Məhkəmə qərarları › İş №2(060)-3630/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3630/2024

15.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3630/2024 15.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsinə (Maraqlı şəxs: Maraqlı şəxs) dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 12 fevral 1963-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş mərhum atası X1 ölməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra ərizəçi ərizəsinə dəqiqləşmə verərək 12 fevral 1963-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş mərhum atası X1 ölmüş elan edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 ərizəçinin atasıdır. Bunu ərizəçinin adına verilmiş AА0050648 seriyalı şəxsiyyət vəsiqəsi təsdiq edir. İddiaçının atası 12 fevral 1963cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. İddiaçının atası 3-cü dərəcəli ümumi xəstəlik səbəbindən əlil olmuşdur. 2017-ci ilin iyun-iyul aylarında işləmək adı ilə evdən çıxıb getmiş və bir daha qayıtmamışdır. Atasının axtarışı heç bir səmərə verməmişdir. Atasının axtarılıb tapılması xahişi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Müraciətə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 58-1/2-15872/23 saylı arayışı ilə bildirilmişdir ki, X1 axtarılıb tapılması mümkün olmamışdır.İddiaçı bildirir ki, o xx.xx.2019-cu ildə atasının axtarılıb tapılması xahişi ilə Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Mərhum atasının itkin düşməsi səbəbindən tibb müəssisəsi tərəfindən ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Bu səbəbdən də məhkəməyə mərhum atasının xəbərsiz itkin düşmüş hesab edilməsi faktının təsdiq edilməsi barədə müraciət etməli olmuşdur. Sumqayıt şəhər Məhkəməsi xx.xx.2024cü il tarixdə atası X1 itkin düşməsi barədə qətnamə çıxarmışdır. Həmin qətnaməyə əsasən atasının ölüm haqqında Şəhadətnamə ala bilmədiyi üçün yenidən Sumqayıt Şəhər Məhkəməsinə ölüm faktının təsdiq edilməsi barədə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayənəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, ərizəçinin qunşusudur və 2009-cu ildən etibarən onunla qonşudur. Ara sıra ərizəçinin atasını gördüyünü, əksər hallarda isə içkili olduğunu, sonuncu dəfə 2017-ci ilin qış aylarında gördüyünü və həmin vaxtan bu günə qədər də onu görmədiyini qeyd etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, ərizəçinin əmisi oğludur. Əmisini tanıyan gündən mütəmadi olaraq spirtli içki qəbuledən, tüfeyli həyat sürən biri kimi tanımışdır. Əmisini müxtəlif vaxtlarda içkili halda küçədə yatarkən görürdü. Təxminən 2016-2017-ci illərdən də əmisindən bir xəbəri olmadığını qeyd etdi. Məhkəmə ərizəçini və çahidləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 58-1/2-15872/23 saylı məktubundan görünür ki, Sumqayıt şəhəri 42-ci məhəllə yataqxana 16 otaq 38 ünvanında yaşayan X1 itkin düşəməsi ilə bağlı oğlu Ərizəçi xx.xx.2019-cu il tarixdə müraciət edərək atasının 2017-ci ilin iyun-iyul aylarından evdən çıxdığını bildirməsi faktı ilə bağlı 1-ci PB-də araşdırma aparılmış, lakin qeyd edilən şəxsin tapılması mümkün olmamışdır - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-365/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.1963-cü ildə Sumqayıt şəhərində doğulmuş X1 xx.xx.2018-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X3 ərizəçinin atasıdır. 2017-ci ilin iyun-iyul aylarında işləmək adı ilə evdən çıxıb getmiş və bir daha qayıtmamışdır. Onun axtarışı heç bir nəticə verməmişdir. İddiaçı atasının axtarılıb tapılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Müraciətə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 58-1/2- 15872/23 saylı arayışı ilə bildirilmişdir ki, X1 axtarılıb tapılması mümkün olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-365/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.1963-cü ildə Sumqayıt şəhərində doğulmuş X1 xx.xx.2018-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 365/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.1963-cü ildə Sumqayıt şəhərində doğulmuş X1 xx.xx.2018-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilməsi qət edilmişdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən Nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 42.3-cü maddəsinə əsasən Ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin. Həmin Məcəllənin 42.4-cü maddəsinə əsasən Əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətin mədaxilinə keçirilmiş və satılmışdırsa, həmin şəxsin ölmüş elan edilməsi haqqında qərarın ləğvindən sonra əmlakın satışından götürülmüş məbləğ ona qaytarılır. Azərbaycan Respublikası MPM-nin 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Həmin Məcəllənin 316-cı maddəsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 12 fevral 1963-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş X3 ölmüş elan edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar