Məhkəmə qərarları › İş №2(060)-407/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-407/2024

12.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-407/2024 12.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X12 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan edilməsi barədə” ərizəsinə dair mülki işə, Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 10 yanvar 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş və 2013-cü ildə Suriya Respublikasında döyüşlər zamanı vəfat etmiş qızının həyat yoldaşı X5 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, qızı X3 2012-ci ildə X8 ilə faktiki nikaha girmişdir. Onların faktiki nikahlarından xx.xx.2013-cü ildə X14 anadan olmuşdur. Qızı R.Abdullayevə və onun həyat yoldaşı N.Aşurov 2011 -ci ildə İraq Respublikasına getmiş və bir daha geri qayıtmamışlar. X9 hal- hazırda Bağdad şəhərində yaşayır. Atasının ölümündən nəvəsi X16 şəhərində yerləşən kimsəsizlər evində aşkar edilmiş və sonradan Azərbaycan Respublikasına gətirilmişdir. O, həmin uşaq üzərində qəyyum təyin edilmişdir (Sumqayıt şəhər İH-ti Başçısının xx.xx.2019-cu il tarixli 370 saylı sərəncamı). Qızının həyat yoldaşı naməlum 5-ə-aitdə Suriya Respublikasında 2013-cü ildə vəfat etmişdir. ARsı DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən xx.xx.2023-cü ildə verilmiş arayışda da qeyd olunmuşdur ki, X8 xx.xx.2017-ci ildə vətəndaşlıqdan məhrum edilmişdir. X6 üçün sosial yardım almaq məqsədilə ondan atasının ölüm faktının təsdiq edilməsini istəyirlər. Qızının həyat yoldaşı X5 adına ölüm haqqında şəhadətnamə almaq məqsədilə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs özünün xx.xx.2023-cü il arixli məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. İş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X8 xx.xx.2017-ci il tarixdə vətəndaşlıqdan məhrum edilmişdir. İşdə olan AZ-İV №437872 saylı, xx.xx.2020-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 xx.xx.2013-cü il tarixdə Suriya Respublikasında doğulmuş, ata qrafasında-X8, ana qrafasında X3 qeyd edilmişdir. İşə əlavə olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 370 saylı, xx.xx.2019-cu il tarixli “Qəyyum təyin etmə barədə” sərəncamının surətindən görünür ki, Ərizəçi nəvəsi, XX.XX.2013-cü il təvəllüdlü X14 üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə qızının əri X4 ölümünün qeydə alınması barədə ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1704/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilərək, XX.XX.2013-cü il təvəllüdlü X10 Suriya Respublikasında doğulması faktının müəyyən edilməsi, XX.XX.2013-cü il təvəllüdlü X11 doğulması barədə doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə olunması və doğum haqqında şəhadətnamədə ata qrafasında atasının adı X8, anasının adı X1 qeyd olunması qət edilmişdir. İşə əlavə olan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X3 barəsində İraq Respublikasının müvafiq məhkəməsi tərəfindən edam qərarı çıxarılmış və sözügedən şəxs hazırda İraq Respublikasının İslah İdarəsinin qadınlar üçün nəzərdə tutulan Rusafa 6-cı İdarəsində cəza çəkir. (İraq tərəfindən bildirilmiş şifahi məlumata əsasən sözügedən şəxs barəsindəki edam qərarı ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuşdur). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən, bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli 297 N-li Fərmanının 2-ci bəndinin 3-cü hissəsinə görə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri həyata keçirilər. Azərbaycan Respublikası MPM-nin 315.1-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi, itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Həmin Məcəllənin 315.2-ci maddəsinə görə, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Maddələrin məzmunundan göründüyü kimi, şəxsin ölmüş elan edilməsi üçün qanunverici üç müstəqil əsas nəzərdə tutmuşdur: “şəxsin yaşayış yerində onun haradə olması barədə beş il ərzində məlumatın olmaması", “ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi və ondan altı ay ərzində xəbər çıxmaması” və “hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş şəxs haqqında hərbi əməliyyatlar qurtardığı gündən azı iki il keçdikdən sonra məlumatın alınmaması”. Göstərilən əsaslardan hər hansı biri mövcud olduqda məhkəmə şəxsi ölmüş elan etməkdə haqlıdır. Birinci halda (şəxsin yaşayış yerində harada olması barədə beş il ərzində məlumat olmazsa) qanunverici şəxsin ölməsinə güman verən halın, hadisənin olmasını tələb etmir. Bu zaman şəxsin yaşayış yerində onun harada oiması barədə beş il ərzində məlumat olmaması ərizəçiyə şəxsin ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ verir. İkinci halda isə şəxsin ölmüş elan edilməsi üçün ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisənin baş verməsi zəruridir. Üçüncü halda isə hərbi əməliyyatların keçirilmiş olması və şəxsin xəbərsiz itkin düşməsi tələb olunur. Hazırki halda isə xx.xx.1985-ci il təvəllüdlü X8 ölüm təhlükəsi törədən şəraitdə, eləcə də 2013-cü ildə İraqda həyata keçirilmiş hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş və həmin müddət ərzində harada olması barədə məlumat olmamışdır. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsini rəhbər tutaraq, məhkəmə hesab edir ki, 10 yanvar 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş və 2013-cü ildə Suriya Respublikasında döyüşlər zamanı vəfat etmiş qızının həyat yoldaşı X8 ölmüş elan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 315, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 10 yanvar 1985-ci ildə Sumqayıt şəhərində dogulmuş və 2013-cü ildə Suriya Respublikasında döyüşlər zamanı vəfat etmiş X8 ölmüş elan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Tağızadə Gülnarə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar