Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3959/2020 18.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Ərizəçi mərhum oğlu xx.xx.1982-ci il təvəllüdlü X4 ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X6 xx xxxx 1982-ci ildə Beyləqan rayonunda anadan olmuş, xx xxxx 2020-ci ildə Sumqayıt şəhərində ev şəraitində vəfat etmiş və Sumqayıt şəhər qəbirstanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması ona bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ona görə də ərizəçi məhkəmədən mərhum oğlunun ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizəsi ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid Babayeva Könül Akif qızı izahat verərək bildirdi ki, X6 onun qardaşıdır. O evə gələndə qapını döyüb, lakin açan olmayıb. FHN-ə zəng eləmiş və həmin qurumun əməkdaşları qapını qırdıqda qardaşının uzanmış vəziyyətdə aşkar etmişlər. Qardaşı ev şəraitində vəfat etmiş və Sumqayıt şəhər qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X3 izahat verərək bildirdi ki, X4 qardaşının qonşusudur. Qardaşının yoldaşı zəng edib hadisəni demişdir. O gələndə polis artıq mənzildə olmuşdur. X6 ev şəraitində vəfat etmiş və Sumqayıt şəhər qəbirstanlığında dəfn edilmişdir. O, məhrumun vəfatı ilə əlaqədar bütün mərasimlərdə iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: -doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx xxxx 1982-ci ildə Beyləqan şəhərində anadan olmuşdur və atası Ərizəçi, anası isə X2r. -AZE seriyalı 17736606 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx xxxx 1982-ci ildə Beyləqan şəhərində anadan olmuşdur. -AR Sumqayıt şəhər İH MKTİB VXİ-nin verdiyi arayışdan görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X1 şəhər qəbirstanlığında dəfn edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsinin xx.xx.2019cu il tarixli 05/Q-1264/15 saylı məktubundan görünür ki, X4 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən Ərizəçi məhkəməyə müraciət olunması məsləhət bilinmişdir. -Sumqayıt şəhər Səhiyyə şöbəsi TTTYS-nin verdiyi xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, xx xxxx 2020-ci il tarixdə 1982-ci il təvəllüdlü X4 meyiti yaşadığı mənzildə- ünvan 1 ünvanında aşkar edilmişdir. Müayinə zamanı meyit üzərində gözlə görünən zədə və zorakılıq əlamətləri müəyyən olunmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin övladı X6 xx.xx.2020ci ildə yaşadığı mənzildə vəfat etmişdir. Mərhum evdə vəfat etdiyi üçün onun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun valideyni olan ərizəçi üçün bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır.Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasənqanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1982-ci il təvəllüdlü X4 xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-3959/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3959/2020
18.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver