Məhkəmə qərarları › İş №2(060)-4283/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4283/2021

07.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4283/2021 07.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi tələbinə» dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «ölüm faktının müəyyən edilməsi tələbinə» dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, 24 yanvar 2021-ci ildə vəfat etmiş və Qusar rayonunun Yasab kənd qəbristanlığında dəfn olunmuş mərhum atası X2 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, X7 onun atasıdır. Mərhum atası 14 avqust 1953-cü ildə Azərbaycan Respublikasının, Qusar rayonun Yasab kəndində anadan olmuşdur. Atası M.Hüseynov 24 yanvar 2021-ci ildə ev şəraitində vəfat etmiş və el adəti ilə Qusar rayonunun Yasab kənd qəbirstanlığında dəfn olunmuşdur. Atası ev şəratində vəfat etdiyinə görə tibb müəssisəsi tərəfindən ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Mərhum atası Məcid Hüseynovun ev şəraitində vəfat etməsini 24.01.2021-ci il tarixli Təcili və X4 Stansiyasının “Ölüm haqqında xəbərdarlıq vərəqəsi“ təsdiq edir. Mərhum atası X3 ölüm haqqında şəhadətnamə ala bilmədikləri üçün mülkiyyətində olan mənzilin vərəsəlik qaydasında vərəsələr arasında bölünməsi mümkün olmamışdır. Bir daha bildirir ki, atası ev şəratində vəfat etdiyinə görə tibb müəssisəsi tərəfindən ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etməli olur. “Ölüm haqqında şəhadətnamə“ almaq üçün Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Maraqlı tərəf məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı şəxs, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, mərhum 14.08.1953-cü il təvəllüdlü X7 onun qayınatasıdır. Qayınatası ev şəraitində rəhmətə getmişdir. Mərhum qaynatası spirtli içki içən insan olmuşdur. Əvvəllər qaynatası spirtli içki içib, sonra atmış, lakin daha sonra sağalmışdır. Sağaldıqdan sonra yenə də spirtli içki qəbul etmişdir. Həqiqətən də qaynatası 24.01.2021-ci il tarixdə vəfat etmişdir. O, qaynatasının dəfn mərasiminda iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, mərhum 14.08.1953-cü il təvəllüdlü X7 bacısının qayınatasıdır. Bacısının qayınatası ev şəraitində 24.01.2021-ci il tarixdə vəfat etmişdir. O, mərhumun dəfn və yas mərasiminda iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, mərhum 14.08.1953-cü il təvəllüdlü X7 qızının qayınatasıdır. Qızının qayınatası ev şəraitində və gecə saatlarında 24.01.2021-ci il tarixdə vəfat etmişdir. O, mərhumun yas mərasiminda iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13.04.2021-ci il tarixli, 05/Q-985/15 nömrəli məktubdan görünür ki, Sumqayıt şəhər Qeydiyyat şöbəsi ərizəçinin 13.04.2021-ci il tarixdə atası X2 ölümünün qeydiyyata alınması barədə ərizəsinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə,habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və baqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsinin tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan Qusar RİHB-nın Yasab kənd İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07.04.2021-ci il tarixli, 123 nömrəli arayışdan görünür ki, X7 24.01.2021-ci il tarixdə Qusar rayonunun Yasab kənd qənristanlığında dəfn olunmuşdur. Beləliklə, ərizəçinin izahatı və şahidlərin ifadəsi ilə, həmçinin iş materiallarında olan sənədlərlə 14.08.1953-cü il təvəllüdlü X2 24.01.2021-ci ildə vəfat etməsi faktı öz təsdiqini tapmışdır. Eyni zamanda, müəyyən olunmuşdur ki, Ərizəçi 14.08.1953-cü il təvəllüdlü X2 ölümünü təsdiq edən sənədi başqa qaydada ala bilməsi mümkün deyildir. Ona görə də, məhkəmə belə hesab edir ki, 14.08.1953-cü il təvəllüdlü X2 24.01.2021-ci ildə vəfat etməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 14.08.1953-cü il təvəllüdlü X2 24.01.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar