Məhkəmə qərarları › İş №2(060)-4117/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4117/2024

18.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4117/2024 18.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Behbudovanın sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X3 xx.xx.1966cı ildə dünyaya gəlmişdir. O, hələ uşaq ikən cəmi üç yaşı olanda xəstələnərək dünyasını dəyişmişdir. Dünyasını dəyişdikdən sonra Siyəzən rayonu, Dağ Quşçu kəndində babalarının məzarının yanında dəfn olunmuşdur. Atasından qalmış mənzilin özəlləşdirilməsi zamanı məlum olmuşdur ki, mənzil dövlət mənzil fonduna aiddir. Orderlə rəhmətlik atasına verilmişdir. Qeyd olunan mənzilə dair verilmiş orderdə ailə üzvlərinin digər üzvləri ilə yanaşı mərhum qardaşı X1 da adı vardır. Bu səbəbdən də qeyd olunan mənzilə dair çıxarışın verilməsindən imtina olunmuş və imtinanın əsası kimi orderdə adı olan şəxslərin ya yazılı razılığı ya da ki ölüm haqqında şəhadətnaməsinin olmasının vacibliyi bildirilmişdir. Bu barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə ərizə ilə müraciət ünvanlamışdır. Qeydiyyat şöbəsi isə X1 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi təqdim olunmadığına görə imtina etmiş və məhkəmə qaydasında baxılmasını bildirmişdir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən qardaşı X1 xx.xx.1969-cu il tarixdə Siyəzən rayonu, Dağ Quşçu kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Hal-hazırda ölümün təsdiq edilməsi ona evin özəlləşdirilməsi üçün lazımdır. Maraqlı şəxs nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasına işlərin çoxluğunun nəzərə alınaraq onların iştirakı olmadan baxılması xahiş olunmuşdur. Məhkəmə, Ərizəçi izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək müəyyən edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, rəhmətə gedən qardaşı ilə birlikdə dörd övlad olmuşlar. Qardaşının qırmızı qanı az olmuşdur. Həmin zaman da uşaq olmuşlar. Ən kiçikləri olmuşdur. Ən böyükləri bacılarıdır. Xızı rayonunda vəfat etmiş və orada da dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, ərizəçi ilə qonşudular. İki qardaş bir bacıdırlar. Ölən qardaşları da olmuşdur. Anasından eşitmişdir. Belə ki, rəhmətə gedən zaman uşaq olmuşdur. O da uşaq olmuşdur. İş materiallarında olan: Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-Z- 2007/15 nömrəli ərizəyə cavabdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194-cü maddəsinin tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Maraqlı şəxs tərəfindən ərizənin təmin edilməsi mümkün deyildir. AЭ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 24 noyabr 1966-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Atası Zəkiyev Ağadadaş İsmayıl oğlu, anası isə X6r. Azərbaycan Respublikası Siyəzən Rayonu İcra Hakimiyyəti başçısının Dağ Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3a nömrəli, 22 iyul 2021ci il tarixli arayışdan görünür ki, Ərizəçi qardaşı 24 noyabr 1966-cı ildə Sumqayıt şəhərində anadan olmuş X3 16 dekabr 1969-cu ildə Siyəzən rayonunun Dağ Quşçu kəndində kənd qəbristanlığında dəfn olunmuşdur. X15, X7, X16, X5 tərəfindən tərtib olunmuş, Siyəzən rayonu İHB-nın Dağ Quşçu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq olunmuş aktdan görünür ki, 24 noyabr 1966-cı ildə Sumqayıt şəhərində anadan olmuş X3 16 dekabr 1969-cu ildə Siyəzən rayonunun Dağ Quşçu kəndində rəhmətə getmiş və onların iştirakları ilə Dağ Quşçu kəndində kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış **********45 nömrəli, 04 may 2021-ci il tarixli düşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, müraciətin araşdırılması zamanı orderdə adı olan X1 razılıq ərizəsi və ya qeydiyyatdan çıxması barədə arayış təqdim olunmamışdır. Qeyd olunanların nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 saylı Mənzil-Kommunal sahəsinin 639 nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi ünvan 4 ünvanında yaşayır və qonşuların tərtib etdiyi akta əsasən qardaşı, X3 1971-ci ildən bu ünvanda yaşamamışdır. 10 saylı MKS-nin sahə ustası tərəfindən təsdiq edilmiş X9 və X2 tərəfindən tərtib edilmiş birgə aktdan görünür ki, onlar 1971-ci ildən 12-ci mikrorayon, ev 10 ünvanında yaşayırlar. 12-ci mikrorayon, ev 10 ünvanında X3 1971-ci ildən hal-hazırki vaxta qədər yaşamır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi qardaşı xx.xx.1966-cı il təvəllüdlü X3 16 dekabr 1969-cu il tarixdə Siyəzən rayonu, Dağ Quşçu kəndində vəfat etmişdir. Ərizəçi qardaşı X1 ölümünün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ölümü təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi təqdim olunmadığından ölüm haqqında akt qeydinin aparılmasından imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.1966-cı il təvəllüdlü X1 16 dekabr 1969-cu il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1966-cı il təvəllüdlü X1 16 dekabr 1969-cu il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar