Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3984/2024 17.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə «şəxsin ölmüş elan edilməsi tələbi»nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə «şəxsin ölmüş elan edilməsi tələbi»nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.2009-cu ildə X15 ilə rəsmi nikaha girməklə ailə qurmuşdur. Nikah xx.xx.2009-cu il tarixdə Maraqlı şəxsndə 678 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan bir övladları xx.xx.2011-ci il təvəllüdlü X16 anadan olmuşdur. X22 2013-cü ilin iyun ayında işləmək adı ilə Türkiyə Respublikasına getmişdir, orada isə Suriya Ərəb Respublikasına getmişdir. 2013-cü ilin sentyabr ayının 30-da ərizəçi və övladı xx.xx.2011-ci il təvəllüdlü X16 əri Raufun çağırışı ilə Türkiyə Respublikasına gedərək, oradan Suriya Ərəb Respublikasına getmişlər. Suriyaya getdikdən sonra Ərizəçi əri X14 şəhərində müxalif silahlı qüvvələrin tərkibində olduğunu gördü. Ərizəçi İsayeva X8 gedəndə 2-ci övladlarına hamilə idi. xx.xx.2014-cü il tarixində 2-ci övladı X12 anadan oldu. 2014-cü ilin sentyabr ayının təxminən 30-da əri X2 Hələb şəhərində silahlı qüvvələrin tərkibində növbədə olarkən snayperlə vurularaq öldürülmüşdür. X23 şəhərində Azərbaycandan gedən tanışların köməkliyi ilə dəfn elədilər. Ərizəçi və övladları bir müddət Suriya Ərəb Respublikasında müxtəlif şəhərlərdə qaldıqdan sonra 2023-cü ilin noyabr ayının 11-də Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin köməkliyi ilə ölkəyə qayıdış şəhadətnaməsi əsasında Suriya Ərəb Respublikasından Azərbaycan Respublikasına gətirilmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1089/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə övladı X6 xx.xx.2014-cü ildə Suriya Ərəb Respublikasında doğulması faktı müəyyən edilmişdir. Halhazırda övladları xx.xx.2011-ci il təvəllüdlü X16 və xx.xx.2014-cü il təvəllüdlü X12 ərizəçinin himayəsindədirlər. Uşaqlar azyaşlı olduqlarına görə işləyə bilmir, valideynlərinin və qohumların yardımı ilə dolanırlar. Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən, 18 yaşına çatmayan uşaqların ailə başçısını itirməyə görə müavinət almaq hüququ vardır. X4 ölməsini təsdiq edən sənəd olmadığına görə uşaqlara ailə başçısını itirməyə görə sosial müavinət ala bilmir. Göstərilənlərə əsasən xx.xx.1981-ci ildə Salyan rayonu Çuxanlı kəndində anadan olmuş ərizəçinin əri X10 2014-cü ildə Suriya Ərəb Respublikasında ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən 30 may 2009-cu il tarixində verilmiş AZ-İ № 499228 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 və X5 xx.xx.2009-cu il tarixdə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 678 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada İsayeva soyadı verilmişdir.
8. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 31 mart 2011-ci il tarixində verilmiş AZ-İİ № 617182 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 22 mart 2011-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası X15, anası Ərizəçidır.
9. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1089/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, ərizə təmin edilərək Məryəm adlı uşağın xx.xx.2014-cü ildə və Musa adlı uşağın xx.xx.2020-ci ildə Suriya Ərəb Respublikasında Ərizəçi doğulması faktı müəyyən edilməsi qət edilmişdir.
10. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 23 aprel 2024-cü il tarixində verilmiş AZ-İV № 839848 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 03 fevral 2014-cü il tarixində Suriya Ərəb Respublikasında anadan olmuş, atası X15, anası Ərizəçidır.
11. İş materiallarında olan Ərizəçi verilmiş AA0260567 saylı Azərbaycan Respublikasına Qayıdış şəhadətnaməsində qeyd edilib- doğum təvəllüdü xx.xx.1989-cu il, cinsi-qadın.
12. İş materiallarında olan X11 verilmiş AA0260569 saylı Azərbaycan Respublikasına Qayıdış şəhadətnaməsində qeyd edilib- doğum təvəllüdü xx.xx.2011-ci il, cinsi-qadın.
13. İş materiallarında olan X7 verilmiş AA0260570 saylı Azərbaycan Respublikasına Qayıdış şəhadətnaməsində qeyd edilib- doğum təvəllüdü xx.xx.2014-cü il, cinsi-qadın.
14. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-5/8-25xx/xx/2024 saylı sorğuya cavab məktubundan görünür ki, X10 “X3” X1 Sistemində ümumi axtarış aparıldı. Axtarış zamanı X10 ölümü haqqında akt qeydi aşkar olunmadı.
15. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Republikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1981-ci ildə Salyan rayonunda anadan olmuş, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, K.Kərimov küçəsi, ev 17, mənzil 13-də qeydiyyatda olan X15 barəsində axtarış işi açılmamışdır.
16. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 3-38-2/33-2620/2024 saylı məktubdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü X10 xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2013-çıxış kimi məlumat qeyd alınmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
17. Beləliklə, mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, 13 yanvar 1981-ci il təvəllüdlü X15 2013-cü ildə Türkiyə Respublikasına getmişdir, oradan da Suriya Ərəb Respublikasına köçmüşdür, daha sonra ailəsi də 2014-cü ildə onun yanına Suriya Ərəb Respublikasına gəlmişlər. 2014-cü ildə ildə R.İsayev döyüş əməliyyatlarında ölmüş, həyat yoldaşı Ərizəçi, övladları - xx.xx.2011-ci il təvəllüdlü X16 və xx.xx.2014-cü il təvəllüdlü X12 dövlət tərəfindən Azərbaycan Respublikasına gətirilmişdir. Hazırda ərizəçi həyat yoldaşı X10 ölməsini təsdiq edən sənəd olmadığına görə azyaşlı uşaqlarına ailə başçısını itirməyə görə sosial müavinət ala bilmədiyini əsas gətirərək, X10 ölmüş elan edilməsini məhkəmədən tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
18. Azərbaycan Respublikası MPM-nin 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır.
19. Həmin Məcəllənin 312.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir.
20. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə görə, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.
22. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.5-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir.
24. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1981-ci il tarixdə Salyan rayonunda anadan olmuş X15 2014-cü ildən Suriya Ərəb Respublikasında itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi iş materiallarında olan sübutlarla təsdiq olunduğundan, xüsusi icraat qaydasında verilmiş ərizə qismən təmin olunmalı, qətnamənin qanuni qüvvəyə mindiyi gün xx.xx.1981-ci il tarixdə anadan olmuş X10 ölüm günü hesab edilməlidir.
25. Məhkəmə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın və qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında qeydə alınmaya və akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılmasına əsaslardan biri məhkəmənin qətnaməsidir.
Nəticə hissəsi:
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1981-ci il tarixdə Salyan rayonunda anadan olmuş X15 2014-cü ildən Suriya Ərəb Respublikasında itkin düşməsi ilə əlaqədar ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün 13 yanvar 1981-ci il təvəllüdlü X10 ölüm günü hesab edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında X10 ölməsi barədə qeyd aparılması və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva