Məhkəmə qərarları › İş №2(060)-3994/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3994/2025

23.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3994/2025 23.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, ərizənin geri götürülməsi barədə) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Tələb

1. Ərizəçi məhkəməyə müraciət edərək, nənəsi X1 1964-cü il tarixdə Ucar rayonu Küçəkənd kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İş icraata qəbul edilmiş, məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 11:15ə təyin edilmişdir.

3. Məhkəmə iclasında ərizəçi məhkəməyə ərizə təqdim edərək, ərizəsinin və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Maddə 170.1. bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.

Məhkəmənin mövqeyi

5. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri, ərizəçinin ərizəsini nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır.

6. Belə ki, ərizəçi tərəf ərizənin və əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.

7. Odur ki, ərizə və əlavə olunmuş sənədlər geri qaytarılmalı, ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır.

8. Göstərilənlərə əsasən və MPM-nin 170, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** saylı qəbz əsasında ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi geri qaytarılsın. Dövlət rüsumunun geri qaytarılması hissəsində qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar