Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3968/2023 25.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs1 cəlb etməklə «şəxsin ölmüş elan edilməsi tələbi»nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs1 cəlb etməklə «şəxsin ölmüş elan edilməsi tələbi»nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qızı X13 xx.xx.2011-ci də Maraqlı şəxs2 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Ərizəçinin qızı Günay 2014-cü ildə əri Maraqlı şəxs2 və övladları xx.xx.2013-cü il təvəllüdlü Məmmədkərimov Ammar ilə birlikdə Türkiyə Respublikasına, oradan da İraq Respublikasına getmişlər. Maraqlı şəxs2 İraqda terror qruplaşmasına qoşulmuşdur. xx.xx.2017-ci ildə onların İraqda bir övladları X9 adlı qızları anadan olmuşdur. Maraqlı şəxs2 2017-ci ilin avqust ayında İraqda döyüş əməliyyatlarında ölmüşdür, qızı X13 uşaqları ilə birlikdə həbsxanaya salınmışdır. Dövlət ərizəçinin nəvələri xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X2 Azərbaycan Respublikasına gətirmişdir və ərizəçinin himayəsinə vermişdir. Ərizəçi, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli Sərəncamı ilə nəvəsi xx.xx.2013-cü il təvəllüdlü X5 üzərində, xx.xx.2020-ci il tarixli sərəncamı ilə xx.xx.2017-ci il təvəllüdlü X1 üzərində qəyyum təyin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3364/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ərizəçinin nəvəsi Səcidə Türbətin xx.xx.2017- ci ildə İraq Respublikasında X8 doğulması faktının müəyyən olunması qət edilmişdir. Ərizəçinin nəvələri- xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017- ci il təvəllüdlü X4 nənələri olaraq Ərizəçi qəyyumluğu altındadır və onların bütün maddi və mənəvi tələbatlarını o qarşılayır. Lakin ərizəçinin aldığı minimum əmək haqqı onların maddi ehtiyaclarının qarşılanmasına yetmir. Ərizəçi qəyyumluğu altında olan nəvələrinin atası Maraqlı şəxs2 ölməsini təsdiq edən sənəd olmadığına görə azyaşlı nəvələrinə ailə başçısını itirməyə görə sosial müavinət ala bilmir. Göstərilənlərə əsasən ərizəçinin qəyyumluğu altında olan nəvələrinin xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 ataları xx.xx.1991-ci il təvəllüdlü Maraqlı şəxs2 2017-ci ilin avqust ayında İraq Respublikasında ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, hazırda övladı Günay İraq Respublikasında həbsxanadadır. Ona ömürlük cəza verilmişdir. Lakin onunla hər həftə telefon vasitəsilə əlaqə saxlayırlar. Uşaqlar onun himayəsindədir. Kürəkənin ailəsindən yalnız Şamirin qardaşı ölüm hadisəsindən məlumatlıdır. Bundan əlavə, Günay telefonla əlaqə saxladığı zaman Şamirin meyitini gördüyünü bildirmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadə verərək göstərdi ki, Şamir qardaşının kürəkənidir. Onlar bir həyətdə yaşayırdılar. 2014-cü ilin avqustunda usta kimi işləyirdi, lakin qazancı az olduğundan ailəsi ilə birlikdə Türkiyəyə getməyi qərara aldı. Türkiyəyə gedəndən üç ay müddətində əlaqələri olsa da, sonradan əlaqələri kəsilmişdir. Sonradan İraqda olduqları məlum olmuşdur. Şamirin ailəsini tanımır, 2017-ci ildə zəng gəlmiş, Şamirin ölüm xəbərini almışdır.
8. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışın surətindən görünür ki, Maraqlı şəxs2 ilə X13 13 avqust 2011-ci il tarixində rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında həmin tarixdə 1327 №-li akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Novruzova soyadı verilmişdir.
9. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-T № 111978 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 07 noyabr 2013-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Maraqlı şəxs2, anası isə X10r.
10. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV № 508303 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 08 oktyabr 2017-ci il tarixdə İraq Respublikasında anadan olmuş, atası Maraqlı şəxs2, anası isə X10r.
11. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının “Qəyyum təyin etmə barədə” 13 dekabr 2019-cu il tarixli, 369 saylı Sərəncamına əsasən Ərizəçi nəvəsi xx.xx.2013-cü il təvəllüdlü X7 üzərində qəyyum təyin edilməsi qərara alınmışdır.
12. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının “Qəyyum təyin etmə barədə” 12 mart 2020-ci il tarixli, 63 saylı Sərəncamına əsasən xx.xx.1965-ci il təvəllüdlü Ərizəçi nəvəsi xx.xx.2017-ci il təvəllüdlü X1 üzərində qəyyum təyin edilməsi qərara alınmışdır.
13. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3364/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, ərizə təmin edilməsi, Səcidə Türbət adlı qız uşağının xx.xx.2017-ci il tarixdə İraq Respublikasında X8 doğulması faktının müəyyən edilməsi qət edilmişdir.
14. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2023-cü il tarixli, 3-16-5/7-N-1668/15 saylı məktubdan görünür ki, Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzilistismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və baqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsasən Ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsi tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Maraqlı şəxs1 tərəfindən ərizənin təmin edilməsi mümkün deyil.
15. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Republikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixl məktubdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan Ərizəçi Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb etməklə “şəxsin ölmüş elan edilməsi tələbi” ilə bağlı xx.xx.1991-ci il təvəllüdlü Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 59/2, mənzil 13-də qeydiyyatda olan Maraqlı şəxs2 barəsində Sumqayıt ŞPİ-də itkin düşməsi faktı ilə bağlı axtarış işi açılmamışdır. Əlavə olaraq bildirilir ki, tərəfindən keçirilmiş tədbirlər zamanı məlum olmuşdur ki, Maraqlı şəxs2 xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasını tərk edərək urkiyə Respublikasına getmişdir. Odur ki, Maraqlı şəxs2 hal-hazırda Türkiyə Respublikasında yaşayır.
16. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 3-38-33/2-2643/23 saylı məktubdan görünür ki, Maraqlı şəxs2 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2014-çıxış, xx.xx.2014-giriş, xx.xx.2014-çıxış kimi məlumatlar qeyd alınmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
17. Beləliklə, mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, xx xxxxxxx 1991-ci il təvəllüdlü Maraqlı şəxs2 2014-cü ildə ailəsi ilə birlikdə Türkiyə Respublikasına getmişlər, oradan da İraq Respublikasına köçmüşlər, 2017-ci ildə Maraqlı şəxs2 döyüş əməliyyatlarında ölmüş, həyat yoldaşı X13 ömürlük həbs cəzasına məhkum olunmuş, övladları - xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X4 dövlət tərəfindən Azərbaycan Respublikasına gətirilmiş və nənə (hazırki iş üzrə Ərizəçi) uşaqların qəyyumu təyin edilmişdir. Hazırda ərizəçi qəyyumluğu altında olan nəvələrinin atası Maraqlı şəxs2 ölməsini təsdiq edən sənəd olmadığına görə azyaşlı nəvələrinə ailə başçısını itirməyə görə sosial müavinət ala bilmədiyini əsas gətirərək, Maraqlı şəxs2 ölmüş elan edilməsini məhkəmədən tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
18. Azərbaycan Respublikası MPM-nin 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır.
19. Həmin Məcəllənin 312.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir.
20. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə görə, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.
22. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.5-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir.
24. Məhkəmə ərizənin “2017-ci ilin avqust ayında İraq Respublikasında ölmüş elan edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, ərizə həmin hissədə təmin edilməməlidir.
25. Belə ki, qanunvercilikdən də göründüyü kimi şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.
26. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş Maraqlı şəxs2 2017-ci ildən İraq Respublikasında itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi iş materiallarında olan sübutlarla təsdiq olunduğundan, xüsusi icraat qaydasında verilmiş ərizə qismən təmin olunmalı, qətnamənin qanuni qüvvəyə mindiyi gün xx.xx.1991-ci il tarixdə anadan olmuş Maraqlı şəxs2 ölüm günü hesab edilməlidir.
27. Məhkəmə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın və qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında qeydə alınmaya və akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılmasına əsaslardan biri məhkəmənin qətnaməsidir.
Nəticə hissəsi:
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ:
Ərizə qismən təmin edilsin. xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş Maraqlı şəxs2 2017-ci ildən İraq Respublikasında itkin düşməsi ilə əlaqədar ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün xx xxxxxxx 1991-ci il təvəllüdlü Maraqlı şəxs2 ölüm günü hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında Maraqlı şəxs2 ölməsi barədə qeyd aparılması və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxs1nə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva