Məhkəmə qərarları › İş №2(060)-3863/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3863/2021

18.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3863/2021 18.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Arif qızı Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı 01.10.1977-ci il təvəllüdlü X5 03.03.2021-ci il tarixdə Abşeron rayonu, Mehdiabad – Digah yolu, P.Haşımov küçəsində yerləşən fərdi yaşayış evində saat 20:00 radələrində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi, ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 51-ci məhəllədə yerləşən 99 saylı evdə qeydiyyatda olan 01.10.1977-ci il təvəllüdlü X10 onun doğma qardaşıdır. Mərhum qardaşı X10 uzun zamandır ağır xəstəlikdən əziyyət çəkirdi. Xəstəliyi ağırlaşdığı üçün bu ilin əvvəlindən Sumqayıt şəhərindəki qeydiyyatda olduqları evdən müvəqqəti olaraq-Abşeron rayonu, Mehdiabad-Digah yolu ərazisində yerləşən ailəyə məxsus fərdi yaşıyış evinə köçmüşlər. Mərhum qardaşının halının pis olduğunu görüb, onlar dərhal təcili tibbi yardım stansiyasına zəng etmişlər, çağırışa gələn həkimlər artıq qardaşının öldüyünü ona bildirmişlər. Təcili və X4 Stansiyası tərəfindən onlara Ölüm haqqında Xəbərdarlıq vərəqəsi də təqdim etmişdilər. Səhəri gün yəni, 03.03.2021-ci il tarixdə mərhum qardaşını doğulduğu Beyləqan rayonu, Şəfəq kənd qəbirstanlığında dəfn etmişlər. Həmin xəbərdarlıq vərəqəsi əsasında ölümün baş verdiyi rayon üzrə Abşeron Rayon Qeydiyyat Şöbəsinə müraciət edərək, xəbərdarlıq vərəqəsi əsasında mərhum qardaşına ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən 05/Q-352/15 nömrəli, 16.03.2021-ci il tarixli məktub verilərək, ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölmünün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmişdir. Abşeron rayon Qeydiyyat Şöbəsi aidiyyəti üzrə müraciət etməyi tövsiyyə etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili və nümayəndəsi ərizəni müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, faktın müəyyən edilməsi ölüm haqqında şəhadətnamənin əldə edilməsi və ərizəçi tərəfindən bir sıra sosial hüquqlarının həyata keçirilməsi üçün tələb olunur. Ərizəçinin nümayəndəsi həmçinin bildirdi ki, ərizəçinin ata adı səhv olaraq iddia ərizəsində “Arif” olaraq qeyd olunmuşdur, ərizəçinin atasının adının “Asif” olaraq qəbul edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, ərizəçinin və mərhumun əmisidir. Mərhumun 03 mart 2021-ci il tarixdə evdə keçindiyini görmüşdür. Vəziyyəti pisləşdiyindən təcili tibbi yardım çağırılsa da həyatını xilas etmək mümkün olmamışdır. Ölüm səbəbi uzun müddət əziyyət çəkdiyi ağır xəstəliklə əlaqədardır. Bütün yas mərasimlərində şəxsən iştirak etmişdir. Mərhum Beyləqan rayonu, Şəfəq kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, mərhumun əmisi yoldaşıdır. Mərhum 2021-ci ilin mart ayında evdə uzun müddət əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib. Onun yas mərasimlərində iştirak etmişdir. Mərhum Binəqədi rayon, Şəfəq kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin vəkilinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 09823621 saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, X10 01.10.1977-ci il tarixdə Beyləqan rayonu, Örənqala kəndində anadan olmuşdur. Abşeron rayon Qeydiyyat Şöbəsinin 16.03.2021-ci il tarixli 05/Q-352/15 saylı məktubundan görünür ki, Ərizəçi ölümünü təsdiq edən sənəd olmaması səbəbindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Beyləqan rayon İcra Hakimiyyəti “xxxx” MMC tərəfindən verilmiş 30.03.2021-ci il tarixli 1 saylı arayışdan və qəbir daşının fotoşəkillərindən görünür ki, X1 rayon qəbiristanlığında 03.03.2021-ci il tarixdə dəfn edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, 01.10.1977-ci il təvvəllüdlü X5 03.03.2021-ci il tarixdə vəfat etməsi faktı araşdırılan sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01.10.1977-ci il tarixdə anadan olmuş X5 03.03.2021-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar