Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3997/2025 21.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Şirəliyeva Vəfa Zavrulla qızı, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı “işdən çıxarılmanın qanunsuz sayılması, işə bərpa və mənəvi ziyan” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı “işdən çıxarılmanın qanunsuz sayılması, işə bərpa və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli uşaq musiqi məktəbinin müəllimləri – İddiaçı3 işdən çıxarılması barədə *4 aprel 2*25-ci il tarixli 4* saylı əmri, İddiaçı4 işdən çıxarılması barədə *4 aprel 2*25-ci il tarixli 41 saylı əmri, İddiaçı2 işdən çıxarılması barədə *4 aprel 2*25-ci il tarixli 44 saylı əmri, Nurlana Bədəlovanın işdən çıxarılması bardə *7 aprel 2*25-ci il tarixli 54 saylı əmri qanunsuz olduqları üçün qüvvədən düşmüş sayılması, iddiaçıların öz işlərinə bərpa olunması və məcburi işə çıxmadıqları günlərə görə əmək haqqlarının ödənilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıların işgüzar nüfuzuna vurulan mənəvi ziyanın əvəzi kimi cavabdehdən onların birinin xeyrinə 2*** manat kompensasiya tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinin tələbinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçıların ərizəsindən görünür ki, iddiaçıların tələbləri aşağıdakılardan ibarətdir: - İddiaçı3 işdən çıxarılması barədə *4 aprel 2*25-ci il tarixli 4* saylı əmrinin qanunsuz olduğu üçün qüvvədən düşmüş sayılması, işə bərpa olunması və məcburi işə çıxmadığı günlərə görə əmək haqqının ödənilməsi; - İddiaçı4 işdən çıxarılması barədə *4 aprel 2*25-ci il tarixli 41 saylı əmrinin qanunsuz olduğu üçün qüvvədən düşmüş sayılması, işə bərpa olunması və məcburi işə çıxmadığı günlərə görə əmək haqqının ödənilməsi; - İddiaçı2 işdən çıxarılması barədə *4 aprel 2*25-ci il tarixli 44 saylı əmrinin qanunsuz olduğu üçün qüvvədən düşmüş sayılması, işə bərpa olunması və məcburi işə çıxmadığı günlərə görə əmək haqqının ödənilməsi; - Nurlana Bədəlovanın işdən çıxarılması bardə *7 aprel 2*25-ci il tarixli 54 saylı əmrinin qanunsuz olduğu üçün qüvvədən düşmüş sayılması, işə bərpa olunması və məcburi işə çıxmadığı günlərə görə əmək haqqının ödənilməsi; - Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıların işgüzar nüfuzuna vurulan mənəvi ziyanın əvəzi kimi cavabdehdən onların birinin xeyrinə 2*** manat kompensasiya tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçılar tərəfindən iddia tələbində bir-birilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmiş və bununla da iddia ərizəsinin qanunla müəyyən edilən məzmununa riayət edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı “işdən çıxarılmanın qanunsuz sayılması, işə bərpa və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı “işdən çıxarılmanın qanunsuz sayılması, işə bərpa və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçılara, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №2(060)-3997/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3997/2025
21.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver