Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3770/2022 07.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı2, Cavabdehlər X2 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Sumqayıt şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində işə cəlb etməklə cavabdehlər X3 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Sumqayıt şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində işə cəlb etməklə cavabdehlər X3 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X2 və Cavabdeh2 Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 31, mənzil 18 saylı mənzildən çıxarılması, onların öz ailə üzvləri ilə birlikdə mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 31, mənzil 18 saylı mənzilə köçürülmək, həmin mənzildən sərbəst istifadə etmək və maneəsiz yaşamaqlarına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 406 nömrəli əmri ilə onlara məxsusdur. Sözügedən mənzil məcburi köçkünlər tərəfindən qanunsuz olaraq zəbt edildiyindən mənzilə dair sənədlər həmin mənzildə qalmış, nə mənzil cavabdehlər tərəfindən boşaldılmış, nə də mənzilin hüquqmüəyyənedici sənədləri onlar qaytarılmışdır. Cavabdehlər onların həmin mənzildə yaşamağına hər cür maneə törətdiklərindən, onların başqa yaşayış yerinin olmadığından və cavabdehlər həmin ünvana köçmələrinə maneçilik törətdiklərindən hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Çünki cavabdehlər onun və ailəsinin həmin evin yaşayış və köməkçi sahəsindən normal şəkildə istifadə etməyinə imkan vermirlər. Qeyd edir ki, cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını artıq 28 ildən çoxdur ki, həyata keçirə bilmirlər. İndiyə qədər həmin mənzili qanunsuz olaraq cavabdehlər X5 və Cavabdeh2 sahiblənirlər və heç bir kirayə haqqı ödəmədən mənzildə yaşayırlar. Bu səbəbdən cavabdehlərin mənzildən çıxarılması, onların həmin mənzilə köçürülməyi və cavabdehlərin mənzili qanunsuz sahiblənməsi nəticəsində 28 ildən çoxdur ki, kirayə haqqı ödəməklə kirayədə yaşamağa məcbur qalmışlar. Bu səbəbdən 28 ilə görə ayda 300 manat olmaqla təxminən 100.000 manat (28x12x300) kirayə pulu ödəmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahış etdi. Əlavə olaraq göstərdi ki, onlara mübahisə predmeti olan evlə bağlı order verilməyib. 24 avqust 2022-ci il tarixli məhkəmənin hazırlıq iclasında iştirak etmiş İddiaçı1 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin mübahisə predmeti olan evə orderin verilmədiyini, amma sərəncam əsasında evin onlara məxsus olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 öz izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. O, ailə üzvləri ilə birlikdə 1993-cü ildə Qubadlı rayonundan məcburi köçkün olaraq gəlmiş və mübahisə predmetini təşkil edən evdə məskunlaşmışdır. Hal-hazırda isə Qubadlı rayonu işğaldan azad olunsa da, onların ora köçürülməyi müəyyən zaman tələb edir və Qubadlı rayonuna köçürülənədək onlar bu mənzili tərk etməyəcəklər. Həmçinin bildirir ki, iddiaçıların həmin mənzillə heç bir əlaqəsi yoxdur, həmin mənzil Xankişiyev soyadlı başqa şəxsin adınadır. Mənzili istifadə etdikləri vaxtdan qazdan, sudan istifadəyə görə öz adından ödənişləri etsələr də, işıqdan istifadəyə görə ödənişləri Xankişiyevin adına etmişlər. Qeyd etdiyi səbəblərdən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 digər cavabdeh tərəfindən verilən izahatı müdafiə etdiyini, əlavəsinin olmadığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Mülki iş materiallarında olan: Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məlumatdan da görünür ki, İddiaçı1 mübahisəli Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 31, mənzil 18-in Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 406 nömrəli sərəncamına əsasən ona ayrıldığını, lakin mənzilin 1993-cü ildə Qubadlı rayonundan məcburi köçkün tərəfindən tutulduğunu və bu səbəbdən həmin mənzilə köçə bilmədiyini bildirir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan yaşayış sahəsi 31,35 kvm olan 2 otaqlı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 31, mənzil 18 dövlət fonduna aid olmaqla, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 406 saylı sərəncamı ilə İddiaçı1 ayrılmışdır. Həmin ünvanda 1993cü ildən Qubadlı rayonundan məcburi köçkün ailəsi məskunlaşdığından İddiaçı1 və ailə üzvləri mübahisəli mənzilə köçə bilməmiş və göztərilən səbəbdən həmin mənzilə dair İddiaçı1 adına order verilməmişdir. Məlum hadisələrlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin ölkədaxili siyasətinə uyğun olaraq məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdə məskunlaşdırılması nəzərdə tutulmuşdur. Eyni zamanda bildirilir ki, xx.xx.2009-cu ildə qüvvəyə minmiş AR Mənzil Məcəlləsinin tələblərinə görə dövlət mənzil fonduna aid yaşayış sahələrinə orderlərin verilməsi nəzərdə tutulmamışdır. Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq, başqalarına məxsus mənzillərdə məskunlaşmış məcburi köçkün ailələri köçürüldükdən sonra qaldırılan məsələyə (eyni zamanda mənzilin sənədləşdirilməsi - mənzilə dair kirayə müqaviləsinin bağlanması məsələsinə) qanuna uyğun olaraq baxıla bilər. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən İddiaçı1 verilmiş xx.xx.1993-cü il tarixli 92 № Protokoldan çıxarışdan görünür ki, 58. yaşayış sahəsi 31:35 kvm olan 2 otaqlı 18 № li mənzil 9-cu mikrorayon, ev 31 X1 və İddiaçı2 İskəndər qızına təqdim edilsin. 1979-cu ildən işləyir. 1982-ci ildən ev növbəsindədir. Növbədən çıxarılsın. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan faktiki və mübahisəsiz hallarından göründüyü kimi mübahisə predmeti olan mənzil dövlət mənzil fondu aid olmaqla iddiaçıların mülkiyyətində deyildir. Cavabdehlər isə həmin mənzildə məcburi köçkün olaraq müvəqqəti məskunlaşmışlar. Qeyd olunan mənzilə dair sənədləşdirilmə işlərinə məskunlaşmış məcburi köçkün ailələri köçürüldükdən sonra baxılacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə şərh olunan işin hallarına və ifadə olunmuş hüquq normasına əsaslanaraq hesab edir ki, mənzillə bağlı hüquq münasibətləri 1993-cü il tarixdə əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri dövlət mənzil fonduna daxildir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Məhkəmə işin faktiki hallarını hüquq normalarına əsasən təhlil edib bu nəticəyə gəlir ki, iddiaçıların cavabdehlərin onlara məxsus mənzildən çıxarılması barədə iddia tələbi əsaslı və qanuni deyildir. Belə ki, qanunvericinin göstərişindən göründüyü kimi mənzilə köçmək üçün yeganə əsas orderdir. Order isə boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Araşdırılan mübahisə üzrə iddiaçılara yaşayış sahəsinə köçmək üçün order verilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıların həmin mənzilə köçməsi üçün hüquqi əsas yaranmamışdır. Eləcə də məhkəmənin qənaətincə orderə məxsus olmamaları iddiaçılara həmin mənzilə dair araşdırılan mübahisə ilə bağlı tələb hüququnu aradan qaldırmış olur. Yəni ki, iddiaçılar hazırki tələblə çıxış etmək üçün subyektiv hüquqa malik deyildirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2 maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Sumqayıt şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində işə cəlb etməklə cavabdehlər X3 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-3770/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3770/2022
07.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver