Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3709/2024 16.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi nümayəndəsi-atası Nümayəndə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-00266 saylı barışıq sazişinin alimentə dair hissəsinin məhkəmə tərəfindən təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Eyvazova (Qurbanova) Aysel Sahib qızı Maraqlı şəxs ilə 07 avqust 2009-cı ildə nikaha daxil olaraq ailə qurmuşlar. Onların 20 iyul 2010-cı il tarixində X6 və 08 fevral 2014-ci il tarixdə X2 adlı iki övladı vardır. Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2023-ci il tarixli e-2(060)-213 3/2023 saylı qətnaməsi ilə nikahları pozulmuş və övladları Ərizəçi yanında saxlanılmışdır. Onlar boşanmaqla əlaqədar Mediasiya Təşkilatına müraciət edəndə və təşkilatın sessiyasında müzakirələr zamanı cavabdehin istəyinə uyğun olaraq alimentlə əlaqədar aralarında “Barışıq Sazişi” imzalanmışdır. Həmin sazişə görə cavabdeh Maraqlı şəxs öhdəsinə götürmüşdür ki, könüllü olaraq Maraqlı şəxs, hər ay, hər uşağa 175 manat, cəmi 350 manat aliment ödəyir. Həmin sazişə uyğun olaraq cavabdeh 2023-ci ilin sentyabr ayı daxil üzərinə götürdüyü öhdəliyi icra eləsə də, 2023-ci ilin oktyabr ayından müxtəlif bəhanələr gətirərək barışıq sazişinə uyğun alimenti ödəməkdən yayınır. Artıq 6 aydan çoxdur aliment ödənmir və ərizəçi tək övladlarının tələbatlarını ödəyə bilmir. Ərizə üzrə cavabdeh isə bütün vasitələrlə alimenti ödəməkdən imtina edir. Ona görə hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi-atası Nümayəndə ərizəni müdafiə edərək Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-00266 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, maraqlı şəxs öhdəliyi tam yerinə yetirməmiş xx.xx.2023-cü il arixdə yalnlz 2450 manat ödəmişdir, bunu təsdiq edən bank hesabından çıxarışı təqdim etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Qurbanov Maraqlı şəxs Aysel Sahib qızı ilə aralarında bağlanmış 2302.2023-cü il tarixli, MŞS/MT030/2023-00266 saylı barışıq sazişinin təsdiq edilməsinə etiraz edərək bildirdi ki, öhdəliyi yerinə yetirmişdir. Barışıq sazişində qeyd edilən alimenti birinci ay əlbəəl ərizəçiyə vermişdir, sonra isə bank vasitəsilə ödəmişdir. Odur ki, ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan - xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-00266 saylı barışıq sazişindən görünür ki, hər iki tərəf, bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı xx.xx.2009-cu il tarixli 574 saylı nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinin tələbinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Hər iki tərəf birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014cü il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi anası Ərizəçi yanında yaşamasına razıdırlar. Mediasiya prosesi zamanı Maraqlı şəxs birgə nikahdan olan birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlikk yaşına çatana kimi saxlanması üçün 2023-cü ilin mart ayının 1-dən başlayaraq hər ay |(hər ayın sonuncu günündən gec olmayaraq) hər uşağa 175 (yüz yetmiş beş) ınnnat olmaqla ümumilikdə 350 (üç yüz əlli) manat məbləğində alimenti Ərizəçi qızma ödəməsi barədə öhdəlik götürmüşdür. Ərizəçi Maraqlı şəxs Bıılnsəməd oğlunun hər hansı məhdudiyyət qoyulmadan xx.xx.2010- cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X2 ilə sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmuyacağı barədə öhdəlik götürür. -ərizəçinin nümayəndəsi tərəfindən təqdim edilmiş hasabdan çıxarışdan görünür ki, Maraqlı şəxs 2023-cü ilin aprel ayından 2024-cü ilin may ayınadək 2450 manat aliment ödəmişdir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, Eyvazova (Qurbanova) Aysel Sahib qızı Maraqlı şəxs ilə 07 avqust 2009-cı ildə nikaha daxil olaraq ailə qurmuşlar. Onların 20 iyul 2010-cı il tarixində X6 və 08 fevral 2014-ci il tarixdə X2 adlı iki övladı vardır. Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2023-ci il tarixli e- 2(060)-213 3/2023 saylı qətnaməsi ilə nikahları pozulmuş və övladları Ərizəçi yanında saxlanılmışdır. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023- 00266 saylı barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə görə hər iki tərəf, birbirinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı xx.xx.2009-cu il tarixli 574 saylı nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinin tələbinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Hər iki tərəf birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014cü il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi anası Ərizəçi yanında yaşamasına razıdırlar. Mediasiya prosesi zamanı Maraqlı şəxs birgə nikahdan olan birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlikk yaşına çatana kimi saxlanması üçün 2023-cü ilin mart ayının 1-dən başlayaraq hər ay |(hər ayın sonuncu günündən gec olmayaraq) hər uşağa 175 (yüz yetmiş beş) ınnnat olmaqla ümumilikdə 350 (üç yüz əlli) manat məbləğində alimenti Ərizəçi qızma ödəməsi barədə öhdəlik götürmüşdür. Ərizəçi Maraqlı şəxs Bıılnsəməd oğlunun hər hansı məhdudiyyət qoyulmadan xx.xx.2010- cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X2 ilə sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmuyacağı barədə öhdəlik götürür. Lakin alimentə dair öhdəlik Maraqlı şəxs tərəfindən tam yerinə yetirilməmişdir. Ərizəçinin tədim etdiyi sənədlərə əsasən cəmi 2450 manat alimen ödənilmişdir, maraqlı şəxs daha artıq məbləğ ödədiyini qeyd etsədə, bu barədə sübut təqdim edə bilmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Eyvazova (Qurbanova) Aysel Sahib qızı ilə Maraqlı şəxs arasında Sumqayıt 1 saylı Mediasiya təşkilatında bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-00266 saylı barışıq sazişi alimentə dair hissədə təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 355, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Eyvazova (Qurbanova) Aysel Sahib qızı ilə Maraqlı şəxs arasında Sumqayıt 1 saylı Mediasiya təşkilatında bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-00266 saylı barışıq sazişi alimentə dair hissədə təsdiq edilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixindən hesablansın, Maraqlı şəxs hazırki qətnamə qəbul edilən tarixədək xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-00266 saylı barışıq sazişi üzrə ödədiyi aliment məbləği nəzərə alınsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-3709/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3709/2024
16.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver