Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4130/2025 11.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə «ölüm faktının müəyyən edilməsi tələbi»nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə «ölüm faktının müəyyən edilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi qızı xx.xx.1991-ci il təvəllüdlü Bəhrəmova Fatma Təvəkkül qızı xx.xx.2025-ci il tarixində saat 11:45-də yaşadıqları evdə qəfildən ölmüşdür. Qızı Epilepsiya xəstəsi idi. Öldüyü tarixdən 1 gün əvvəl səhər 1 dəfə tutması olmuşdur. Ərizəçi Maraqlı şəxsnə müraciət edərək qızının ölümü haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Onlar xx.xx.2025-ci il tarixli 3-16-5/8-C-xx/xx/2025 saylı məktubla ərizəçiyə bildirdilər ki, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi qızının ölümü haqqında tibbi şəhadətnamə verilməsi üçün AR “TƏBİB”-nin X4 4№-li şəhər xəstəxanasının poliklinika şöbəsinə müraciət etmişdir. Onalr 153 saylı xx.xx.2025-ci il tarixli məktubla bildirdilər ki, Sumqayıt şəhəri 4-cü məhəllə mənzil 16-da yaşayan 1991-ci il təvəllüdlü Bəhrəmova Fatma Təvəkkül qızı xx.xx.2017-ci tarixindən “G40.3-Epilepsiya generalize olunmuş qıcolma tutmaları” diaqnozu ilə Sumqayıt şəhəri 4 №-li şəhər xəstəxanasının poliklinika şöbəsində dispanser qeydiyyatdadır. imtiyazlı olaraq Carbamazepin, Valproat preparatlarını alıb. Həmçinin 80 №-li xx.xx.2025-ci il tarixli arayışdan da görünür ki, Sumqayıt şəhəri 4-cü məhəllə, mənzil 16-da yaşayan 1991-ci ıl təvəllüdlü Bəhrəmova Fatma Təvəkkül qızı “TƏBİB”-nin X4 Sumqayıt Tibb Mərkəzi “4 №-li şəhər xəstəxanasının nevrologiya şöbəsində xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək (XBT-G40.3) “Epilepsiya generalize olunmuş təkrarlanan qıcolma tutmaları ilə” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Ölüm hadisəsinin vətəndaşın evdə tək olduğu zaman baş verdiyi, Sumqayıt şəhər TTYS-nın xəbərdarlıq vərəqəsində aşkarlanan meyid ləkələrinin olduğu qeyd olunub, Meyit ləkələri ölüm hadisəsindən bir neçə saat sonra formalaşır. Ölümün baş verməsi səbəbi məlum olmayan hallarda ölüm haqqında şəhadətnamə verilə bilmir. Onun ölümü haqqında şəhadətnaməyə dair heç bir qeydə rast gəlinməmişdir. Hal-hazırda qızının ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən qızı xx.xx.1991-ci il təvəllüdlü Bəhrəmova Fatma Təvəkkül qızının xx.xx.2025-ci il tarixində Sumqayıt şəhərində ökməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində göstərmişdir ki, ərizəçi onun həyat yoldaşıdır. X5 Təvəkkül qızı 02 aprel 1991-ci il tarixdə anadan olmuşdur. 15 yaşına çatdıqdan sonra qorxmuş və epilepsiya xəstəliyinə tutulmuşdur. Aprel ayının 4-ü vəfat etmişdir. Tez-tez xəstəliyi ilə əlaqədar qıcolmaları olurdu.
8. İş materiallarındakı Respublika Təcili və X2 Mərkəzi PHŞ Sumqayıt TTTYS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə Sumqayıt şəhəri, 4-cü məhəllə, mənzil 16-ya briqada çatanda yerdə yataqda üzü üstə uzanmış qadın cinsinə məxsus meyit aşkarlanmışdır. Yoldaşı qapının içəridən bağlı olduğunu bildirdi. Pəncərəni açıb içəri daxil olub. Yoldaşının deməsinə görə epilepsiya xəstəsidir, stabil dərman qəbul edir.
9. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2025-ci il tarixli, 3-16-5/8-C-14xx/xx/2025 saylı məktubdan görünür ki, xx.xx.2025-ci il tarixli qızı Bəhrəmova Fatma Təvəkkül qızının ölümünün qeydiyyata alınması barədə ərizəyə cavab olaraq bildirir ki, Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31,10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsi tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Maraqlı şəxs tərəfindən ərizənizin təmin edilməsi mümkün deyil.
10. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 “4 nömrəli xəstəxananın poliklinika şöbəsi” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Cəfərova Fatma Təvəkkül qızı xx.xx.2017-ci il tarixindən “G40.3- Epilepsiya generalizə olunmuş qıcolma tutmaları” diaqnozu ilə 4 nömrəli Sumqayıt şəhər xəstəxananın poliklinika şöbəsində dispanser qeydiyyatdadır. İmtiyazlı olaraq Carbamazepin, Valproat preparatlarını alıb. Özünü ölən şəxsin həyat yoldaşı kimi təqdim edən şəxs poliklinikaya yaxınlaşaraq, həyat yoldaşının xx.xx.2025-ci il tarində vəfat etdiyi haqqında şəhadətnamənin yazılmasını tələb etmişdir. Ölüm hadisəsinin vətəndaşın evdə tək olduğu zaman baş verdiyi bildirilmişdir. Təqdim olunan Sumqayıt Şəhər TTYS-nın xəbərdarlıq vərəqəsində aşkarlanan meyid ləkələrinin olduğu qeyd olunub. Meyid ləkələri ölüm hadisəsindən bir neçə saat sonra formalaşır. Ölümün baş vermə səbəbi məlum olmayan hallarda ölüm haqqında şəhadətnamə verilə bilmir.
11. İş materiallarında olan “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” “Sumqayıt Tibb Mərkəzi” X6 4 nömrəli şəhər xəstəxanası tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 80 nömrəli arayışdan görünür ki, qızı Sumqayıt şəhər, 4-cü məhəllə, mənzil 16-da yaşayan 1991-ci il təvəllüdlü Bəhrəmova Fatma Təvəkkül qızı Sumqayıt şəhər 4 nömrəli xəstəxanasının nevrologiya şöbəsində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (XBT -G 40.3) “ Epilepsiya generalize olunmuş təkrarlanan qıcolma tutmaları ilə” diaqnozu ilə stasionar müalicədə olmuşdur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə, məhkəmədə Ərizəçi izahatından, şahid ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin qızı Bəhrəmova Fatma Təvəkkül qızı 04 aprel 2025-ci il tarixində Sumqayıt şəhərində vəfat etmiş, lakin ərizəçi qızının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır.
14. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
15. Göründüyü kimi ərizəçi qızının ölümü haqqında şəhadətnaməsini başqa ala bilməmişdir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
17. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
18. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
19. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
20. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi qızı Bəhrəmova Fatma Təvəkkül qızının 04 aprel 2025-ci il tarixində Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi qızı Bəhrəmova Fatma Təvəkkül qızının 04 aprel 2025-ci il tarixində (ev şəraitində) Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva