Məhkəmə qərarları › İş №2(060)-4349/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4349/2021

26.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4349/2021 26.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu, İddiaçı Behbudova (Əkbərova) Sona Hüseyn qızının cavabdehlər Cavabdeh1 və Sumqayıt «ASAN xidmət» Mərkəzinin Notariat Kontoruna qarşı «vərəsə kimi tanınma və vərəsəlik işinin ləğvi tələbinə» dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən kecirib, MÜƏYYƏN ETDİM : İddiaçı Behbudova (Əkbərova) Sona Hüseyn qızı iddia ərizə ilə məhkəməyə müraciət edərək, 27.10.2020-ci ildə vəfat etmiş X1 vərəsəsi kimi tanınmağı və Sumqayıt «ASAN xidmət» Mərkəzinin Notariat Kontorunda açılmış vərəsəlik işinin ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəyə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilməməklə verilmişdir. Belə ki, iddiaçı Sumqayıt «ASAN xidmət» Mərkəzinin Notariat Kontoruna müraciət etməsi barədə sənədi ərizəyə əlavə etməmişdir. Yəni, iddiaçı ilkin olaraq Sumqayıt «ASAN xidmət» Mərkəzinin Notariat Kontoruna müraciət etməli idi. Bundan əlavə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1 maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə belə halda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iddiaçı Behbudova (Əkbərova) Sona Hüseyn qızı tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə tərtib edilmişdir. Ona görə də iddia ərizə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin tələblərinə, forma və məzmununa riayət edilməməklə məhkəməyə verildiyindən məhkəmə icraatı qeyri-mümkündür və ərizə geri qaytarılmalıdır. Belə ki Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada təkrarən məhkəməyə müraciət etmə hüququ izah edilməlidir. Yuxarıdakıları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3, 149-152 və 263-269-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM : İddiaçı Behbudova (Əkbərova) Sona Hüseyn qızının cavabdehlər Cavabdeh1 və Sumqayıt «ASAN xidmət» Mərkəzinin Notariat Kontoruna qarşı «vərəsə kimi tanınma və vərəsəlik işinin ləğvi tələbinə» dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinçi dəfə məhkəməyə müraçiət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. HAKİM: RƏŞAD QOŞQARLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar