Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3434/2025 02.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qət etdi. Təsviri hissə: 1.Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış MŞS/M 1030/2024- 00584 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2022-ci il tarixdə “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X6 adlı 2 (iki) uşaqları anadan olmuşdur. Birgə nikahlarındandoğulmuş uşaqlarının yetkinlik yaşına çatanadək onun yanında qalması və aliment tutulması tələbinə dair məhkəmədən öncə mediasiya xidmətinə müraciət edib və mediator X2 iştirakı ilə Maraqlı şəxs ilə aralarında MŞS/MT030/2024-00584 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin sazişin şərtlərinə görə birgə nikahlarından doğulmuş uşaqların onun yanında qalması razılaşdırılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh onun xeyrinə hər ay hər uşağa görə 80.00 manat, ümumilikdə 160.00 manat sabit pul məbləğində aliment ödənilməsi barədə öhdəlik götürmüşdür. Lakin, Maraqlı şəxs barışıq sazişini könüllü icra etməkdən imtina edir və alimenti ödəmir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlib. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə görə barışıq sazişi 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh barışıq sazişini könüllü olaraq icra etmir. İddiaçı qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məumat verməmişdir.
5. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.İşdə olan MŞS/MT030/2024-00584 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs barışmaq üçün vaxt verilmədən aralarında Sumqayıt “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə 561 nömrə akt qeydi ilə qeydə alınmış nikahın pozulmasına razıdılar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Ərizəçi və Maraqlı şəxs birgə nikahdan olan övladları xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi anaları – Ərizəçi yanında yaşamasına razıdırlar. Maraqlı şəxs, xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 80(səksən) manat ümumilikdə 160(yüz altmış) manat sabit pul məbləğində alimenti xx.xx.2024-cü il tarixdən etibarən hər ayın sonuncu günündən gec olmayaraq anası Ərizəçi X1 ödəmək barədə öhdəlik götürür. Ərizəçi övladları 11.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X3 ataları Maraqlı şəxs ilə yetkinlik yaşına çatana kimi sərbəst şəkildə görüşmələrinə etiraz etmur və buna şərit yaradacaöı barədə öhdəlik götürür. 8.İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2926/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Ərizəçi və Maraqlı şəxs arasında Sumqayıt “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə 561 nömrə akt qeydi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 9.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs arasında MŞS/MT030/2024-00584 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Sonuncu barışıq sazişini icra etmədiyindən ərizəçi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir.
a) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 10.Mülki Prosessual Məcəllənin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 11.355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 12.355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 13.355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 14.355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 15.355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. 16.Məhkəmə iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin tərəflərin mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini mümkün hesab edir. 17.İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 7 saylı Protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. 18.Məhkəmə qeyd edir ki, hər iki tərəf mediasiyada bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı nikah qeydinin pozulması barədə razılaşıblar. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2926/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 561 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. 19.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə...ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.Qeyd edilən maddənin tələblərini və tərəflər arasında olan nikahın məhkəmə qətnaməsinə əsasən pozulduğunu nəzərə alan məhkəmə hesab edir ki, barışıq sazişi tərəflər arasında nikahın pozulması hissəsində təsdiq edilməməli, qalan hissələrdə isə təsdiq edilməlidir. 21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 22.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 25.Həmin Məcəlləninin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi: 26.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi:
Ərizə qismən təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında MŞS/MT030/2024-00584 saylı, xx.xx.2024-cü il tarixli Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Ərizəçi və Maraqlı şəxs birgə nikahdan olan övladları xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi anaları – Ərizəçi yanında yaşamasına razıdırlar. 2.Maraqlı şəxs, xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 80 (səksən) manat ümumilikdə 160 (yüz altmış) manat sabit pul məbləğində alimenti xx.xx.2024-cü il tarixdən etibarən hər ayın sonuncu günündən gec olmayaraq anası Ərizəçi X1 ödəmək barədə öhdəlik götürür. 3.Ərizəçi övladları xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X3 ataları Maraqlı şəxs ilə yetkinlik yaşına çatana kimi sərbəst şəkildə görüşmələrinə etiraz etmir və buna şərit yaradacağı barədə öhdəlik götürür. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva