Məhkəmə qərarları › İş №2(060)-3843/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3843/2024

01.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3843/2024 01.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzi Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2 xx.xx.2024-cü il tarixdə Masazır qəsəbəsi, Dədə Qorqud küçəsi, həyət evi 47 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, atası X1 qəsəbəsi, Dədə Qorqud küçəsi, həyət evi 47 ünvanında tək yaşayırdı. Lakin son günlərini onun yanında birgə yaşamışlar. Çünki atası Nəzərov Fəxrəddin kəskin xəstə idi. O, “işemik insult”dan əziyyət çəkirdi. xx.xx.2024cü il tarixdə atasının vəziyyəti qəfil dəyişdi. O, dərhal saat 1336 radələrində Sumqayıt şəhər Təcili və X6 Stansiyasına məlumat vermişdir. Briqada ünvana çatanda artıq atası dünyasın dəyişmişdi. Meyidi müayinə üçün apardılar. Heç bir zorakılıq əlamətləri aşkarlanmamışdır. Bu barədə faktla bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzi Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət ünvanlamışdır. Qeydiyyat Şöbəsi isə X2 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığına görə imtina etmiş və məhkəmə qaydasında baxılmasını bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194-cü maddəsi tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən ərizənin təmin edilməsi mümkün deyil. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə Ərizəçi eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzi Qeydiyyat Şöbəsi qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İşdə olan Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAM Xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanladığı məktubdan görünür ki, X2 ölümünü təsdiq edən tibbi şəhadətnamə olmamasını nəzərə alaraq ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan “Tibbi ərazi X3” Publik Hüquqi şəxs “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsin X9 Stansiyasının Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:36-da ünvan 3 ünvanında yaşayan 1958-ci il təvəllüdlü X5 adına 13 saylı çağırış daxil olmuşdur. Birqada verilən ünvana çatdıqda 1958-ci il təvəllüdlü X2 meyidini aşkar etmişdir. Demələrinə görə mərhum “İşemik insult”dan əziyyət çəkmişdir. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi vətəndaşlara Xidmət İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, mərhum X5 xx.xx.2024-cü il tarixində vəfat etmiş və Sumqayıt Şəhər Qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı ilə həqiqətən xx.xx.1958-ci təvəllüldü X5 xx.xx.2024-cü il tarixdə Masazır qəsəbəsi, Dədə Qorqud küçəsi, həyət evi 47 ünvanında ölməsi faktı sübut olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1958-ci təvəllüldü X2 xx.xx.2024-cü il tarixdə Masazır qəsəbəsi, Dədə Qorqud küçəsi, həyət evi 47 ünvanında ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar