Məhkəmə qərarları › İş №2(060)-397/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-397/2024

11.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-397/2024 11.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə (Maraqlı şəxs: 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkzində qeydiyyat şöbəsi) dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: X15 ərizə ilə məhkəməyə müraciət edərək 16 aprel 1952-ci ildə anadan olmuş, 26 iyul 2012-ci ildə Rusiya Federasiyasının X7 ölən əri X8 ölüm faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 əridir. Bunu 22 fevral 1975-ci il tarixli “Nikahın bağlanması haqqında şəhadətnamə” təsdiq edir. A.Qaniyev 16 aprel 1952-ci ildə anadan olmuşdur. 20 iyul 2012-ci ildə qızı X2 göndərilmiş teleqramda səhhətinin ağır olması ilə əlaqədar olaraq Rusiya Federasiyasının Dərbənd Mərkəzi Xəstəxanasına yerləşdirilməsi qeyd olunmuşdur. 26 iyul 2012-ci ildə isə qızı X2 göndərilmiş teleqramda ölən əri X8 öldüyü və nəşinin Rusiya Federasiyasının Dərbənd X6 saxlandığı göstərilmişdir. Ərinin Azərbaycan Respublikasından kənarda Rusiya Federasiyasının X7 ölməsi səbəbindən ona ölüm haqqında şəhadətnamə ala bilmir. Ölüm faktını təsdiq etməkdə məqsədi ölən ərinin mülkiyyətində olan fərdi evə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın alınmasıdır. Əri X8 adına ölüm haqqında şəhadətnamə ala bilmir. Ölüm haqqında şəhadətnamə almaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan xidmət” X9 müraciət etmişdit. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan xidmət” Mərkəzində qeydiyyat şöbəsi özünün 25 oktyabr 2023-cü il tarixli məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayənəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək bildirdi ki, ərizəçi onun qohumudur, X13 Dərbənd şəhərinə köçmüşdür və sonrdan oradan xətəxanadan teleqram gəlmişdir ki, X13 ölmüşdür. Ölənin ailə üzvlərinin maddi vəziyyəti pis olduğu üçün onlar gedib cənazəni gətirə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadə verərək bildirdi ki, ərizəçi onun yaxın qonşusudur, X13 Dərbənd şəhərinə köçmüşdür və sonrdan oradan xətəxanadan teleqram gəlmişdir ki, X13 ölmüşdür. Ölənin ailə üzvlərinin maddi vəziyyəti pis olduğu üçün onlar gedib cənazəni gətirə bilməmişlər. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi xx.xx.2023-cü il tarixli 3-16-5/8-5xx-xx/2023 saylı arayışdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün məhkəməyə müraciət edilməsini tövsiyyə etmişdir. - İV-ЖГ № 429593 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1977-ci il tarixdə anadan olan X3 atası X13, anası Qulbaşova Lidiya Faizovnadır. - AZ-İ № 062655 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2000-ci il tarixdə anadan olan X10 atası X17, anası X4. - AЗ № ******* doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1952ci il tarixdə anadan olan X8 atası X18, anası X1. - xx.xx.2012-ci il tarixli teleqramın surətindən görünür ki, Aleksandr Qaniyev ağır xəstədir və X7 yatır. - xx.xx.2012-ci il tarixli teleqramın surətindən görünür ki, Aleksandr Qaniyev X7 ölmüşdür və hazırda morqdadır. - İ- ЖГ № 328792saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 ilə Qulbaşova Lidiya Faizovna arasında 22 fevral 1975-ci il tarixli 523 saylı nikah qeydi vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin əri X13 26 iyul 2012-ci il tarixində ölmüşdür. X13 Azərbaycan Respublikası hüdudlarından kənarda öldüyündən onun ölüm haqqında şəhadətnaməsinin alınması mümkün olmamışdır. Buna görə də ərizəçi hazırki iddia ilə məhkəməyə müraciət edir. İş materiallarına əlavə edilmiş teleqramlarla müəyyən edilir ki, X13 xx.xx.2012-ci ildə X11 ölmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1952-ci ildə doğulmuş X8 xx.xx.2012-ci il tarixdə Rusiya Federasiyası Dərbənd şəhəri Mərkəzi Xəstəxanasında ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar