Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4249/2025 10.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hаkim Behbudova Aynur Mirzalı qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi Maraqlı şəxs1 olmaqla “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 olmaqla “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə mürаciət edərək, məhkəmədən mediasıya prosesi nəticəsində mediyasiya reyestrində M-00505 nömrəsi ilə qeydiyyatdan keçmiş, mediator X2 iştirakı ilə bağlanılan xx.xx.2025-ci il tarixli, MŞŞ/MT030/2025-00231 saylı “barışıq Sazişi” “alimentin tutulması”, yəni mübahisə tərəfi olan, “Maraqlı şəxs1 birgə nikahdan olan övladları, xx.xx.2010-cu il təv.X5, xx.xx.2013-cü il təv. X4 və xx.xx.2017-ci il təv. X6 yetkinlik yaşına çatana kimi saxlanamsı üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat ümumilikdə 600 (altı yüz) manat sabit pul məbləğində alment cari aydan etibarən hər ay sonuncu günündən gec olamyaraq Ərizəçi xeyrinə ödənilməsi” hissədə məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq olunsun və qərar icra olunması üçün adiyyəti üzrə göndərilməsi, Maraqlı şəxs1, Ərizəçi xeyrinə ərizəyə görə ödənilmiş 101 manat dövlət rüsumu tutulması barədə qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onlar, cavabdeh Maraqlı şəxs1 ilə 23 fevral 2010-ci il tarixdə Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsində bağlanmış nikahlarının pozulması və birgə nikahdan doğulan 17.11,2010-cu il təv.X5, xx.xx.2013-cü il təv.X4 və xx.xx.2017-ci il təv.X1 üçün aliment tutulması məqsədi ilə qüvvədə olan qanunverciliyə əsasən ilk öncə ailə münasibətlərindən irəli gələn mübahisələri, o, cümlədən “nikahın pozulması və aliment tutulması” tələbəni mediasiya xidməti vasitəsi ilə həll etməkdən ötrü Sumqayıt 1 saylı mediyasiya təşkilatına müraciət etmişdir. Mediyasiya prosesi zamanı mübahisə tərəflə aralarında “nikahın pozulması və aliment tutulması” tələbninə dair xx.xx.2025-ci il tarixində, MŞŞ/MTQ30/2025-00231 saylı “barışıq sazişi” başlanmışdır. “Barışıq sazişi”nin 1-ci bəndinə əsasən aralarında olan nikahın pozulmasına münasibətdə tələb bu hissənin məhkəmə müstəvisində həll edilməsi razılaşdırılmış, “Barışıq sazişi”nin “aliment tutulması“ hissəsinə münsibətdə isə sazişin 2-ci bəndinə əsasən “mübahisə tərəfi olan Maraqlı şəxs1 birgə nikahdan olan övladları, 17.11,2010-cu il təv.X5, xx.xx.2013-cü il təv. X4 və xx.xx.2017-ci il təv.X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat ümumilikdə 600 (altı yüz) manat sabit pul məbləğində aliment cari aydan etibarən hər ay sonuncu günündən gec olmayaraq Ərizəçi ödəmək barədə öhdəlik götürmüşdür”. Lakin sazişin nikahın pozulması hissəsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2321/2025 saylı, xx.xx.2025-ci tarixli qətnaməsi ilə həll edilsə də, mübahisə tərəf sazişin alimentin tutulması hissəsinin icrasından boyun qaçıraraq, “barışıq sazişi”nin 2-ci bəndi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş və bununla da bugünə qədər borclunun 2400 manat ödənlməmiş aliment öhdəliyi qalmışdır. Hazırda maraqlı şəxs (mübahisə tərəf) tərəfindən xx.xx.2025-ci il tarixli, MŞŞ/MT030/2025-00231 saylı “barışıq sazişi”nin 6-cı bəndinin “saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən “tərəflər"’ üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təvqim gün müddətində könüllü şəkildə icra olunmalıdır, tələbi pozulmuşdur, yəni hər ay hər uşağa görə 200 (iki yüz) manat ümumilikdə 600 (altı yüz) manat sabit pul məbləğində alment cari aydan etibarən hər ay sonuncu günündən gec olamayaraq Ərizəçi ödənilməsini öhdəsinə götürmüş tərəf “barışıq sazişi”nin əsas şərtlərini pozmuşdur və ərizəçinin hüquq yaranmışdır ki, məhkəməyə müraciət edərək “barışıq sazişi”nin məcburi icrasını tələb etsin. Ərizəçi və maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Ərizəçi və maraqlı şəxsin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmələri işə baxılmasına mane olmadığından, məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizə tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Tərəflər arasında mediasiya proseduru çərçivəsində bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər Ərizəçi və Maraqlı şəxs1 barışmaq üçün vaxt verilmədən aralarında Bakı şəhəri, Yasamal Rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə 128 saylı akt qeydi ilə qeydə alınmış nikahın pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Maraqlı şəxs1 birgə nikahdan olan övladları, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat ümumilikdə 600 (altı yüz) manat sabit pul məbləğində aliment cari aydan etibarən hər ay sonuncu günündən gec olamyaraq Ərizəçi ödəmək barədə öhdəlik götürür. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017ci il təvəllüdlü X9 anadan olmuşdur. xx.xx.2025-ci il tarixli, ********** mədaxil qəbzinin surətindən görünür ki, ərizəçi məhkəmədə ərizə qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Əsaslandırıcı hissə: Hazırki ərizə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: -3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. -3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. -34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. -34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. -34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Eyni Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eyni Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: -355-26.1.1-ci maddəyə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; -355-26.1.2-ci maddəyə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Göstərilən Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, Maraqlı şəxs1 100 manat dövlət rüsumu tutularaq Ərizəçi ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 119-cu, 216- 220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Maraqlı şəxs1 ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00231 saylı barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin.
2. Maraqlı şəxs1 birgə nikahdan olan övladları, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat ümumilikdə 600 (altı yüz) manat sabit pul məbləğində aliment cari aydan etibarən hər ay sonuncu günündən gec olmayaraq Ərizəçi ödəmək barədə öhdəlik götürür. Maraqlı şəxs1 tərəfindən 12 fevral 2025-ci il tarixli barışıq sazişinin şərtləri üzrə icra etdiyi öhdəliyi (ödədiyi alimentin məbləğləri) nəzərə alınsın. Qətnamə alimentə dair hissədə dərhal icraya yönəldilsin. Maraqlı şəxs1 100 manat dövlət rüsumu tutularaq Ərizəçi ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aynur Behbudova