Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-383/2025 22.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs1 olmaqla ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxs1nə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, mərhum oğlu X5 23 avqust 1987-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş və 30 sentyabr 1989-cu il tarixdə xəstəlikdən Qubadlı rayonunun İşıqlı kəndində vəfat etmiş, onun cənazəsi Qubadlı rayonunun İşıqlı kənd qəbristanlığında dəfn edilmişdir. Lakin, X3 ölümü barədə həkim arayışı, feldşer arayışı, yaxud ölümü barədə qeyd saxlanılmamışdır. Ölüm haqqında Qubadlı Rayon Qeydiyyat şöbəsində də aşkar edilməmişdir. Odur ki, ölümün qeyd edilmə faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olur. X1 ölüm faktını qohumlar və qonşular təsdiq edirlər. Bundan başqa, onun ölüm faktı şahidlərin imzaladığı və Qubadlı Rayon İcra Hakimiyyəti başçısının Muradxanlı kənd inzibati ərazi dairəsinin Nümayəndəliyi tərəfindən təsdiq edilmiş 13 sentyabr 2024-cü il tarixli aktla təsdiq olunur. Mərhumun dəfn olunduğu yerin, o cümlədən qəbirin fotoşəkillərini, həmin ərazi işğal altında qaldığından və hazırda ora hələki getmək mümkün olmadığından, təqdim edə bilmir. Ölümün qeydi vərəsəlik qaydasında hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Qeyd edilənlərə əsasən məhkəmədən mərhum X1 30 sentyabr 1989-cu il tarixdə Qubadlı rayonunun İşıqlı kəndində ölümü hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs1nə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı tərəf Maraqlı şəxs1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, Ərizəçi izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək müəyyən edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, onların sovetliyi dörd kənddən ibarət olmuşdur. Xeyir və şərləri bir yerdə olmuşdur. 1979-cu ildə ərizəçinin qardaşı ilə birlikdə universitetdə oxumuşlar. 1989-cu il tarixdə iki yaşında uşağı rəhmətə getmiş və orada da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, ərizəçi ilə qonşudurlar. Onun hal-hazırda üç övladı vardır. Onlardan ikisi qız, biri isə oğlan övladıdır. Bir oğlu 1989-cu il tarixdə rəhmətə getmişdir. İş materiallarında olan: Kənd sakinləri tərəfindən tərtib edilmiş, Qubadlı Rayon İcra Hakimiyyəti başçısının Muradxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 13 sentyabr 2024-cü il tarixli aktdan görünür ki, X5 şahidlərin ifadələrinə görə 30 sentyabr 1989-cu il tarixində xəstləndiyindən İşıqlı kəndində vəfat etmiş, İşıqlı kəndində dəfn olunmuşdur. 2 saylı Sumqayıt “ASAN xidmət” qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 avqust 2024-cü il tarixli, 3-16-5/8-H-69-1328/2024 nömrəli arayışdan görünür ki, X5 barəsində Qubadlı rayon qeydiyyat şöbəsinin arxivində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Qubadlı Rayon qeydiyyat şöbəsi, Qubadlı rayon Muradxanlı icra nümayəndəliyi üzrə 1985-1992-ci illərə dair akt qeydləri yoxlanılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Хİİ-ЖГ seriyalı, 418347 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 23 avqust 1987-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 25 avqust 1987-ci il tarixdə 1585 nömrə ilə qeyd edilmişdir. X2, anası isə Ərizəçidır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi oğlu xx.xx.1987-ci il təvəllüdlü X5 30 sentyabr 1989-cu il tarixdə Qubadlı rayonu, İşıqlı kəndində vəfat etmişdir. Ərizəçi X1 ölümünün qeydə alınması barədə Sumqayıt “Asan xidmət” Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsində yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.1987-ci il təvəllüdlü X3 30 sentyabr 1989-cu il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1987-ci il təvəllüdlü X3 30 sentyabr 1989-cu il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-383/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-383/2025
22.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver