Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3357/2022 14.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi2 iştirakı ilə, Ərizəçi2 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi1 mərhum qaynanası X2 ölümünün qeyd alınması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Ərizəçi1 əsl Ərizəçi2 ilə əvəz edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 17/29-da yerləşən 24 saylı mənzil xx.xx.1973-cü il tarixli, 10/898 №-li order əsasında Ərizəçi1 verilmişdir. Həmin orderdə mənzildən istifadə etmək hüququ olan şəxslər kimi Ərizəçi1 başqa Ərizəçi2, mərhum X3 və mərhum X2 adları da qeyd olunmuşdur. Ərizəçi1 qeyd olunan mənzilə dair hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun tələblərinə əsasən orderdə adları qeyd olunan ailə üzvlərinin yazılı razılıq ərizəsini və ya həmin şəxslər öldükdə ölüm haqqında şəhadətnamələrinin surətini təqdim etmək məcburiyyətindədir. Adları qeyd olunan ailə üzvlərindən Ərizəçi1 oğlu Ərizəçi2 ilə birlikdə həmin mənzildə yaşayır. X7 ölüm haqqında şəhadətnaməsi isə mövcuddur. Lakin mərhum X2 ölüm haqqında şəhadətnaməsi itmişdir. Belə ki, mərhum X4, mənzil Ərizəçi1 verilərkən Sumqayıta evlərinə qonaq gəlmiş və sənədləşdirmə işləri aparılan zaman mərhumun adı da mənzildə yaşayan şəxs kimi orderə əlavə edilmişdir. Order verildikdə bir neçə ay sonra X4 yaşadığı Ermənistan Respublikası, Sisiyan rayonunun, Vağadi kəndinə qayıtmış və 1974-cü ildə orada rəhmətə getmişdir. Digər ailə üzvləri tərəfindən ölüm haqqında şəhadətnaməsi itirilmişdir. Belə ki, mərhum X4 ilə birlikdə yaşayan qohumları 1988-ci ildə azərbaycanlıların Ermənistan Respublikasından kütləvi deportasiyası zamanı qaçqın düşmüş və Azərbaycan gəlmişlər. Gələrkən də yalnız zəruri hesab edilən əşyaları və sənədləri özləri ilə gətirdikləri üçün mərhum X2 ölüm haqqında şəhadətnaməsi itmişdir. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün qeydiyyat şöbəsinə müraciət olunmuş, Ərizəçi1 məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Məhkəmə iclasında ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, faktın təsdiqi orderlə anasına verilmiş mənzilin özəlləşdirilməsi üçün lazımdır. Belə ki, Saray Quliyeva orderdə qeyd olunduğundan müvafiq dövlət orqanı onun da razılığını tələb edir. Maraqlı şəxs Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmədə şahid X1 ifadə verərək bildirdi ki, o, ərizəçinin mərhum atası ilə dost olmuşdur. Ərizəçinin nənəsi X4 1974-cü ilin payız aylarında Qərbi Azərbaycanda vəfat etmişdir və orada da dəfn olunmuşdur. O, ərizəçinin atası ilə yaxın dost olduğundan onların evinə tez-tez gedib-gəlmiş, lakin heç vaxt ərizəçinin nənəsini o ünvanda görməmişdir. Məhkəmədə şahid X5 ifadə verərək bildirdi ki, ərizəçi onun dayısı oğludur və X4 1974-cü ilin payız aylarında Qərbi Azərbaycanda vəfat etmişdir və orada da dəfn olunmuşdur. O, mərhumun dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. AR MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarında, 1.3-cü bənddə qeyd olunmuşdur ki, «Məhkəmələr nəzərə almalıdırlar ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir» “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Saray Quliyeva kirayəçi ilə faktiki yaşamadığından (vəfat etmişdir - ərizəçinin deməsinə görə) sözügedən mənzilin özəlləşdirilməsi zamanı onun razılığı tələb olunmadığına görə bu şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsinin göstərilən məqsəd üçün hüquqi əhəmiyyəti yoxdur. Məhkəmə, eyni zamanda, Saray Quliyevanın doğum haqqında şəhadətnaməsinin və ya həmin faktla bağlı məhkəmə qətnaməsinin ərizəçi tərəfindən təqdim edilməməsini nəzərə alır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261- 262, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi2 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. Ərizəçiyə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-3357/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3357/2022
14.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver