Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3906/2024 08.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu ildə Ağsu rayonunda Keşdiməz kəndində anadan olmuş X1 12 mart 2024-cü ildə ünvan 6qayıt şəhəri, 76-cı məhəllədə yerləşən fərdi yaşayış evində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı xx.xx.1959-cu il təvəllüdlü X5 12 mart 2024-cü ildə yaşadıqları ünvan 6qayıt şəhəri, 76-cı məhəllədə yerləşən fərdi yaşayış evində dünyasını dəyişmişdir. O, son vaxtlar ürək ağrılarından şikayət etmiş və həyat yoldaşı qəfil dünyasını dəyişmişdir. ünvan 6qayıt Təcili Tibbi Yardım Stansiyası evə gəlmiş və ölümün şahidi olmuşdur. Bu barədə onlara həyat yoldaşının ölümü ilə bağlı arayış verilmişdir. Həyat yoldaşı Ağsu rayonu, Bico kənd Keçdiməz kənd qəbiristanlığında xx.xx.2024-cü ildə dəfn edilmişdir. O, həyat yoldaşının ölümü ilə bağlı ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün dəfələrlə aidiyyəti səhiyyə müəssisələrinə şifahi müraciətlər etmişdir. Lakin aidiyyəti təşkilatlar həyat yoldaşının ölümünün xx.xx.2024-cü il tarixində ev şəraitində baş verməsi və bu barədə onlarda hər hansı məlumatın olmaması səbəbi ilə əlaqədar hər hansı həkim arayışı və tibbi şəhadətnamə verməkdən imtina etmişlər. Bundan sonra maraqlanmış və məlum olmuşdur ki, həmin həkim arayışını yaşadıqları faktiki ərazinin Təbib STM PHŞ 4 saylı Ailə Sağlamlıq Mərkəzi verməlidir. Bu təşkilata da vəkil vasitəsi ilə sorğu verilərək həkim arayışı-tibbi şəhadətnamə istənilmişdir. Sonda xx.xx.2024-cü il tarixdə 70 saylı sorğuya cavab məktubu ilə həyat yoldaşına ölümü barədə həkim arayışının verilməsinin sahə həkimində qeydiyyatda olmaması səbəbi ilə mümkünsüzlüyü bildirilmişdir. Bundan əvvəl isə Maraqlı şəxsnə müraciət etmiş, lakin tibbi arayışın olmaması səbəbindən ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Tibbi şəhadətnamənin olmaması halında izah olunmuşdur ki, ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir. Həyat yoldaşının qeyd olunan tarixdə ölməsini təsdiqləyən şahidlər vardır. Həmin şahidləri məhkəməyə dəvət edə bilər. Bu faktın tədsiqi ona həyat yoldaşına ölüm haqqında şəhadətnamə almaq üçün vacibdir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, 12 mart 2024-cü ildə hər ikisi evdə olmuşdur. Sinəsində problem olduğunu bildirmiş və yatmaq istəmişdir. Çarpayıya yaxınlaşan zaman nəfəsində problem yaranmış və yıxılmışdır. Həmin zaman ona nəfəs vermiş, masaj etmişdir. Nəfəs ala bilmədiyini düşünərək pəncərəni açmışdır. Öldüyünü bilməmişdir. Həmin zaman gəlini ilə əlaqə saxlamış və təcili yardım çağırmağını bildirmişdir. O isə atası ilə əlaqə saxlayaraq qaynatasının vəziyyətinin pis olduğunu və təcili yardım çağırmalı olduğunu bildirmişdir. Bir müddət keçdikdən sonra təcili yardım gəlmişdir. Bundan sonra həyat yoldaşının öldüyünü bilmişdir. ünvan 6qayıt şəhər Polis İdarəsindən ifadəsi alınmışdır. Sonda məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, ərizəçinin həyat yoldaşı xx.xx.1959-cu il təvəllüdlü X5 12 mart 2024cü ildə yaşadıqları ünvan 6qayıt şəhəri, 76-cı məhəllədə yerləşən fərdi yaşayış evində dünyasını dəyişmişdir. O, son vaxtlar ürək ağrılarından şikayət etmiş və həyat yoldaşı qəfil dünyasını dəyişmişdir. ünvan 6qayıt Təcili Tibbi Yardım Stansiyası evə gəlmiş və ölümün şahidi olmuşdur. Şəxs Ağsu rayonunda xx.xx.2024-cü ildə dəfn edilmişdir. O, həyat yoldaşının ölümü ilə bağlı ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün dəfələrlə aidiyyəti səhiyyə müəssisələrinə şifahi müraciətlər etmişdir. Lakin aidiyyəti təşkilatlar həyat yoldaşının ölümünün xx.xx.2024-cü il tarixində ev şəraitində baş verməsi və bu barədə onlarda hər hansı məlumatın olmaması səbəbi ilə əlaqədar hər hansı həkim arayışı və tibbi şəhadətnamə verməkdən imtina etmişlər. Şəxsin qeyd olunan tarixdə ölməsini təsdiqləyən şahidlər vardır. Sonda məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Şahid ifadələri:
5. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 ifadəsində bildirdi ki, ərizəçi qaynanasıdır. 12 mart 2024-cü il tarixdə evdə olduğu zaman qaynanası ona zəng edərək qaynatasının vəziyyətinin pis olduğunu bildirmişdir. Atasına zəng edərək təcili tibbi yardım çağırmasını bildirmiş və qaynanasıgilə getmişdir. Evə çatdıqda qaynatasının halının pis olduğunu görmüşdür. O gəldikdən yarım saat sonra təcili tibbi yardım gəlmişdir.
6. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 izahatında bildirdi ki, ərizəçi onun bacısıdır. Evdə olduğu zaman qızı zəng edərək Osmanov Ədalətin halının pis olduğunu və təcili tibbi yardıma zəng etməyini bildirmişdir. Evdən çıxmış və təcili tibbi yardımla əlaqə saxlamışdır. Evlərinə getdiyi zaman görmüşdür ki, bacısının həyat yoldaşı çarpayının üzərindədir. O evə gəldikdən 5 dəqiqə sonra təcili tibbi yardımın əməkdaşları gəlmiş və bildirmişdirlər ki, şəxs ölmüşdür. Hadisə baş verən zaman təxmini saat 16:00- 17:00 radələri olardı.
Tədqiq olunan sübutlar:
8. ünvan 6qayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsi tərəfindən Ərizəçi ünvanlanmış 58-5/20-2597 saylı məktubdan görünür ki, Ərizəçi xx.xx.2024-cü il tarixdə həyat yoldaşının vəfatı ilə bağlı şikayətinin olmaması barədə ərizəsi nəzərə alınmış və araşdırma dayandırılmışdır.
9. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” ünvan 6qayıt Tibb Mərkəzi X9 Təcili Tibbi Yardım Stansiyası tərəfindən X4 ünvanlanmış 16 mart 2024cü il tarixli, 869 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:08-də ünvan 6qayıt şəhər 76 məhəllə həyət evi ünvanında yaşayan 1959-cu il təvəllüdlü X5 adına 58 saylı çağırış daxil olmuş, briqada verilən ünvana çatdıqda 1959-cu il təvəllüdlü X1 meyidini aşkar etmiş, həyat yoldaşının deməsinə görə mərhum son vaxtlar ürək nahiyyəsində olan ağrılardan şikayət etmiş, müalicə almamış, əsas xəstəliyi haqqqında heç bir məlumat verilməmiş, müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmiş, ölüm barədə polisə məlumat verilmişdir.
10. Ağsu rayonu İcra Hakimiyyəti Başçısının Bico kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Maraqlı şəxsnə 29 mart 2024-cü il tarixli, 5-34-22/2-2-23/2024 saylı məktubdan görünür ki, X5 xx.xx.2024-cü ildə vəfat etmiş, Ağsu rayonu Bico kənd inzibati ərazi dairəsinin Keçdiməz kənd qəbiristanlığında dəfn olunmuşdur.
11. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-Q- 1130/15 saylı məktubdan görünür ki, Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsi tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Maraqlı şəxs tərəfindən ərizənizin təmin edilməsi mümkün olmamışdır.
12. İİ-ЖГ 262380 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Əhmədova Radə Xaməmməd qızı arasında bağlanmış nikah xx.xx.1980-ci il tarixində akt qeydləri kitabında 03 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Osmanova” soyadı verilmişdir.
13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi ünvan 4 ünvanında qeydiyyatdadır.
14. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ünvan 6qayıt Tibb Mərkəzi X11 4 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən ünvan 5 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 70 nömrəli məktubdan görünür ki, ünvan 6qayıt şəhəri, 76-cı məhəllə həyət evində yaşamış xx.xx.1959-cu il təvəllüdlü X5 ASM-in sahə həkimində qeydiyyatda olmamış və onun barəsində Təcili Tibbi Yardım tərəfindən heç bir məlumat verilməmişdir.
15. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” ünvan 6qayıt Tibb Mərkəzi X11 1 nömrəli xəstəxana tərəfindən ünvan 6qayıt Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 382 nömrəli məktubda qeyd olunmuşdur ki, X5 tərəfindən xəstəxanaya müraciət olunmamışdır.
Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüünvan 6undan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2-ci maddəsinə görə məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsi :
158.2-ci maddəsinə görə doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir. 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 195.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”:
8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
18. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, ərizəçini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə təmin edilməlidir.
19. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Ərizəçi mərhum X1 arvadıdır. X5 12 mart 2024-cü ildə ünvan 6qayıt şəhərində vəfat etmişdir. Ərizəçi mərhum ərinə ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də ölümü təsdiq edən sənədin olmaması səbəbindən şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bundan sonra ərizəçi tərəfindən tibbi şəhadətnamənin verilməsi məqsədilə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ünvan 6qayıt Tibb Mərkəzi X11 4 nömrəli Ailə Sağlamlıq Mərkəzinə müraciət edilmiş, lakin həmin Mərkəzin xx.xx.2024-cü il tarixli, 70 nömrəli məktubu ilə tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir.
20. Mülki Prosessual Məcəllənin yuxarıda qeyd edilən normalarının tələblərindən göründüyü kimi məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Şəxsin müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
21. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır: ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədənkənar qaydada almağın mümkün olmaması başa düşülür.
22. Təqdim edilmiş ərizədə X1 12 mart 2024-cü il tarixdə ünvan 6qayıt şəhərində vəfat etməsi faktının müəyyən edilməsi xahiş olunmuşdur. Qeyd olunan ərizədə göstərilən halların qanunvericiliklə nəzərdə tutulmuş qaydada araşdırılması zəruridir.
23. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”.
24. Həmin qərarın 9.2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır.
25. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, yuxarıda adları qeyd olunan qurumlar tərəfindən ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamənin və eyni zamanada ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Göründüyü kimi ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilməmişdir və bu səbəbdən onun AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır.
26. Məhkəmə araşdırması zamanı mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan şahidlər dinlənilmişdirlər.
27. Məhkəmə hesab edir ki, hazırkı halda ölüm faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından, habelə X1 12 mart 2024-cü il tarixdə ünvan 6qayıt şəhərində vəfat etməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır və təmin edilməlidir.
Nəticə:
23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. X1 12 mart 2024-cü il tarixdə ünvan 6qayıt şəhəri, 76-cı məhəllədə yerləşən fərdi yaşayış evində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə ünvan 6qayıt Şəhər Məhkəməsi vasitəsilə ünvan 6qayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva