Məhkəmə qərarları › İş №2(060)-3394/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3394/2021

22.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3394/2021 22.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Həsənova Həvva Seymur qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi (maraqlı şəxs Sumqayıt “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi) barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X1 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Sumqayıt “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsini maraqlı şəxs kimi göstərməklə) X2 28.08.2013-cü il tarixində, Sumqayıt şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 28.08.2013-cü il tarixində, Sumqayıt şəhərində vəfat etmişdir. O, ərizəçinin atasıdır. Atasının ölümündən sonra müvafiq tibb müəssisəsi tərəfindən arayış verilməmişdir. Bu səbəbdən ölüm şəhadətnaməsi almaq üçün maraqlı şəxsə müraciət etdikdə şəhadətnamənin verilməsindən imtina edilmişdir. Arayış alınması üçün tibb müəssisəsinə müraciət etsə də, arayış alınması mümkün olmamışdır. Atasının ölüm şəhadətnaməsinin alınması ərizəçiyə vərəsəlik, sosial təminat və sair hüquqi prosedurların həyata keçirilməsi üçün lazımdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1994-cü ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Doğum haqqında şəhadətnaməyə əsasən X5 22.01.1964-cü ildə anadan olmuşdur. Sumqayıt Bələdiyyəsinin “İnşaatçı” 1 saylı Məhəllə Komitəsinin 20.05.2021-ci il tarixli, 116 saylı arayışında Qədir İsmayılovun 28.08.2013-cü ildə vəfat etdiyi göstərilmişdir. Sumqayıt şəhər Səhiyyə şöbəsi Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının 31.08.2013-cü il tarixli, 963 saylı arayışıda göstərilmişdir ki, 29.08.2013-cü ildə X2 adına 53 saylı çağırış daxil olmuşdur. Briqada ünvana çatdıqda Qədir İsmayılovun meyidini aşkar etmişdir. Ərizəçi tərəfindən məhkəməyə X2 qəbrinin fotoşəkli təqdim edilmişdir. Sumqayıt “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin 11.01.2021-ci il tarixli, 05/Q- 18/15 saylı məktubunda ərizəçiyə bildirilmişdir ki, ölümü təsdiq edən sənədin olmaması səbəbindən ərizənin təmin edilməsi mümkün deyil. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, ərizəçi ilə qapı qonşu idilər. X6 1988-ci il tarixdə vəfat etmiş və onun dəfnində şəxsən iştirak etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.3.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). İşdən göründüyü kimi ərizəçi mərhum atası X3 ölüm şəhadətnaməsini almaq istəyir. Lakin, maraqlı şəxs müvafiq tibbi şəhadətnamənin olmaması səbəbindən ərizəçiyə imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, işdə olan sənədlər və şahid ifadələri əsasında ərizəçinin mərhum atası X2 28.08.2013-cü il tarixdə vəfat etməsi sübuta yetirilir. Həmin faktları təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən ərizə təmin edilməli və 22.01.1964-cü ildə anadan olmuş X2 28.08.2013-cü il tarixində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 22.01.1964-cü ildə anadan olmuş X2 28.08.2013-cü ildə, Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar