Məhkəmə qərarları › İş №2(060)-4161/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4161/2021

21.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4161/2021 21.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh «Cavabdeh” BOKT MMC-yə qarşı müqavilənin ləğvi və etibarsız hesab edilməsi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) «Cavabdeh” BOKT MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00129-01 saylı kredit müqaviləsinin ləğv edilməsini, xx.xx.2015-ci il tarixli, 2015/00129-01 saylı kredit müqaviləsinin və xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müəyyən olunmuşdur ki, iddia ərizəsində cavabdehin hüquqi ünvanı ünvan 1ı Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (35.1.). Əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır (152.1.3). Məhkəmə hesab edir ki, cavabdehin hüquqi ünvanı ünvan 2erləşdiyi yerin səlahiyyətli məhkəməsinə müraciət etməli idi. Yəni, Sumqayıt Şəhər Məhkəməsi ərazi aidiyyatı üzrə hazırkı işə baxmağa səlahiyyətli deyildir. Bu səbəbdən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh «Cavabdeh” BOKT MMC-yə qarşı müqavilənin ləğvi və etibarsız hesab edilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar