Məhkəmə qərarları › İş №2(060)-4331/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4331/2024

29.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4331/2024 29.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X12 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X1 ölüm faktının müəyyən edilməsi və bununla bağlı ölüm haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxs üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəyə dəqiqləşmə verərək, bacısı X1 1978-ci ilin mart ayının 8-də Sumqayıt şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X4 onun doğma bacısıdır. X13 xx.xx.1977-ci il tarixdə doğulmuş və 1978-ci ilin, mart ayının 8-də vəfat etmişdir. Mərhum bacısı X1 ölüm faktının müəyyən edilməsi və onun ölməsi barədə şəhadətnamə verilməsi ilə bağlı Maraqlı şəxsnə rəsmi qayda da müraciət etmişdir. Sumqayıt Qeydiyyat Şöbəsinin rəisi Təranə Novruzovanın xx.xx.2024-cü il tarixli məktubunda məlum olur ki, bacısı Elmira barəsində ölümün qeydiyyata alınması və şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bu imtinanın heç bir hüquqi əsası yoxdur, belə ki, atası və anası vəfat etmişdir. O, isə AR Ailə Məcəlləsinin 194-cü maddəsinin tələblərinə əsasən bacısının ölüm faktının müəyyən edilməsi ilə bağlı Maraqlı şəxsnə rəsmi müraciət etmişdir. Quba rayon İHB-nin Zərqava kənd İƏD üzrə nümayəndəsi Fərman Tahirov tərəfindən 24 may 2024-cü il tarixli şahidlərin iştirakı ilə təsdiq edilib möhürlənmiş aktdan məlum olur ki, xx.xx.1977-ci ildə anadan olmuş bacım X4 həqiqətən 1978-ci ilin mart ayının 8-də vəfat etmişdir. Məhkəmədə Ərizəçi eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPMnin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İşdə olan Quba rayon İHB-nin Zərqava kənd İƏD üzrə nümayəndəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.1977-ci ildə doğulmuş X4 həqiqətən 1978-ci ilin mart ayında vəfat etmiş, nəşi Quba rayonu Kələnov kəndindəki kənd qəbristanlığında dəfn olunmuşdur. İşdə olan Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanladığı məktubdan görünür ki, X1 ölümünü təsdiq edən tibbi şəhadətnamə olmamasını nəzərə alaraq ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X5 xx.xx.2000-ci il və X3 xx.xx.2024-cü il tarixdə ölmüşlər. İşə əlavə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X4 və Ərizəçi doğum haqqında şəhadətnamələrində ata qrafasında X6, ana qrafasında X2 qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı ilə həqiqətən bacısı xx.xx.1977-ci təvəllüdlü X4 xx.xx.1978-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı sübut olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 22 iyun 1977-ci təvəllüdlü X1 08 mart 1978-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar