Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3579/2023 05.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “öüm faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun oğlu xx.xx.1975-ci il təvəllüdlü X2 28 noyabr 2022-ci il tarixdə müvəqqəti yaşadığı ünvan 1 ünvanında dünyasını dəyişməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun oğlu xx.xx.1975-ci il təvəllüdlü X3 28 noyabr 2022-ci il tarixdə yaşadığı ünvan 2 ünvanında qəfil ürəkdayanmadan dünyasını dəyişmiş və həmin günü də Sumqayıt şəhər Qəbirstanlığında dəfn olunmuşdur. Oğlu vəfat edən vaxt Xırdalan şəhər TTYS-na müraciət olunmuş, həkim çağırılmış, lakin həkim gələnə qədər o artıq dünyasını dəyişmişdir, bu səbəbdən də oğluna ölüm səbəbi ilə bağlı həkim diaqnozu qoyulmamışdır. O, oğlunun ölümü ilə bağlı tibbi şəhadətnamənin verilməsi ilə əlaqədar Abşeron rayon Mərkəzi Xəstəxanasına və Maraqlı şəxsnə müraciət etmiş, lakin ona ölüm haqqında tibbi şəhadətnamə və ölüm şəhadətnaməsi verilməmiş, ona bu faktın müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu faktın müəyyən olunması ona ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Ərizəçi məhkəmədə iştirak edən zaman eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini və ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı tərəf Maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X2 ölümünü təsdiq edən həkim arayışı təqdim olunmadığından, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İşdə olan Azərbaycan Respublikası “Tibbi ərazi X1” Publik Hüquqi şəxs Abşeron rayon Mərkəzi Xəstəxanasının Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İ.Mürsəlovun ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. İşə əlavə olan Sumqayıt şəhər Səhiyyə şöbəsi Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, briqada ünvana çatanda Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yaşayan X2 meyidini aşkar etmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi vətəndaşlara xidmət idarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X3 28 noyabr 2022-ci il tarixində vəfat etmiş və Sumqayıt şəhər Qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatını və işin materialları ilə həqiqətən xx.xx.1975-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktı sübut olunur. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Şərh edilənləri məhkəmə hesab edir ki, xx.xx.1975-ci il təvəllüdlü X2 müvəqqəti yaşadığı ünvan 1 ünvanında 28 noyabr 2022-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1975-ci il təvəllüdlü X2 müvəqqəti yaşadığı ünvan 1 ünvanında 28 noyabr 2022-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-3579/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3579/2023
05.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver