Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3845/2022 02.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1953-cü il tarixdə anadan olmuş mərhum atası X2 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Novxanı bağ massivi ünvanında ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.1953-cü il təvəllüdlü atası X5 xx.xx.2022-ci il tarixində Abşeron rayonu, Novxanı bağ massivində olarkən vəfat etmiş və həmin gün Quba rayonu, Aşağı-xuc kənd qəbirstanlığında dəfn olunmuşdur. Mərhum atasının ölümündən az əvvəl təcili tibbi yardım stansiyasının həkimləri çağırışa gəlsə də, çağırışa gələn həkimlər artıq atasının öldüyünü bildirmişdirlər. Bakı şəhər Təcili və X9 Stansiyasının 16 saylı bölməsi tərəfindən müvafiq arayış verilmişdir. Həmçinin polis orqanı tərəfindən toplanmış materiallar üzrə araşdırma aparılmış, onun xx.xx.2022-ci il tarixli ərizəsi əsasında materiallar işə alınmışdır. Yəni mərhum atasının ölümü ilə bağlı hər hansı bir cinayət işi aşkarlanmamışdır. Bununla əlaqədar qeydiyyat şöbəsinə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmədə şahid X7 ərizəçinin anası, mərhumun həyat yoldaşı olduğunu, ərinin ölüm xəbərini xx.xx.2022-ci ildə oğlunun ona dediyini, mərhumun Quba rayonu, Aşağı-xuc kənd qəbirstanlığında dəfn olunduğunu bildirdi. Məhkəmədə şahid X8, ərizəçinin bacısı, mərhumun qızı olduğunu, atasının 2022-ci ilin mart ayının 5-də vəfat etdiyini, bundan qardaşı ilə anasının həmin tarixdə telefon danışığı zamanı xəbər tutduğunu, Quba rayonu, Aşağı-xuc kənd qəbirstanlığında dəfn olunduğunu bildirdi. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Ərizəçi Quba rayonu, Aşağı-xuc kəndində anadan olmuşdur. X1r. - Bakı şəhər Təcili və X9 Stansiyasının 16 saylı bölməsinin verdiyi 06 №-li, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci ildə saat 2032-də Abşeron rayonu, Novxanı bağ massivi ünvanına X2 adına çağırış daxil olmuşdur. Çağırışı 16 saylı bölmənin həkimi Mehriban Əzizova yerinə yetirmişdir. Həkimə qədər ölüm kişi cinsli meyid diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/Q-1002/15 saylı məktubundan görünür ki, Ərizəçi X3 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Quba rayonu Digah-Xucbala Bələdiyyəsinin verdiyi xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, xx.xx.2022-ci il tarixdə Quba rayonu, Aşağı-xuc kənd qəbirstanlığında el qaydası ilə dəfn olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin atası xx.xx.1953-cü il təvəllüdlü X6 xx.xx.2022-ci ildə Abşeron rayonu, Novxanı bağ massivi ünvanında vəfat etmiş və ünvan 3qında şəhadətnamənin alınması mərhumun övladı olan ərizəçi üçün bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, məhkəmə iclasında ərizəçinin tələbinin əsasları olan faktiki hallar məhkəməyə təqdim edilmiş sənədlərlə, həmçinin şahid ifadələri ilə sübuta yetirilmişdir. Ona görə də ərizə təmin edilməli, xx.xx.1953-cü il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1953-cü il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Novxanı bağ massivi ünvanında ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-3845/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3845/2022
02.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver