Məhkəmə qərarları › İş №2(060)-3883/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3883/2023

11.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3883/2023 11.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1974-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. Atası Pələngov Akif Balaca oğlu xx.xx.1942-ci ildə ünvan 3ində anadan olmuşdur. 05 iyun 2022-ci ildə atasının ünvan 3ində fərdi yaşayış evində qəflətən halı pisləşmiş və təcili yardım gələnə qədər vəfat etmişdir. Atası 06 iyun 2022-ci ildə ünvan 3 qəbirstanlığında dəfn edilmişdir. Lakin bu günə qədər atasına “ölüm haqqında şəhadətnamə” ala bilməmişdir. O atasının ölümünün qeydiyyta alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin Sumqayıt şəhər Qeydiyyat Şöbəsindən ona məktubla bildirmişdilər ki, ölümü təsdiq edən arayış olmadığına görə ölüm faktınının müəyyən olunması üçün məhkəməyə müraciət etməlidir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Faktın müəyyən olunması ona, ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Qeyd edilənlərə əsasən atasının xx.xx.1942-ci il təvəllüdlü Ərizəçi xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, atası xx.xx.1942-ci il təvəllüdlü Ərizəçi xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Ürək xəstəliyi olmuşdur. ünvan 3ində fərdi yaşayış evində vəfat etmiş, elə orda da dəfn olunmuşdur. Maraqlı tərəf Maraqlı şəxsnə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, Ərizəçi izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək müəyyən edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, ərizəçi dostudur. Ailəvi yaxındırlar. Ərizəçinin atası xx.xx.2022-ci ildə ünvan 3ində vəfat etmişdir. Həmin ayın 6-sı dəfn olunmuşdur. Yas və dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, ərizəçi dostudur. Təsdiq edir ki, ərizəçinin atası xx.xx.2022-ci ildə ünvan 3ində vəfat etmişdir. Elə orda da dəfn olunmuşdur. O da mərasimdə iştirak etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Sumqayıt Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 15 saylı Mənzil-Kommunal sahəsinin 644 nömrəli, xx.xx.2022ci il tarixli ailə tərkibi haqqında arayışından görünür ki, Ərizəçi Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 6, mənzil 99 ünvanında yaşayır. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Pələngov Akif Balaca oğlu Sumqayıt şəhərində xx.xx.1942-ci il tarixdə anadan olmuşdur. Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 6, mənzil 99 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Sumqayıt şəhərində xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. Sumqayıt şəhəri, 13cü mikrorayon, ev 6, mənzil 99 ünvanında qeydiyyatdadır. Maraqlı şəxs xx.xx.2022-ci il tarixli ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, Pələngov Akif Balaca oğlu oğlunun ölümünü təsdiq edən tibbi şəhadənamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İİİ-ЖГ seriyalı, 271792 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1974-cü ilin iyul ayının 19-da 2218 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Xaçmaz rayonu Seyidli kənd yeri İƏD-in təsdiq etdiyi xx.xx.2022-ci il tarixli aktdan görünür ki, mərhum Pələngov Akif Balaca oğlu 05 iyul 2022-ci ildə Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində vəfat etmiş və 06 iyun 2022-ci ildə Seyidli kənd yeri kənd qəbirstanlığında dəfn olunmuşdur. Bu dəfndə onlar da yaxından iştirak etmişlər. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Sumqayıt X8 Hüquqi Şəxsin 5 nömrəli Ailə Sağlamlıq Mərkəzinin 108 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2023cü il tarixində X4 atasının ölüm haqqında tibbi şəhadətnaməsi üçün müraciət etmişdir. Bildirdiyinə görə atası Pələngov Akif Balaca oğlu xx.xx.2022-ci il tarixində Xaçmaz rayonu, Xudat Seyidli kəndində evdə rəhmətə getmişdir. Evə X10 Stansiyası briqadası çağrılmış və onlar tərəfindən mərhumun meyidini gördükləri barədə arayış verilmişdir. Mərhumu onlar və Sumqayıt şəhəri X10 Stansiya briqadası görmədikləri üçün mərhumun qızına ölüm haqqında tibbi şəhadətnamə (forma 106) verə bilməyəcəklərini bildirmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi atası xx.xx.1942-ci il təvəllüdlü Pələngov Akif Balaca oğlu xx.xx.2022-ci il tarixdə ünvan 3ində vəfat etmişdir. Ərizəçi atası Pələngov Akif Balaca oğlunun ölümünün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ölümü təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi təqdim olunmadığından ölüm haqqında akt qeydinin aparılmasından imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.1942-ci il təvəllüdlü Pələngov Akif Balaca oğlunun xx.xx.2022-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1942-ci il təvəllüdlü Pələngov Akif Balaca oğlunun xx.xx.2022-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar