Məhkəmə qərarları › İş №2(060)-382/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-382/2023

01.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-382/2023 01.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X13 Fikrət qızının sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «əmlak tələbinə dair» iddia ərizəsi üzrə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı və Cavabdeh qarşı “barışıq sazişinin qismən etibarsız hsab edilməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh barışıq sazişi üzrə üzərinə düşən öhdəliyin icra olunması və mülkiyyətində olan 99 DH-142 dövlət qeydiyyat nişanlı avtomobilin onun mülkiyyətinə keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh və digər şəxslər arasında xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş barışıq sazişi bağlanmışdır. Sazişə əsasən tərəflər bir sıra mülklərin öz aralarında bölünməsi və qeyd olunan mülklər üzrə mülkiyyət hüququnun təsdiq olunması üçün lazimi sənədləşmənin aparılmasını öz öhdələrinə götürmüşdür. Həmin barışıq sazişinin ikinci bəndinə əsasən Cavabdeh ona məxsus **-DH-*** dövlət qeydiyyat nişanlı AB N seriyalı 929142 nömrəli qeydiyyat şəhadatnaməli "Ford Tranzit” mikroavtobusunu ona bağışlamağı və lazımi sənədləşmə işlərini görməyi öz öhdəsinə götürmüşdür. Lakin barışıq sazişinin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq cavabdeh, üzərinə düşən öhdəliyi icra etməmiş və avtomobili onun mülkiyyətinə keçirməmişdir. Bundan başqa, qeyd olunan avtomobil son günlərədək onun sürücüsü tərəfindən idarə olunmuş və onun faktiki istifadəsində olmuşdur. Lakin cavabdeh, xx.xx.2022- ci il tarixində sürücüsündən avtomobili geri almışdır. Nəticədə Cavabdeh aralarında bağlanmış sazişin şərtlərini pozmuşdur. Məhkəmədə Cavabdeh nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək və müstəqil tələb irəli sürən şəxsin iddiasını qəbul edərək göstərdi ki, hazırda mübahisələndirilən avtomobil cavabdeh Adil ilə üçüncü şəxs olan Sonanın birgə nikah dövründə əldə edilən əmlak olduğu üçün sonuncunun həmin avtomobil üzərində mülkiyyət hüquqları vardır. Eyni zamanda barışıq sazişi bağlanan zaman Sona Alışova bu barədə məlumatlandırılmamışdır. Bu səbəbdən hesab edir ki, iddia tələbi rədd edilməli və üçüncü şəxsin iddiası təmin edilməlidir. İş üzrə iddiaçı-cavabdeh İddiaçı qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilmiş S.Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, işi ilə əlaqədar olaraq, eləcədə maddi imkanı olmadığından hüquqlarını müdafiə etməyi üçün vəkillə müqavilə bağlaya bilmədiyindən hazırki, iş üzrə məhkəmə iclaslarında iştirak edə bilmir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı-cavabdehin və və müstəqil tələb irəli sürən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs S.A,Alışova iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçının mülkiyyətinə keçirilməsi tələb olunan **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh ilə birgə nikahda olduqları müddətdə, yəni xx.xx.2012-ci il tarixdə əldə edildiyindən həmin avtomobil üzərində onun da mülkiyyət hüquqları var. Belə olan halda hazırkı iddia tələbi ilə üzərində mülkiyyət hüquqları olan avtomobilin xx.xx.2019-cu il tarixli barışıq sazişinin şərtləri əsasında iddiaçının mülkiyyətinə keçirilməsi tələb olunur. Qeyd edir ki, həmin barışıq sazişini qeyd olunan şərti onun hüquq və vəzifələrinə toxunduğundan və barışıq sazişi bağlanan zaman onun razılığı alınmadığından, barışıq sazişinin həmin hissədə qismən etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilmiş S.Cavabdeh məhkəməyə ərizə göndərərək, tələbini müdafiə edib, təmin olunmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Cavabdeh nümayəndəsi Vəkil izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi təmin olunmamalı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İşdə olan X15, Cavabdeh, X11, İddiaçı və X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Barışıq Sazişin”dən görünür ki, Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş MH seriyalı, ******* nömrəli 10 may 2007-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini X2 adına bağışlama müqaviləsi əsasında sənədləşdirməyi vəd edir. -AB N seriyalı, 929142 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-DH-*** qeydiyyat nişanlı “Ford Tranzit” mikroavtobusunun mülkiyyətçi Cavabdeh tərəfindən qardaşı İddiaçı bağışlanma müqaviləsi əsasında sənədləşdirməyi vəd edir. -**-XZ-*** dövlət qeydiyyat nişanlı “Honda” markalı minik avtomobilini mülkiyyətçi X12 həyat yoldaşı X9 bağışlama müqaviləsi əsasında sənədləşdirməyi vəd edir: -ünvan 2 ünvanında yerləşən, X5 adına sənədləşdirilmiş yaşayış sahəsindəki istifadə hüququndan X1 Xanım Əli qızının xeyrinə imtina edir: -X12 tərəfindən həyat yoldaşı X6 adına Bakı şəhərində iki otaqlı, yaşayış üçün yararlı və təmirli mənzil alınması və ya 2 otaqlı mənzilin dəyəri həcmində 140000 (bir yüz qırx min) manat pul məbləğini hesaba köçürməyi, habelə X9 hər ay 2000 (iki min) manat məbləğində pul vəsaitinin verməsini vəd edir: -X15 və X12 qeydiyyatda olduqları ünvan 3 ünvanda yerləşən mənzildən qeydiyyatdan çıxmağı vəd edir. -Bu sazişdə qeyd olunan şərtlər qəbul edilərsə, X12 tərəfindən Cavabdeh qarşı “pul tələbi” barədə Sumqayıt Şəhər Məhkəməsində qaldırılmış və hazırda Ali Məhkəmənin icraatında olan iddiadan, Cavabdeh tərəfindən İddiaçı və ailə üzvlərinə qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində qaldırılmış iddiadan, X15 tərəfindən “birgə nikah dövründə əldə edilmiş əmlak və digər payların bölünməsinə dair” Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsində qaldırılmış və hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iddiadan və həmin iş üzrə X12 tərəfindən verilmiş qarşılıqlı iddiadan iddiaçılar tərəfindən imtina olunması vəd edilir. Bundan sonra ailə üzvlərinin (yəni X12, X15, İddiaçı, Cavabdeh, X3) bir-birinə qarşı hər hansı bir tələb və iddiada olmayacaqlarına vəd verilir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh ilə X16 xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar. İşdə olan AB № 929142 saylı, “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki,”Ford Transit” markalı, ** DH *** dövlət qeydiyyat nişanlı mikroavtobus xx.xx.2012-ci il tarixdə Cavabdeh adına qeydə alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə, nikah dövründə ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 33.3-cü maddəsinə görə ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.8-ci maddəsinə görə ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 421.1 və 421.2-ci maddəsinin tələblərinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.2-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Hazırki iş üzrə müəyyən olundu ki, sözügedən avtomobil Cavabdeh mülkiyyətində olmaqla X16 ilə birgə nikahda olarkən alınmış və barışıq sazişi bağlanan zaman sonuncunun həmin avtomobil üzərində mülkiyyət hüquqlarının mövcudluğu nəzərə alınmamışdır. Bu isə öz növbəsində S.Alışovanın avtomobil üzərində mülkiyyət hüququnun pozulması deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak onların, əgəh nikah kontraktında ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı oğlunun Cavabdeh qarşı «əmlak tələbinə dair»” iddia tələbi təmin edilməməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs S.Cavabdehnın iddiası təmin edilərək, X7, Cavabdeh, X15, X11 və X3 arasında bağlanmış 31 iyul 2019-cu il tarixli “Barışıq Sazişi” qismən, yəni “AB seriyalı, № 929142 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-DH-*** qeydiyyat nişanlı “Ford Tranzit” markalı mikroavtobusun mülkiyyətçisi Cavabdeh tərəfindən İddiaçı bağışlanma müqaviləsi əsasında sənədləşdirməyi vəd edir” hissəsində etibarsız hesab edilməli və iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər İddiaçı və Cavabdeh müştərək qaydada alınaraq müstəqil tələb irəli sürən üçüncü şəxs S.Cavabdehya ödənilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı «əmlak tələbinə dair» iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı və Cavabdeh qarşı “barışıq sazişinin qismən etibarsız hsab edilməsi” barədə iddia tələbi təmin edilsin. X7, Cavabdeh, X15, X11 və X3 arasında bağlanmış 31 iyul 2019-cu il tarixli “Barışıq Sazişi” qismən, yəni “AB seriyalı, № 929142 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-DH-*** qeydiyyat nişanlı “Ford Tranzit” markalı mikroavtobusun mülkiyyətçisi Cavabdeh tərəfindən İddiaçı bağışlanma müqaviləsi əsasında sənədləşdirməyi vəd edir” hissəsində etibarsız hesab edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər İddiaçı və Cavabdeh müştərək qaydada alınaraq müstəqil tələb irəli sürən üçüncü şəxs X10 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar