Məhkəmə qərarları › İş №2(060)-4079/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4079/2021

23.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4079/2021 23.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdehlər Sumqayıt şəhər İcra hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəliyinə və Corat Bələdiyyəsinə qarşı qarşı "müdaxilənin qanunsuz hesab edilməsi və qadağan edilməsi tələbinə dair" iddia ərizəsi və əlavə edilmiş sənədləri məhkəmənin binasında məhkəmə iclasından kənar qayadada nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdehlər Sumqayıt şəhər İcra hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəliyinə və Corat Bələdiyyəsinə qarşı qarşı "müdaxilənin qanunsuz hesab edilməsi və qadağan edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Sumqayıt şəhər İcra hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəliyinə və Corat Bələdiyyəsinə ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2376 ünvanında yerləşən məqsədli təyinatına görə yaşayış məntəqələrinin torpaqlarına aid edilən torpaq sahəsindən sərbəst istifadəsinə, yəni torpaq sahəsinə hasar çəkməsinə və fərdi yaşayış evi tikməsinə maneçilik törədən hərəkətlərin qanunsuz hesab olunmaqla qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Ərizənin məzmunundan göründüyü kimi iddiaçı cavabdehlərin hərəkətlərinin onun hüquqlarını pozduğunu iddia edir və həmin hərəkətlərin qanunsuz hesab olunmaqla qadağan edilməsini tələb edir. Hesab edirəm ki, həmin tələb müəyyən hərəkətləri etməkdən çəkinməyə dair mübahisə kimi qiymətləndirilməli, iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.4-cü maddəsinə uyğun olaraq inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatından görünür ki, Azərbaycan Respublikasının bələdiyyələri və Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarının rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nümayəndəlikləri inzibati orqan hesab olunur. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Sumqayıt şəhər İcra hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəliyinə və Corat Bələdiyyəsinə qarşı qarşı "müdaxilənin qanunsuz hesab edilməsi və qadağan edilməsi tələbinə dair" iddia ərizəsinin qəbulundan imtina edilsin. İddiaçıya izah edilsin ki, müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar