Sumqayıt şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar