Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3625/2024 24.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı-01 iyun 1950-ci il təvəllüdlü X3 12 fevral 2024-cü il tarixdə ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxx 1954-cü il tarixdə Ermənistan SSR, Cermuk rayonunda anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Həyat yoldaşı - X7 01 iyul 1950-cı il tarixdə Ermənistan SSR, Cermux kəndində anadan olmuş və 22 fevral 2024-cü il tarixdə ünvan 1 ünvanında qəflətən vəfat etmişdir. Vəfatından sonra ölüm haqqında şəhadətnaməni almaq məqsədi ilə tərəfindən Maraqlı şəxsnə müraciət edilmiş, lakin sənədlər tam olmadığından qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Tək çıxış yolu budur. Çünki həyat yoldaşının vəfat etməsinə baxmayaraq o, hələ də onun ölüm haqqında şəhadətnaməsini ala bilmir. Bu da öz növbəsində ona bir sıra məsələlərin həll edilməsində mane olur. Bildirmək istəyir ki, X12 tərəfindən arayış verilmiş və həmin arayışın məzmunu belədir: “Sizin ərizənizə cavab olaraq, Sumqayıt şəhər Təcili və X5 Stansiyasının müdiriyyəti bildirir ki, 12 fevral 2024-cü il tarixdə saat 10:05-də ünvan 1 ünvanında yaşayan 1950-ci il təvəllüdlü X6 adına 3 saylı çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1950-ci il təvəllüdlü X1 meyiti aşkar edilmişdir. Qohumların deməsinə görə mərhum hamamdan çıxarkən yıxılaraq başa dəyib, müayinə zamanı meyit üzərində başın və alın nahiyəsində səyrılmış yaralar qeyd olunmuş və ölüm hadisəsi barədə polisə məlumat verilmişdir.” Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin 15 fevral 2024-cü il tarixli arayışında hadisə yerində hər hansı bir cinayət hadisəsi və ya hüquq pozuntusunun aşkar edilmədiyi, ölüm hadisəsinin cinayət xarakterli olmadığı qeyd edilmişdir. Məhkəmədə Ərizəçi eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPMnin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan İ-ZJ №245351 saylı, xx.xx.1974-cü il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 ilə X4 xx.xx.1972-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan “Tibbi ərazi X2” Publik Hüquqi şəxs “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsin X12 Stansiyası N.F.Nəsibova ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 10:05-də ünvan 3 ünvanında yaşayan 1950-ci il təvəllüdlü X6 adına 3 saylı çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1950-ci il təvəllüdlü X1 meydini aşkar etmişdir. Demələrinə görə mərhum hamamdan çıxarkən yıxılıb, başı dəyib. Müayinə zamanı meyit üzərində başın və alın nahiyyəsində sıyırılmış yaralar qeyd olunurdu. İşdə olan Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ünvan 4 ünvanında yaşamış, xx.xx.1950-ci il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə yaşadığı evdə qəflətən vəfat etmişdir. Hadisə yerində hər-hansı bir cinayət hadisəsi və ya hüquq pozuntusu aşkar edilməmişdir, ölüm hadisəsi cinayət xarakterli deyildir. İşdə olan Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanladığı məktubdan görünür ki, X1 ölümünü təsdiq edən tibbi şəhadətnamə olmamasını nəzərə alaraq Maraqlı şəxs tərəfindən ərizənin təmin edilməsi mümkün deyildir. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı ilə həqiqətən xx.xx.1950-ci təvəllüldü X7 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında ölməsi faktı sübut olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1950-ci təvəllüldü X3 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-3625/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3625/2024
24.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver