Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4011/2022 01.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə onun arasında bağlanmış 2021-007710 №-li, 08.12.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə faktiki nikah münasibətlərinə girərək ailə qurmuşdur. Həmin nikahdan 13.08.2019-cu il təvəllüdlü X5 adlı övladı anadan olmuşdur. Uzun müddətdir ki, cavabdeh onları atıb getmişdir. Bildirir ki, 08.12.2021-ci il tarixdə keçirilən mediasiya prosesində o, Maraqlı şəxs ilə birgə nikahdan olan 13.08.2019cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin ödənilməsinə dair 2021-007710 №-li, 08.12.2021-ci il tarixli barışıq saziş imzalamışlar. Buna baxmayaraq cavabdeh sazişə əməl etməkdən imtina edir, razılaşdıqları aliment məbləğini ödəmir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, maraqlı şəxs alimenti ödəməkdən boyun qaçırır, hazır ki, vaxtadək cəmi iki dəfə aliment ödənişi həyata keçirmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki iş materiallarında olan: AZ-İ seriyalı 419590 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs 13.08.2019-cu ildə Ərizəçi doğulmuş X1 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 17.02.2020-ci il tarixdə, 99 № ilə qeyd edilmişdir. AZ-İV seriyalı, 398524 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 13.08.2019-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır. Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanılmış 2021-007710 №-li 08.12.2021-ci il tarixli Barışıq Sazişinə əsasən: tərəflər uşağın ananın himayəsinə verilməsinə, tərəflərin qarşılıqlı razılığına əsasən Maraqlı şəxs övladı 13.08.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər hər ay 175 (yüz yetmiş beş) manat aliment verəcəyinə, Ərizəçi Maraqlı şəxs övladı X5 ilə yetkinlik yaşına çatana qədər sərbəst görüşməsini təmin edəcəyinə, Maraqlı şəxs övladı X2 yetkinlik yaşına çatana qədər təhsili, sağlamlığı və həyat tərzi ilə yaxından əlaqədar olmasına şərait yaradılacağına razılaşmışlar. Məhkəmə iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin onların mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini mümkün hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 08.12.2021-ci il tarixli, 2021-007710 saylı Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin: "Tərəflər uşağın ananın himayəsinə verilməsinə, Maraqlı şəxs övladı 13.08.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər hər ay 175 (yüz yetmiş beş) manat aliment verəcəyinə, Ərizəçi Maraqlı şəxs övladı X5 ilə yetkinlik yaşına çatana qədər sərbəst görüşməsini təmin edəcəyinə, Maraqlı şəxs övladı X2 yetkinlik yaşına çatana qədər təhsili, sağlamlığı və həyat tərzi ilə yaxından əlaqədar olmasına şərait yaradılacağına razılaşdılar». İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-4011/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4011/2022
01.06.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver