Məhkəmə qərarları › İş №2(060)-3934/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3934/2021

08.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3934/2021 08.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı1 vəkili və nümayəndəsi Vəkil, İddiaçı2 nümayəndəsi Haqnəzərova Aynur Sahib qızının iştirakı ilə, İddiaçılar İddiaçı1 və Behbudova Sona Hüseyn qızının cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı qanun üzrə vərəsə kimi tanınma və vərəsələrin siyahısına daxil edilmə və vərəsəlik işinin ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı qanun üzrə vərəsə kimi tanınma və vərəsələrin siyahısına daxil edilmə tələbinə dair iddia ilə Sumqayır şəhər Məhkəməsinə müraciət edərək onun Sumqayıt “Asan Xidmət” Mərkəzində Notariat X1 ölümü ilə bağlı açılmış 27.01.2021-ci il tarixli, 8V-104 reyestrli vərəsəlik işində vərəsə siyahısına daxil edilməklə Ərəbov Rövşən Kazım oğlunun tək vərəsəsi olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun bacısı oğlu X23 27.10.2020-ci il tarixdə öz ofisində xroniki böyrək xəstəliyindən vəfat etmişdir. X12 anası Ərəbova (Əkbərova) Solmaz Hüseyn qızı iddiaçının doğma bacısıdır. X7 subay olmuş və özündən sonra qanun üzrə 1-ci növbə vərəsə qoymadan vəfat etmişdir. X3 16.03.2008-ci ildə, onun həyat yoldaşı Rövşənin atası X30 10.07.1997-ci ildə vəfat etmişdir. X12 yeganə qardaşı və qanun üzrə vərəsəsi Cavabdeh1 2013-cü ildə Azərbaycan Respublikasını tərk etmiş və Avropaya getmişdir. Əvvəllər bir müddət onun Fransa Respublikasında olması barədə məlumat olsada sonradan onunla əlaqə kəsilmiş və onun hal-hazırda harada olması məlum deyildir. X23 vəfat etdikdən sonra iddiaçının müraciəti əsasında Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən bacısı oğlu X23 barəsində 19.11.2020-ci il tarixdə, AZ -№ 133706 seriyalı ölüm haqqında şəhadətnamə verilmişdir. X23 vəfat etdikdən sonra onu dəfn etmişdir və mərhuma aid miras əmlakı faktiki qəbul etmişdir və əmlaka sahiblik və əmlakı idarə etməyə başlamışdır. Bundan başqa X19 məxsus daşınar və daşınmaz əmlaklara aid hüquq müəyyən edici sənədlər və mərhumun özünə aid olan bütün sənədlər ondadır. X23 vəfat etdikdən sonra ona aid əmlaklara sahiblənmək və həmin əmlakları ələ keçirmək üçün bacısı qızı Haqnəzərova Aynur Sahib qızı ona müraciət edərək ondan X19 aid ölüm haqqında şəhadətnaməni ona verməyimi istəmişdir. O Aynura bildirmişdir ki, mərhuma aid əmlakı öz adına sənədləşdirdikdən sonra həmin əmlakdan pay söz verir. Lakin Aynur onun təklifini qəbul etməmişdir. Bundan sonra Haqnəzərova Aynur Sahib qızı, 2013-cü ildən Azərbaycan Respublikasını tərk etmiş və hal-hazırda harda olması məlum olmayan X12 qardaşı Cavabdeh1 adından Rusiya Federasiyasının Ximki şəhərinin Notariusu tərəfindən təsdiq edilmiş Haqnəzərova Aynur Sahib qızının adına verilmiş saxta etibarnamə əldə edərək həmin etibarnamə əsasında X9 adına Cavabdeh1 adından etibarnamə vermiş, sonuncu isə X13 miras əmlakına dair Sumqayıt Asan Xidmət Mərkəzində Notariat X2 adından müraciət edərək 27.01.2021-ci il tarixdə, 8V-104 saylı vərəsəlik işi açılmasına nail olmuşdur. Haqnəzərova Aynur Sahib qızı notariusla əlaqəyə girərək Cavabdeh1 adından Haqnəzərova Aynur Sahib qızının adına guya Rusiya Federasiyasında verilmiş saxta etibarnamə forması tərtib edilmiş və onun əsasında Haqnəzərova Aynur Sahib qızı Cavabdeh1 adından Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində 07.12.2020-ci il tarixdə X9 adına 2 il müddətinə 7E/37972 saylı etibarnamə vermişdir. İddiaçının vəkili tərəfindən Sumqayıt şəhəri 4 saylı notariat ofisinə sorğu verilmiş və 07.12.2020-ci il tarixli 7E/37972 saylı etibarnamə və ona əlavə edilmiş sənədlər 18.03.2021-ci il tarixli, 978 saylı məktubla Sumqayıt şəhəri 4 saylı notariat ofisi tərəfindən təqdim edilmişdir. Həmin sənədlərdən məlum olur ki, guya 22.11.2016-cı il tarixdə Ərəbov X26 Federasiyası vətəndaşı X24 adlı şəxsə 8 il müddətinə Rusiya Federasiyası Moskva Vilayəti Ximki şəhərinin notariusu O.A.Neurova tərəfindən təsdiq edilmiş və 17-9745 reyester nömrəsi ilə qeydiyyata alınmış etibarnamə vermişdir. Həmin etibarnamə ümumiyyətlə iddiaçıya təqdim edilmiş Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş sənədlərdə yoxdur və iş materiallarına əlavə edilməmişdir. Guya bundan sonra 26.11.2020-ci il tarixdə X5 Federasiyası Moskva Vilayəti Ximki şəhəri notarial dairəsinin notariusu A.M.Dorovskix tərəfindən təsdiq edilmiş, reyesterdə 50/73-n/50-2020-8-420 nömrəsi ilə qeyd edilmiş etibarnamə əsasında 4 il müddətində Haqnəzərova Aynur Sahib qızının adına Cavabdeh1 adından bütün səlahiyyətlərini həyata keçirilməsi ilə bağlı etibarnamə verilmişdir. 26.11.2020-ci il tarixdə X24 tərəfindən verilmiş və Rusiya Federasiyası Moskva Vilayəti Ximki şəhəri notarial dairəsinin notariusu A.M.Dorovskix tərəfindən təsdiq edilmiş, reyesterdə 50/73-n/50-2020-8-420 nömrəsi ilə qeyd edilmiş etibarnamə əsasında Haqnəzərova Aynur Sahib qızı Sumqayıt şəhəri 4 saylı notariat ofisində 07.12.2020-ci il tarixli 7E/37972 reyesterli etibarnamə əsasında Cavabdeh1 adından X9 adına 2 il müddətinə miras əmlakı qəbul etmək və digər hərəkətləri həyata keçirtməklə bağlı etibarnamə vermişdir. Qasımov Pərviz " Qulam oğlu Cavabdeh1 adından Sumqayıt Asan Xidmət Mərkəzində Notariat Ofisinə müraciət edərək 27.01.2021-ci il tarixdə, 8V-104 saylı vərəsəlik işi açılmasına nail olmuşdur. Haqnəzərova Aynur Sahib qızının məqsədi saxta etibarnamə əsasında bacısı oğlu X12 adına olan əmlakı Cavabdeh1 adına vərəsəlik yolu ilə keçirilməsini təmin etmək sonradan isə həmin əmlakı sataraq mənimsəməkdir. Bacısı oğlu Cavabdeh1 Rusiya Federasiyası vətəndaşı X24 adlı şəxsə 8 il müddətinə Rusiya Federasiyası Moskva Vilayəti Ximki şəhərinin notariusu O.A.Neurova tərəfindən təsdiq edilmiş və 17-9745 reyester nömrəsi ilə qeydiyyata alınmış etibarnamə verməsi tamamilə uydurmadır. Belə ki, Cavabdeh1 2013-cü ildən Azərbaycan Respublikasını tərk edərək Fransa Respublikasına köçmüş və hal-hazırda harada olması məlum deyil. Ümumiyyətlə Cavabdeh1 2016-cı ildə Rusiya Federasiyasında olmayıb və X24 adlı şəxsə 8 il müddətinə etibarnamə verməyib. İddiaçıda olan məlumata əsasən X24 iddiaçının bacısı oğlu X12 qeyri-qanuni oğludur. X4 2016-cı ildə Cavabdeh1 etibarnamə verməsi tamamilə uydurmadır. Bu etibarnamə ümumiyyətlə Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində olan 07.12.2020-ci il tarixli 7E/37972 reyesterli etibarnamənin olduğu notarial işində iş materiallarında olmamışdır. Bundan başqa X12 qanun üzrə yeganə vərəsəsi mərhumun mirasını iddiaçı qəbul etmişdir və mərhumun tək qanun üzrə vərəsəsi odur. X12 əmlaklarına dair açılmış vərəsəlik işi üzrə oddiaçını AR MM-nin 1243.2-ci maddəsinə vərəsə kimi tanınması barədə 18.03.2021-ci il tarixdə Sumqayıt Asan Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmişdir və 18.03.2021-ci il tarixli, 811 saylı cavab məktubu ilə notarit ofisi iddiaçını vərəsə kimi qeydiyyata alınmaqdan imtina etmiş ona məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Cavabdeh1 ümumiyyətlə Haqnəzərova Aynur Sahib qızı ilə əlaqəsi yoxdur, bundan başqa X15 tanımır. Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində təsdiq edilmiş 07.12.2020-ci il tarixli 7E/37972 reyesterli etibarnamə ümumiyyətlə Cavabdeh1 iradəsini ifadə etməmişdir və onun xəbəri olmadan saxta yolla tərtib edilmiş etibarnamədir. Əgər Rusiya Federasiyasının Notarial Palatasına sorğu verilərsə 22.11.2016- cı il tarixli, 17-9745 reyesterli və 26.11.2020-ci il tarixli, 50/73-n/50-2020-8-420 reyester nömrəsi ilə qeyd edilmiş etibarnamələrin qüvvədə olmadığı məlum olacaq. Bundan başqa Rusiya Federasiyasının Dövlət Sərhəd Xidmətinə sorğu verilərsə 2016-cı ildə X12 ümumiyyətlə Rusiya Federasiyasına getmədiyi məlum olacaq. Odur ki, iddiaçı Əkbərov Kamil Hüseyn oğlunun Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisində bacısı oğlu X12 ölümü ilə bağlı açılmış 27.01.2021-ci il tarixli, 8 V-104 reyesterli vərəsəlik işində vərəsə siyahısına daxil edilməklə X12 tək vərəsəsi olması barədə qətnamə qəbul edilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı2 Cavabdeh1 və Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı vərəsə kimi tanınma və vərəsəlik işinin ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27.10.2020-ci ildə ölmüş X12 vərəsəsi kimi tanınması və Sumqayıt “Asan Xidmət” Mərkəzinin Notariat Kontorunda açılmış vərəsəlik işinin ləğv olunması haqqında qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, valideynləri-atası Əkbərov Hüseyn Həsən oğlu, anası X25 vəfat etmişlər. Ailədə 8 uşaq olmuşlar, hazırda 6-sı sağdır. 27.10.2020-ci ildə ölmüş X23 bacısı oğludur. iddiaçının X3 2008-ci ildə, onun əri Ərəbov Kazım Şaban oğlu isə 1998-ci ildə vəfat etmişdir. X23 evlənməmiş, övladı olmamışdır. Onun yeganə qardaşı Cavabdeh1 2013-cü ildə ölkəni tərk edərək xaricə getmiş, onun Azərbaycana dönmək fikri yoxdur. Yaxın günlərə qədər daim onunla telefon və onlayn əlaqələri olmuşdur. Qardaşlarının deməsinə görə ondan xəbər yoxdur və miras onu maraqlandırmır. Haqnəzərova Aynur Sahib qızı Cavabdeh1 adından etibarnamə əsasında “Sumqayıt “Asan Xidmət” Mərkəzinin Notariat Kontoorunda vərəsəlik işi açılmışdır. Qardaşları da eyni iddia tələbi və etibarnamənin etibarsız hesab edilməsi iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia ərizələri icraata qəbul olunmuşdur. İddiaçı da öz növbəsində xala kimi Cavabdeh1 4-cü növbə vərəsəsidir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4579/2021 saylı, 30.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı2 cavabdehlər Cavabdeh1 və Sumqayıt “Asan Xidmət” Mərkəzinin Notariat Kontoruna qarşı vərəsə kimi tanınma və vərəşəlik işinin ləğvi tələbinə dair 2(060)- 4579/2021 saylı mülki iş hazırki 2(060)-3934/2021 saylı mülki işlə birləşdirilmişdir. Məhkəmə iclasında İddiaçı1 vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək, tələblərinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi Haqnəzərova Aynur Sahib qızı iddia ərizəsinə uyğun izahat verərək, tələblərinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hazırki, mülki işə onunn iştrakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisi məhkəməyə müraciət edərək, işlərinin çox olması ilə əlaqədar işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı1 vəkili və nümayəndəsi Vəkil, İddiaçı2 nümayəndəsi Haqnəzərova Aynur Sahib qızının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: -AZ-İİ № 120563 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ərəbov Rövşən Kazım oğlu 17 noyabr 2020-ci il tarixdə xroniki böyrək xəstəliyi səbəbi ilə ölmüşdür. -05/Q-62/69 saylı doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X23 15 avqust 1969-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. -AZ-İİ № 149125 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 10.07.1997-ci ildə xərçəng intoksikasiyası səbəbi ilə ölmüşdür. -AZ-İİ №149124 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ərəbova Solmaz Hüseyn qızı 16 mart 2008-ci ildə ölmüşdür. -05/Q-224/69 saylı arayışdan görünür ki, X12 nikahı haqqında akt qeydi aşkar olunmamışdır. -05/Q-61/69 saylı arayışdan görünür ki, Cavabdeh1 11.02.1965-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur, atası X30, anası X10r. - 8V-104, 27.01.2021-ci il tarixli ərizədən görünür ki, Ərəbov Əfqan Kazım oğlu 27.10.2020-ci il tarixdə ölmüş X11 qalmış miras əmlakı qəbul edir. - AR-İİ № 203048 saylı 07.12.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 səlahiyyətləri Haqnəzərova Aynur Sahib qızı vasitəsi ilə X16 etibar edilmişdir. - 26 noyabr 2020-ci il tarixli Moskva vilayətinin Ximki şəhərində rəsmiləşdirilmiş etibarnamədən görünür ki, X6 Əfqan Kazım oğlunun adından Haqnəzərova Aynur Sahib qızına 8 il müddətinə etibarnamə vermişdir. - X29 Palatasının elektron bazasından çıxarışdan görünür ki, 22.11.2016-cı il tarixli 17-9745 reyestr nömrəli etibarnamə (Cavabdeh1 tərəfindən X20 verilmiş etibarnamə) ləğv edilməmişdir. - X29 Palatasının elektron bazasından çıxarışdan görünür ki, 26.11.2020-cı il tarixli 50/73-h/50-2020-8-420 reyestr nömrəli etibarnamə (X17 Cavabdeh1 adından Haqnəzərova Aynur Sahib qızına verilmiş etibarnamə) ləğv edilməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 27 oktyabr 2020-ci il tarixdə ölmüş X11 qalmış miras əmlakın qəbuluna dair Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisində 27.01.2021-ci il tarixli, 8V-104 reyestr nömrəsi ilə vərəsəlik işi rəsmiləşdirilmişdir. Vərəsəlik işi X12 qardaşı Ərəbov Əfqan Kazım oğlunun adından etibarnamə əsasında X9 müraciəti əsasında qeydiyyata alınmışdır. Ərəbov Əfqan Kazım oğlu X20 22.11.2016-cı il tarixli 17-9745 reyestr nömrəli etibarnamə vermişdir (Moskva vilayəti Ximki şəhərinin notariusu O.A.Neurova tərəfindən təsdiq edilmiş), X24 ona verilmiş səlayiyyətləri 26.11.2020-cı il tarixli 50/73-h/50-2020-8-420 reyestr nömrəli etibarnamə ilə Haqnəzərova Aynur Sahib qızına ötürmüş (Moskva vilayəti Ximki notarial dairəsinin notariusu A.M.Dorovskix tərəfindən təsdiq edilmiş), Haqnəzərova Aynur Sahib qızı isə ova verilmiş səlahiyyətləri 07.12.2020-ci il tarixli, AR-İİ № 203048 saylı etibarnamə ilə X16 ötürmüşdür (Sumqayıt şəhəri 4 saylı notariat ofsinin xüsusi notariusu C.Q.Rüstəmov tərəfindən təsdiq edilmiş). Qeyd edilən etibarnamələrin ləğv edilməsinə dair hər hansı bir sübut iddiaçılar tərəfindən təqdim edilməmişdir. X12 qardaşı Cavabdeh1 mirası nümayəndə vasitəsilə qəbul etmişdir. Vərəsəlik işi qanunvericiyin normalarına əsasən qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə görə miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə gör qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.2-ci maddəsinə görə ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-cü maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.1-ci maddəsinə görə, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.2-ci maddəsinə görənotarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 364.1-ci maddəsinə görə etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Qeyd edilənlərə əsasən iddiaçılar İddiaçı1 və Behbudova Sona Hüseyn qızının cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı qanun üzrə vərəsə kimi tanınma, vərəsələrin siyahısına daxil edilmə və vərəsəlik işinin ləğvi tələbinə dair iddiaları rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və Behbudova Sona Hüseyn qızının cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı X12 ölümü ilə bağlı açılmış 27.01.2021-ci il tarixli, 8V-104 reyestrli vərəsəlik işində vərəsə siyahısına daxil edilməklə X12 tək vərəsəsi olmağı, X12 vərəsəsi kimi tanınmağı və 27.01.2021-ci il tarixli, 8V-104 reyestrli vərəsəlik işinin ləğv edilməsi barədə iddia tələbləri rədd edilin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar