Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3908/2021 16.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X3 Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı tərəf Sumqayıt “Asan Xidmət” X4rşı “ölüm faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, 06.09.2020-ci il təvəllüdlü X5 30.03.2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi2 ərizəni müdafiə edərək göstərdi ki, onlar 04.12.2019-cu il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahdan 06.09.2020-ci il təvəllüdlü X10 adlı bir övladları olmuşdur. Mərhum övladlarının 3 ay yarımlığından narahatlıqları olmuşdur. 02.02.2021- ci il tarixdə Ə.Qarayev adına 2 saylı klinik uşaq xəstəxanasına baş beyin mədəciklərinin kobud dekompensə olunmuş hidrosefaliyası diaqnozu ilə qəbul olunmuşdur. Mütəmadi olaraq müalicələrdə və müayinələrdə olmuşlar. 29.03.2021-ci il tarixdə yenidən uşaqlarının vəziyyəti ağırlaşmış, bununla bağlı dərhal 103 X14ynar xəttinə çağırış etmişlər. Briqada ünvana gələrkən uşaq ağır vəziyyətədə idi. Vəziyyətinin pis olduğunu görərək tibbi yardımdan imtina etmişlər. Həmin gün səhərisi yəni 30.03.2021-ci il tarixdə övladları vəfat etmişdir. Mərhum oğulları Sumqayıt şəhəri, X12 qəsəbə qəbirstanlığında dəfn etmişlər. Mərhum ev şəraitində öldüyünə görə ölüm şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Qanunla müəyyən olunmuş formada ölüm şəhadətnaməsi almaq mümkün deyildir. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Asan Xidmət X8 müraciət etsə də, rədd cavabı almışdır. Ona görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənləri nəzərə alaraq, 06.09.2020-ci il təvəllüdlü X5 30.03.2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Ərizəçi1 Ərizəçi2 izahatına uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı tərəf Sumqayıt “Asan Xidmət” X1 müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə məktub ilə müraciət edərək məhkəmə iclaslarının nümayəndələrinin iştirakının olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X11 bildirdi ki, ərizəçilər qonşusudur. Ərizəçilərin uşaqları uzun müddət xəstə olub. Başında şiş olduğu üçün rəhmətə getmişdir. Uşağın yaşı olmamışdır. Dəfində qonşu kimi iştirak etmişdir. Məhkəmədə şahid X17 ifadəsində göstərdi ki, ərizəçilər onun qonşusudurlar. Onların uşaqları xəstə idi. Uşaq təxmini 7-8 aylıq olardı. Uşağa həkim çağırlan zaman o, da orda olmuşdur. Uşağın halı pisləşdiyi üçün təcili tibbi yardımdan imtina etmişlər. Ərizəçilər uşağı Tağıyev qəsəbəsindəki qəbristanlıqda dəfn ediblər. Məhkəmə ərizəçilər Ərizəçi1 və Ərizəçi2, şahidlər X11 və X15 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt “ASAN xidmət” X13nin Ərizəçi2 ünvanladığı 06.04.2021-ci il tarixli məktubundan görünür ki, X5 ölümünü təsdiq edən tibbi sənədi olunmadığından, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə şöbəsi Təcili və X6 Stansiyasının 02.04.2021-ci il tarixli arayışının surətindən görünür ki, 29.03.2021-ci il tarixdə saat 21:30-da Sumqayıt şəhəri, ST.Sumqayıt həyət evi ünvanında yaşayan 06.09.2020-ci il təvəllüdlü X10 adına 121 nömrəli çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda uşaq ağır vəziyyətdə idi. Diaqnoz: Dəqiqləşdirilməmiş hidroselopatiya. Dəqiqləşdirilməmiş pnevmoniya. Aqonal vəziyyət. Xəstəyə tibbi yardımdan imtina etdilər. İş materiallarında olan AZ-İV №506744 saylı, 16.09.2020-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 06.09.2020-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında-Ərizəçi2, ana qrafasında Ərizəçi1 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına elmi-tədqiqat pediatriya institutunun epikrizindən görünür ki, 06.09.2020-ci il təvəllüdlü X7 “baş beyin mədəciklərinin kobud dekompensə olunmuş hidrosefaliyası” diaqnozu qoyulmuşdur. İş materiallarında olan, AZ-İİ № 378921 saylı, 04.12.2019-cu il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi2 ilə X9 arasında olan nikah Sumqayıt “ASAN xidmət” X13ndə 04 dekabr 2019-cu il tarixdə bağlanmış və 3557 nömrə ilə qeyd olunmaqla sonuncuya “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhəri X2 05.04.2021-ci il tarixli arayışından görünür ki, 06.09.2020-ci il təvəllüdlü mərhum X10 30 mart 2021-ci ildə vəfat etmiş və Hacı Zeynalabdin qəsəbə qəbristanlığında dəfn edilmişdir. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən 06.09.2020-ci il təvəllüdlü X5 30.03.2021-ci ildə vəfat etməsi faktı sübut olunur. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt “ASAN xidmət” X13 məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Şərh edilənləri məhkəmə hesab edir ki, 06.09.2020-ci il təvəllüdlü X5 30.03.2021-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 06.09.2020-ci il təvəllüdlü X5 30.03.2021-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-3908/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3908/2021
16.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver