Məhkəmə qərarları › İş №2(060)-4138/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4138/2025

20.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4138/2025 20.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/6-02240 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi cavabdehlə xx.xx.2019-cu il tarixdə 848 nömrəli rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Tərəflərin 04 may 2019-cu il təvəllüdlü X4 adlı övladları ərizəçinin himayəsindədir. Hal-hazırda, uşağın ərizəçinin himayəsində qalmasını və Azərbaycan Respublikası Sumqayıt “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsində bağlanmış xx.xx.2019-cu il tarixli, 848 nömrəli nikah qeydiyyatının pozulması iddia tələbi ilə Abşeron rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin 10 mart 2025-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və 04 may 2019-cu il təvəllüdlü X4 ərizəçinin himayəsində saxlanılmışdır. Aralarında mediatorun iştirakı ilə bağlanmış MŞB/6- 02240 nömrəli, xx.xx.2024-cü il tarixli Barışıq Sazişindən görünür ki, “tərəflər kimi çıxış edən Ərizəçi və Maraqlı şəxs xx.xx.2019-cu il tarixdə, 848 nömrə ilə qeydə alınmış nikahın müddət verilmədən məhkəmə qaydasında pozulmasına etiraz etmirlər. İkinci tərəf kimi çıxış edən atası Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladı: xx.xx.2019-cu il təvəllüdlü X2 anası Ərizəçi himayəsində qalmasına etiraz etmir. İkinci tərəf kimi çıxış edən atası Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladı: xx.xx.2019-cu il təvəllüdlü X4 üçün xx.xx.2025-ci il tarixindən etibarən hər ayın 20- dən 30-dək 245 (iki yüz qırx beş) manat məbləğində aliment haqqını birinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs birinci tərəf kimi çıxış edən Ərizəçi və birgə nikahdan dünyaya gəlmiş övladı: xx.xx.2019-cu il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən mənzildə yaşamalarına etiraz etmir və onlara qarşı fiziki və psixi zorakılıq hərəkətlərindən çəkinəcəyini öhdəsinə götürür. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs təsdiq və bəyan edir ki, birinci tərəf kimi çıxış edən Ərizəçi cehiz əşyaları ünvan 1 ünvanında yerləşən mənzildə yerləşir və bu əşyaların həmin mənzildə qalmasına etiraz etmir”. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni aralarında bağlanmış MŞB/6-02240 nömrəli, xx.xx.2024-cü il tarixli Barışıq Sazişini könüllü icra etməkdən qəti boyun qaçıraraq, birgə nikahdan dünyaya gəlmiş övladları: xx.xx.2019-cu il təvəllüdlü X4 üçün xx.xx.2025-ci il tarixindən etibarən hər ayın 20-dən 30-dək 245 (iki yüz qırx beş) manat məbləğində aliment haqqını ödəmir və hal-hazırda onun 1000 manata yaxın aliment borcu yaranmışdır. Ona görə də, ərizəçi, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hesab edir ki, cavabdeh Barışıq Sazişini könüllü icra etmədiyi üçün üzərinə götürdüyü öhdəliyi məcburi qaydada icra etməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməlidir. Bununla əlaqədar, Abşeron rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Lakin Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3036/2025 saylı qərardadı ilə mənim Maraqlı şəxs qarşı ‘‘Barışıq Sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlərlə geri qaytarılmış, ünvan 2 ünvanında qeydiyyatda olmasına görə həmin ərizəyə Sumqayıt şəhər Məhkəməsində baxılmalıdır.Ona görə də, ərizəçi, hal-hazırda Sumqayıt şəhər Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək onunla Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli, MŞB/6-02240 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan : - Bakı 6 saylı Mediasiya təşkilatında mediator X1 iştirakı ilə bağlanılmış xx.xx.2024cü il tarixdə bağlanmış MŞB/6-02240 saylı barışıq sazişindən görünür ki, tərəflər kimi çıxış edən Ərizəçi və Maraqlı şəxs xx.xx.2019-cu il tarixdə, 848 nömrə ilə qeydə alınmış nikahın müddət verilmədən məhkəmə qaydasında pozulmasına etiraz etmədiyini və Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2019-cu il təvəllüdlü X2 anası Ərizəçi himayəsində qalmasına etiraz etmir. Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2019-cu il təvəllüdlü X4 üçün xx.xx.2025-ci il tarixindən etibarən hər ayın 20-dən 30dək 245 (iki yüz qırx beş) manat məbləğində aliment haqqını Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. Maraqlı şəxs, Ərizəçi və birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2019-cu il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən mənzildə yaşamalarına etiraz etmir və onlara qarşı fiziki və psixi zorakılıq hərəkətlərindən çəkinəcəyini öhdəsinə götürür. Maraqlı şəxs təsdiq və bəyan edir ki, Ərizəçi cehiz əşyaları ünvan 1 ünvanında yerləşən mənzildə yerləşir və bu əşyaların həmin mənzildə qalmasına etiraz etmir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, ərizəçi ilə Maraqlı şəxs ər-arvad münasibətlərinin davam etdirilməsinin mümkünsüzlüyü qənaətinə gələrək xx.xx.2024-cü il tarixdə mediator X1 iştirakı ilə ərizəçi ilə Maraqlı şəxs arasında MŞB/6-02240 saylı barışıq sazişi bağlamışdır. Barışıq sazişinin şərtlərinə görə Ərizəçi və Maraqlı şəxs xx.xx.2019-cu il tarixdə, 848 nömrə ilə qeydə alınmış nikahın müddət verilmədən məhkəmə qaydasında pozulmasına etiraz etmədiyini və Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2019-cu il təvəllüdlü X2 anası Ərizəçi himayəsində qalmasına etiraz etmir. Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2019-cu il təvəllüdlü X4 üçün xx.xx.2025-ci il tarixindən etibarən hər ayın 20-dən 30dək 245 (iki yüz qırx beş) manat məbləğində aliment haqqını Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. Maraqlı şəxs, Ərizəçi və birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2019-cu il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən mənzildə yaşamalarına etiraz etmir və onlara qarşı fiziki və psixi zorakılıq hərəkətlərindən çəkinəcəyini öhdəsinə götürür. Maraqlı şəxs təsdiq və bəyan edir ki, Ərizəçi cehiz əşyaları ünvan 1 ünvanında yerləşən mənzildə yerləşir və bu əşyaların həmin mənzildə qalmasına etiraz etmir. Lakin qanunda nəzərdə tutulmuş müddət ərzində X5 tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X1 iştirakı ilə Bakı 6 saylı Mediasiya təşkilatında bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞB/6-02240 saylı barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 355, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 6 saylı Mediasiya təşkilatında mediator X1 iştirakı ilə bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞB/6-02240 saylı barışıq sazişi təsdiq edilsin. Qətnamə MŞB/6-02240 saylı barışıq sazişinin alimentə dair hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar