Məhkəmə qərarları › İş №2(060)-3855/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3855/2023

02.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3855/2023 02.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə 02 iyun 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə 1 saylı Sumqayıt Mediasiya Təşkilatında onunla Maraqlı şəxs arasında bağlanmış “Barışıq sazişinin” təsdiq edilərək onunla Maraqlı şəxs arasında bağlanmış nikah qeydinin ləğv edilməsi, birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanda yerləşən mənzildə paylarının 1/2 hissədə müəyyən edilməsi həmin mənzilin açıq hərracdan satılaraq, əldə edilmiş vəsaitin paylarına müvafiq olaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, vətəndaş Maraqlı şəxs ilə xx.xx.1999-cu il tarixdə nikah qeydiyyatından keçməklə evlənmişdirlər. Birgə nikah dövründə ünvan 2 ünvanda yerləşən mənzil əldə etmişdirlər. Mənzil Maraqlı şəxs mülkiyyətindədir. Birgə nikahdan yetkinlik yaşına çatmayan uşaqları yoxdur. Maraqlı şəxs ilə münasibətləri pozulduğu üçün faktiki olaraq ayrılmışdırlar. X4 məhkəmədən kənar pozulması üçün Maraqlı şəxs təklif etməsinə baxmayaraq o, qeydiyyat şöbəsinə gəlməmişdir. Aralarında olan nikah qeydinin ləğv edilməsi və birgə əmlaklarının olan mənzilin bölgüsü üçün Maraqlı şəxs mediasiya təklifi etdi. Ona cavab gəlmədiyi üçün mediasiya təşkilatına müraciət etdi. Mediator mediasiya seansı təşkil etdi, hər ikisini ora dəvət etdi və onun təkliflərini qarşı tərəfə bildirdi. Maraqlı şəxs mənzilin birgə nikah dövründə əldə edilməsini təsdiq etməklə bərabər, nikah qeydinin könüllü olaraq qeydiyyat şöbəsində pozulmasına razılıq verdi, eləcə də bildirdi ki, mənzildəki paylarının 1\2 hissədə müəyyən edilməsinə, mənzilin satılaraq əldə edilmiş vəsaitin aralarında paylara müvafiq bölünməsinə də razıdır. Onun bu razılığından sonra mediator barışıq sazişi tərtib etdi, bu şərtləri və razılığı barışıq sazişinə daxil etdi və həmin Sazişi hər ikisi imlazaladı. Mediasiya xərci olaraq 50 manatı o, ödəmişdir. Bundan sonra o, S.X2 gedərək, aralarında olan nikah qeydinin ləğv edilməsini, mənzilin satılaraq aralarında paylara müvafıq bölünməsini xahiş etsə də, sonuncu barışıq sazişində göstərilənlərə əməl etməkdən imtina etdi. Ona görə də o, barışıq sazişinin təsdiq edilməsi üçün hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, ailə faktiki olaraq dağılıb. Tərəflər qeyd edilən məsələlərlə bağlı medisaiya prosesində razılığa gəlmişdirlər, lakin sonradan cavabdeh tərəfindən barışıq sazişinin şərtləri yerinə yetirilməmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdurlar. Nümayəndə qeyd edilənlərə əsaəsn ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs bildirdi ki, medisaiya prosesində nikahın pozulmasına və mənzilin bölünmsinə razı olduğunu bildirmişdi. Evin satılması mərhələsində makler onlara mübahisəli evdə qızlarının qeydiyyatda olduğunu üçün onların da evin satılmasını razılıqlarının vacib olduğunu bildirmişdir. Qeyd edir ki, qızlarından biri Bakıda, digəri isə Rusiyada yaşayır. Bakıda yaşayan qızı ilə əlaqəsi yoxdur. Rusiyada yaşayan qızı isə əvvəl məsələ ilə bağlı narazı olsa da sonrdan məhkəməyə çağıralacağından ehtiyat edərək razı olacağını bildirmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, ərizəçi ilə 10 ildir ki, ayrı yaşayırlar. Ərizəçinin özünün bağ evi var. Hazırkı mübahisəli mənzil isə iki otaqlıdır. Ərizəçidən canını qurtarmaq üçün mənzilin satılmasına razı olmuşdur. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞB/MT030/2023-00659 nömrəli barışıq sazişindən görünür ki, hər iki tərəf, bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı xx.xx.1999-cu il tarixli 529 saylı nikah qeydinin pozulmasına razı olduqları, ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsinin məhkəmə müstəvisində həll ediləcəyi barədə razılaşmışdırlar. Tərəflər mediasiya prosesində Sumqayıt şəhəri, 1-ci mkr, 49A/21 saylı binanın 19 saylı 2 otaqlı mənzilinin birgə nikah dövründə əldə edilməsini təsdiq etmişdirlər. Tərəflər birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, 1-ci mkr, 49A/21 saylı binanın 19 saylı 2 otaqlı mənzilinin hər birinin payının 1/2 hissə olmaqla müəyyən edilməsinə razılaşmışdırlar və gələcəkdə bu predmet üzrə bir birinə qarşı hər hansı iddia və tələblərinin olmayacağına dair öhdəlik götürdülər. Tərəflər əgər birgə nikah dövründə əldə edilmiş Sumqayıt şəhəri, 1-ci mkr, 49A/21 saylı binanın 19 saylı mənzilindən birlikdə istifadə etmək mümkün olmazsa, həmin mənzili hər ikisinin iştirakı ilə satılacağı və əldə ediləcək pul vəsaitinin bu Sazişlə müəyyən edilmiş hər birinin payına uyğun şəkildə böləcəkləri barədə razılaşmışdırlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən 19 saylı mənzil ünvan 4iyi xx.xx.1994-cü il tarixli, 31-604 reyestr nömrəli mənzilin əvəzsiz bağışlanma müqaviləsi əsasında X1 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. ünvan 4iyi xx.xx.2002-ci il tarixli, 4Ə-141 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil Maraqlı şəxs adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarında olan AZ-İ 389333 saylı nikah haqqında şəhadətnaməyə əsasən Ərizəçi ilə X3 16 aprel 1989-cu il tarixdə Sumqayıt şəhəri Nikah evində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 529 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Tumasova soyadı verilmişdir. İşdə olan 2 saylı Sumqayıt Regional “Asan Xidmət” X5 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mövcud qanunvericiliyə əsasən nikahın pozulması ilə bağlı məhkəməyə müraciət olunması Ərizəçi tövsiyə olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin qismən təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin tərəflərin mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin qismən təsdiq edilməsini mümkün hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanda yerləşən mənzilin açıq hərracdan satılması barədə şərt tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/MT030/2023-00659 nömrəli barışıq sazişində öz əksini tapmadığından və nikahın pozulmasına dair işlərə yalnız iddia icraatı qaydasında baxılması mümkün olduğundan həmin hissələrdə barışıq sazişi təsdiq edilməməli, ünvan 1 ünvanda yerləşən mənzildə tərəflərin hər birinin payının 1/2 hissədə müəyyən edilməsi hissəsində barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləninin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/MT030/2023- 00659 nömrəli 03 Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “Ərizəçi ilə Maraqlı şəxs birgə nikah dövründə əldə edilmiş Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 49A/21, 19 saylı mənzildə hər birinin payı ½ hissədə müəyyən edilsin.” Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar