Məhkəmə qərarları › İş №2(060)-3529/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3529/2022

19.05.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3529/2022 19.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” (Maraqlı şəxs) barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, (Maraqlı şəxs kimi göstərməklə) Maraqlı şəxs ilə onun arasında bağlanmış 2021-007710 nömrəli, 08.12.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Maraqlı şəxs ilə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuşlar. Həmin nikahdan 13.08.2019-cu il təvəllüdlü X5 adlı bir qızları dünyaya gəlmişdir. Uzun müddətdir ki, Maraqlı şəxs ərizəçini atıb getmişdir. 08.12.2021-ci il tarixdə keçirilən mediasiya prosesində ərizəçi Maraqlı şəxs ilə birgə nikahlarından olan 13.08.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin ödənilməsinə dair 2021-007710 №-li, 08.12.2021-ci il tarixli barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, cavabdeh sazişə əməl etməkdən imtina edir, razılaşdıqları aliment məbləğini ödəmir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan 08.12.2021-ci il tarixli, 2021-007710 nömrəli mediasiya sessiyasında qəbul olunmuş barışıq sazişi ilə Ərizəçi və Maraqlı şəxs (bundan sonratərəflər) tərəflərin qarşılıqlı razılığına əsasən uşağın ananın himayəsinə verilməsi, tərəflərin qarşılıqlı razılığına əsasən Maraqlı şəxs övladı 13.08.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşma çatana qədər hər ay 175 manat aliment verəcəyi, tərəflərin qarşılıqlı razılığına əsasən Ərizəçi Maraqlı şəxs övladı X5 ilə yetkinlik yaşına çatana qədər sərbəst görüşməsini təmin edəcəyi, Maraqlı şəxs övladı X2 yetkinlik yaşına çatana qədər təhsili, sağlamlığı və həyat tərzi ilə yaxından əlaqədar olmasına şərait yaradılacağı barədə razılığa gəlmişlər. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətinə əsasən Maraqlı şəxs 13.08.2019-cu ildə vətəndaş Ərizəçi doğulmuş X1 atası hesab edilmişdir. Doğum haqqında şəhadətnamənin surətinə əsasən X5 13.08.2019-cu ildə doğulmuşdur. Onun atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışının surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1993-cü ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, hazırda ünvan 1i ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər (355-23.1. ). Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir (355-23.2.). Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır (355-25.1.). İşdən göründüyü kimi xüsusi icraat qaydasında ərizəyə əlavə edilmiş bütün sənədlər, həmçinin ərizəçinin məhkəmə tərəfindən təsdiq edilməsini xahiş etdiyi 08.12.2021-ci il tarixli, 2021-007710 nömrəli mediasiya sessiyasında qəbul olunmuş barışıq sazişi sənədlərin kserosurətləridir. Ərizəçiyə sözügedən barışıq sazişinin əslinin məhkəməyə təqdim edilməsi təklif edilsə də, ərizəçi həmin barışıq sazişinin əslini məhkəməyə təqdim etməmişdir. Bu isə həmin barışıq sazişinin həqiqiliyi ilə bağlı məhkəmədə müəyyən şübhələrin yaranmasına səbəb olur. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizəçinin mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 355-23, 355-25 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs ilə onun arasında bağlanmış 2021-007710 nömrəli, 08.12.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar