Məhkəmə qərarları › İş №2(060)-3816/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3816/2024

01.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3816/2024 01.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi X3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi X4 şəxsin ölüm faktının müəyyən edilməsinə (Maraqlı şəxs: Maraqlı şəxs) dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: X7 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1978-ci ildə Sumqayıt şəhərrində anadan olmuş qızı X1 xx.xx.1978-ci ildə yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsində ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 17 may 1978-ci ildə X5 adlı bir qız övladı anadan olmuş, uşağın adına doğum haqqında şəhadətnamə verilmişdir.Uşaq xx.xx.1978-ci ildə soyuqdəymədən qəfil dünyasını dəyişmiş və uşaq Corat qəbirstanlığında dəfn olunmuşdur. Uşağın ölümü ani olaraq baş verdiyi üçün iddiaçı həmin vaxt həkimə müraciət etməmişdir. Lakin qızı barəsində ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı iddiaçı Maraqlı şəxsnə müraciət etmiş, qızın ölümü ilə bağlı tibbi arayış olmadığı üçün iddaçıya ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur və izah edilmişdir ki,ölüm faktının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayənəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadə verərək bildirdi ki, ərizəçi onun əmisi qızıdır. 1974-cü ildən Sumqayıt şəhərində yaşayır. Bu hadisə ilə bağlı məlumatlı olub. O, bildirdi ki, uşağ anadan olandan sonra təxminən 5-6 ay yaşamış, payız aylarında vəfa etmiş və Corat qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, ərizəçi ilə qonşu olmuşdur. Hadisə ilə bağlı məlumatlı olmuşdur. O qeyd etdi ki, 1978-ci ilin may ayında uşaq anadan olmuş, həmin ilin noyabrında vəfat etmiş, uşaq Corat qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-M-1547/15 saylı məktubdan görünür ki, X1 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. - AZ № 251780 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X9 arasında xx.xx.1974-cü il tarixində 6 saylı nikah bağlanmışdır. Ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. - AZ-1 № 382598 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2009-cu ildə ölmüşdür. -№ 3-16-5/8-739\69 saylı 08 may 2024-cü il tarixli arayışdan görünür ki, X5 17 may 1978-ci ildə anadan olmuşdur. -Azərbaycan Respublikası Sumqayıt şəhər Corat Bələdiyyəsi tərəfində xx.xx.2024-ci il tarixli arayışdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X5 xx.xx.1978-ci il tarixində vəfat etmiş və Corat qəbiristanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin qızı xx.xx.1978-ci il tarixdə ölmüşdür. Onun ölümü ilə əlaqədar ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyrimümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş X1 xx.xx.1978-ci ildə yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar