Məhkəmə qərarları › İş №2(060)-4174/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4174/2020

25.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4174/2020 25.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası 1920-ci il təvəllüdlü X1 1995-ci il dekabr ayının 29-da Salyan rayonunun Pratmangəncəli kəndində ölməsi faktınm müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, anası X2 1920-ci ildə Salyan rayonunda anadan olmuşdur. O, 1995-ci il dekabr ayının 29-da qəfil baş vermiş «beyin qansızması» xəstəliyindən Salyan rayonunun Pratmangəncəli kəndində yerləşən evində dünyasını dəyişmiş və həmin kəndin qəbirstanlığında da dəfn edilmişdir. Həmin gün başları analarının dəfn və hüzn mərasiminə qarışdığı üçün həkimə müraciət etməmiş və bu səbəbdən də ölüm haqqında həkim arayışı olmamışdır. Anasının ölümü ilə bağlı ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı Sumqayıt “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin bildirilmişdir ki, həkim arayışı olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümkünsüzdür. Ona görə də məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bu səbəbdən də ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Anasının həqiqətən də 1995-ci ildə ev şəraitində dünyasını dəyişməsini və kənd qəbirstanlığında dəfn edilməsini təsdiq edən şahidləri də vardır. Göstərilənlərə əsasən o, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X3 bildirdi ki, X2 onun anasıdır. Anası xx xxxxxx 1995-ci il tarixdə Salyan rayonunun Pratmangəncəli kəndində, yaşadığı mənzildə vəfat etmişdir. Ölüm haqında şəhadətnamənin alınmaması barədə onda heç bir məlumat yoxdur. Dəfnində və yas mərasimində iştirak etmişdir. Şahid qismində dindirilən X10 bildirdi ki, X2 onun bibisidir. Bibisi xx xxxxxx 1995-ci il tarixdə vəfat etmişdir, o bibisinin dəfnində iştirak etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada rəsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Salyan rayonu Pratmangəncəli kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. Ərizəçi xx.xx.1959-cu il tarixdə Salyan rayonu Pratmangəncəli kəndində anadan olmuş, ata qrafasında X4, ana qrafasında isə X2 qeyd olunmuşdur. (iş materiallarına əlavə olunmuş AZ-T 121650 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada rəsdiq olunmuş surətinə əsasən) Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 05/Q-2013/70 nömrəli akt qeydindən görünür ki, X2 barəsində Salyan rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Salyan rayon İHB-nın Çuxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Ərizəçi verilmiş xx.xx.2020-ci il tarixli, 221 saylı arayışından görünür ki, anası X5 xx.xx.1995 ci ildə Salyan rayonu, P.Gəncəli kəndində vəfat etmiş və Gəncəli kəndində dəfn olunmuşdur. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 1920-ci il təvəllüdlü X2 xx xxxxxx 1995-ci il tarixdə Salyan rayonunun Pratmangəncəli kəndində vəfat etmişdir. Bu fakt Salyan rayon İHB-nın Çuxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 221 saylı arayışı, şahid ifadələri, foto şəkillər və digər iş materialları ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 1920-ci il təvəllüdlü X1 xx xxxxxx 1995-ci il tarixdə Salyan rayonunun Pratmangəncəli kəndində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1920-ci ildə Salyan rayonunda anadan olmuş X1 xx xxxxxx 1995-ci il tarixdə Salyan rayonunun Pratmangəncəli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar