Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4092/2024 05.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 05 avqust 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan oğlu - X3 xx.xx.2013-cü ilin sentyabr ayında Suriya Ərəb Respublikasında ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəçinin ödədiyi 100 manat dövlət rüsumunun maraqlı tərəf Maraqlı şəxsndən tutularaq ərizəçiyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X4 xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olub. O, xx.xx.2011-ci il tarixdə "Sınıq körpü" sərhəd nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan ərazisinə, oradan Türkiyə Respublikasına, daha sonra isə Suriya Ərəb Respublikasına getmişdir. 2013-cü ilin sentyabr ayında oğlu Suriya Ərəb Respublikasında ölmüşdür. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 28 dekabr 2016-cı il tarixli qətnaməsi ilə oğlunun Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. 2013-cü ilin sentyabr ayından sonra oğlundan xəbəri yoxdur. Bildirir ki, oğlu ailəli olub və iki övladı var. Oğlunun ölüm xəbərini onun həyat yoldaşı X2 ona vermişdir. Onun şahid qismində məhkəmədə iştirakını təmin edəcəkdir. Hesab edir ki, oğlunun ölmüş elan olunması məhkəmə qaydası ilə müəyyən olunmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Onun ölmüş elan edilməsi ona uşaqlara ailə başçısını itirməyə görə müavinət almaq üçün lazımdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasına şahid qismində dindirilən X2 bildirdi ki, mərhum X4 onun həyat yoldaşı olub. Nicat Aşurov xx.xx.2013-cü il tarixdə Suriyada vəfat edib. Belə ki, həmin vaxt o özü də Suriyada olmuşdur, yoldaşı isə başqa şəhərdə döyüş əməliyyatlarında iştirak etmişdir və həmin vaxt qırıcı tərəfindən vurulmuşdur. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)19534/2016 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə X3 Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. İşdə olan 375 nömrəli doğum haqıqnda akt qeydindın görünür ki, X4 xx.xx.1985-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. X1, anası Ərizəçidır. Məhkəmə ərizəçinin nümayəndəsini və şahidi dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər (41.1). Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər (41.2). Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır (41.3). Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, X4 Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədi ilə xx.xx.2011-ci il tarixdə “Sınıq körpü” sərhəd nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikasına, oradan Türkiyə Respublikasına, daha sonra Suriya Ərəb Respublikası ərazisinə keçmişdir. İşin bu halları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)19534/2016 saylı qətnaməsi ilə təsdiq olunur. xx.xx.2013-cü ildə X3 Suriya Ərəb Respublikasında gedən döyüşlərdə ölməsi barədə məlumat daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin müddəalarına görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir (mad. 312). Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir (mad. 313). Beləliklə, məhkəməyə təqdim olunmuş sənədlərdən və işin faktiki hallarından görünür ki, X3 harada olması barədə artıq 11 ildən çoxdur ki, məlumat yoxdur. Eyni zamanda onun xaricdəki münaqişə bölgəsində həlak olmasına dair məlumatlar vardır. Belə olan halda məhkəmə hesab edir ki, X4 oğlunun ölmüş elan edilməsi üçün yetərli əsaslar vardır. Eyni zamanda məhkəmə hesab edir ki, X3 ölüm günü xx.xx.2013-cü il hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, X4 ölmüş elan edilməli, onun ölüm yeri Suriya Ərəb Respublikası, ölüm günü isə xx.xx.2013-cü il hesab edilməlidir. Lakin məhkəmə hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməli, ərizə həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 312- 316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş X4 ölmüş elan edilsin. X3 ölüm yeri Suriya Ərəb Respublikası, ölüm günü xx.xx.2013-cü il hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4092/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4092/2024
05.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver