Məhkəmə qərarları › İş №2(060)-4034/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4034/2023

03.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4034/2023 03.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə 03 avqust 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1970-ci il təvəllüdlü X12 Novruz oğlu xx.xx.2023-cü il tarixində ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1970-ci il təvəllüdlü X12 Novruz oğlu xx.xx.2023-cü il tarixində saat 11:35-də ünvan 1 ünvanında ölmüş və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası Tibbi Ərazi bölmələrinin idarəetmə birliyi Sumqayıt Tibb Mərkəzi X11 xx.xx.2023-cü il tarixli arayışında qeyd olunur ki, sizin ərizənizə cavab olaraq, Sumqayıt Tibb Mərkəzi PHŞ X8 Stansiyasının müdriyyəti bildirir ki, xx.xx.2023-cü il tarixdə saat 11:35-də ünvan 3 ünvanında yaşayan 1970-ci il təvəlliidlü Qulamov Firuz Novruz oğlu adına 04 saylı çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1970-ci il təvəllüdlü Qulamov Firuz Novruz oğlunun meyidini aşkar etmişdir. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. Ölüm hadisəsi barədə polisə məlumat verilmiş və meyit polis əməkdaşlarına təhvil verilmişdir. Ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası Sumqayıt şəhəri X1 xx.xx.2023-cii il tarixli 95 nömrəli məktubunda qeyd olunur ki, həqiqətən də vətəndaş Firuz Novruz oğlu xx.xx.2023-cü il tarixində Sumqayıt Şəhəri, H.Z.Tağıyev qəsəbə qəbiristanlığında dəfn olunmuş və dəfnin uçotunun aparılması X3 tərəfindən qeydiyyata alınmışdır. Hazırda mərhum X12 Novruz oğlu Sumqayıt şəhəri, 11-ci mkr, 5 saylı evin, 27 saylı mənzilində qeydiyyatdadır. Qeydiyyatın ləğvi ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etsə də, atasının ölüm haqqında şəhadətnaməsi olmadığına görə qeydiyyatı ləğv olunmamışdır. Həmçinin ölüm haqqında şəhadətnamə olmadığına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən atasının dəfni ilə bağlı ödənilməli olan dəfn müavinətini də ala bilmir. Həmin ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. aƏrizəçi qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, mərhum Firuz Qulamov atasıdır. Atası 08 fevralda səhər saat 11-də yaşadıqları evdə rəhmətə gedib. Elə həmin gün də atası dəfn olunub. Bununla bağlı polis evdə olanların izahatını aldı. X13 evə gələndə artıq atası rəhmətə getmişdi. X13 ölüm hadisəsi evdə qəflətən olduğu üçün ölüm kağızını verməkdən imtina etdi. Onu da bildirir ki, atasının məzar daşı hələ hazırlanmayıb. Ərizəçi qeyd edilənlərə əsasən ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işəmaraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, ərizəçi qaynının oğludur. Qaynı bu ilin fevral ayında yaşadığı evdə rəhmətə gedib. Onun yas və dəfn mərasimində iştirak edib. Şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, qardaşı bu ilin 8 fevralda rəhmətə gedib. Onun yas və dəfn mərasimində iştirak edib. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan XVİİİ-JQ 274313 nömrəli doğum haqıqnda şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1993-cü ildə Sumqayıt şəhərində doğulmuşdur. X12 Novruz oğlu, anası, X4r. İşdə olan “Sumqayıt Tibb Mərkəzi” X11 X13 Stansiyasının xx.xx.2023-cü il tarixli 367 nömrəli arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11.35-də ünvan 4 ünvanına çatdıqda Qulamov Firuz Novruz oğlunun meyiti aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs Ərizəçi Qulamov Firuz Novruz oğlunun ölümünü təsdiq edən sənəd olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İş materiallarında olan Sumqayıt şəhəri X1 95 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X7 Novruz xx.xx.2023-cü ildə Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin atası xx.xx.1970-ci il təvəllüdlü X12 Novruz oğlu xx.xx.2023-cü il tarixində Sumqayıt vəfat etmişdir. Bu fakt “Sumqayıt Tibb Mərkəzi” X11 X13 Stansiyasının xx.xx.2023-cü il tarixli 367 nömrəli və Sumqayıt şəhəri X1 95 nömrəli, xx.xx.2023-cü il tarixli arayışları ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin X12 Novruz oğlunun xx.xx.2023-cü il tarixində Sumqayıt şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qulamov Firuz Novruz oğlu xx.xx.2023-cü il tarixində Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəmsəsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar