Məhkəmə qərarları › İş №2(060)-3509/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3509/2021

06.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3509/2021 06.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlu, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə Suqmayıt şəhər Məhkəməsinə müraciət edərək, X2 xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, Corat Bağlar ərazisi, 2549F ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmə qaydasında baxılmalı olmadığından, ərizəni qəbul etməkdən imtina olunmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş Suqmayıt şəhər Prokurorluğu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 376C-20 nömrəli məktubdan görünür ki, vətəndaş X1 xx.xx.2020-ci il tarixdə ölməsi faktına görə Suqmayıt şəhər Prokurorluğundan araşdırma aparılmış və aparılmış araşdırma zamanı məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 9 saylı rəyi ilə mərhum X1 ölümünə səbəb “qara ciyərin portal sirrozu nəticəsində kəskin qara ciyər çatışmamazlığı olduğu müəyyən edildiyindən xx.xx.2020-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Hesab edirəm ki, bu halda həmin faktın təkrar müəyyən olunması yolverilməzdir və məhkəmə qaydasında baxıla bilməz. Şərh olunalara əsasən məhkəmə hesab edir ki, araşdırılan mübahisəyə ümumi məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizə və ona əlavə edilmiş sənədləri qəbul etməkdən imtina edilməli və ərizəçiyə izah edilməlidir ki, o, ölüm haqqında tibbi şəhadətnamənin alınması, daha sonra isə ölüm haqqında şəhadətnamənin alınması üçün üçün səlahiyyətli orqana müraciət etməli, ona imtina edildikdə isə müvafiq olaraq səlahiyyətli sübyektin imtinası barədə inzibati qaydada məhkəmədə mübahisə qaldıra bilər. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim ərizənin yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 306, 153, 263-264, 267-268- cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsinin qəbul edilməsindən imtina olunsun, ərizə və əlavə edilmiş sənədlər rəsmi qaydada ərizəçiyə təqdim edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar