Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3647/2025 12.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi MMC-nin (maraqlı şəxs: Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi MMC ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixində Bakı 12 saylı Mediasiya Təşkilatında, mediator X1 (reyestr nömrəsi MŞB/12/2025-00054) iştirakı ilə keçirilmiş mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin təsdiq edilməsi və məcburi icrası, eləcə də “Dövlət rüsumu haqqında" AR qanunun 8.2-ci bəndinə əsasən ərizənin təqdim edilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun maraqlı şəxsdən tutularaq Ərizəçi MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi ilə maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə Bakı 12 saylı Mediasiya Təşkilatında, mediator X1 (reyestr nömrəsi MŞB/12/2025- 00054) iştirakı ilə keçirilmiş mediasiya prosesi nəticəsində barışıq sazişi imzalanmışdır. Sazişin şərtlərinə əsasən, maraqlı şəxs tərəfindən ərizəçinin xeyrinə 17438,38 manat məbləğində maddi zərərin və 500 manat məbləğində mediasiya xidmətləri üçün haqqın ödənilməsi razılaşdırılmışdır. Qeyd olunan ödənişi maraqlı şəxs xx.xx.2025-ci il tarixinədək tam şəkildə geri ödəməli idi. Lakin borc məbləğinə indiyədək ödəniş edilməmişdir. Hazırda borc məbləği 17938,38 manat təşkil edir. Beləliklə, maraqlı şəxs tərəfindən mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini və onlardan ödənişləri etməsi üçün vaxt istədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan - xx.xx.2025-ci il tarixli, MŞB/12/2025-00054 saylı barışıq sazişindən görünür ki, ikinci tərəfin (Maraqlı şəxs) əmək münasibətləri nəticəsində birinci tərəfə (Ərizəçi MMC) vurduğu 33838,38 manat məbləğində maddi zərərin qalıq hissəsi xx.xx.2025-ci il tarixinə 17438,38 manat təşkil edir. İkinci tərəf öhdəlik götürür ki, 17438,38 manat pul vəsaitini xx.xx.2025-ci il tarixinədək tam şəkildə birinci tərəfə ödəyəcəkdir. Ödəniş nağdsiz qaydada ödəmə terminalı və ya bank köçürməsi qaydasında birinci tərəfin bu sazişə əlavə edilmiş bank hesabına ödəniləcəkdir. İkinci tərəf öhdəlik götürür ki, birinci tərəfin tam mediasiya xidmətlərinin göstərilməsi üçün mediasiya təşkilatına ödədiyi 500 manat məbləğində pul vəsaitini də xx.xx.2025-ci il tarixinədək birinci tərəfə ödəyəcəkdir. Ödəniş nağdsiz qaydada ödəmə terminalı və ya bank köçürməsi qaydasında birinci tərəfin bu sazişə əlavə edilmiş bank hesabına ödəniləcəkdir. İkinci tərəf bu saziş üzrə öhdəliyini yerinə yetirmədiyi təqdirdə birinci tərəf barşıq sazişinin məcburi icrası üçün hüquqi prosedura başlayacaqdır. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixli, MŞB/12/2025-00054 saylı barışıq saziş bağlanılmışdır. Həmin barışıq sazişinə əsasən Maraqlı şəxs əmək münasibətləri nəticəsində Ərizəçi MMC-yə vurduğu 33838,38 manat məbləğində maddi zərərin qalıq hissəsini, yəni 17438,38 manat pul vəsaitini və ərizəçinin tam mediasiya xidmətlərinin göstərilməsi üçün mediasiya təşkilatına ödədiyi 500 manat məbləğində pul vəsaitini xx.xx.2025-ci il tarixinədək tam şəkildə ödəyəcəyi öhdəliyini öz üzərinə götürmüşdür. Lakin qanunda nəzərdə tutulmuş müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında mediator X1 iştirakı ilə Bakı 12 saylı Mediasiya təşkilatında bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞB/12/2025-00054 saylı barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə ərizənin ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, ərizə bu hissədə də təmin edilməli, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsi). Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 355, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi MMC ilə Maraqlı şəxs arasında mediator X1 iştirakı ilə Bakı 12 saylı Mediasiya təşkilatında bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞB/12/2025-00054 saylı barışıq sazişi təsdiq edilsin. Ərizəçi MMC tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Maraqlı şəxs tutularaq ərizəçiyə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-3647/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3647/2025
12.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver