Məhkəmə qərarları › İş №2(060)-4359/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4359/2020

10.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4359/2020 10.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakışəhər Sabunçu rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Bakı şəhər Sabunçu rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əri xx.xx.1965-ci il təvəllüdlü X3 xx xxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi, ərizəsini onunla əsaslandırmışdır ki, əri xx.xx.1965-ci il təvəllüdlü X6 xx xxx 2020-ci il tarixdə qonaq getdikləri Bakı şəhər Sabunçu rayonunda fərdi yaşayış evində qəfil baş vermiş ürək tutmasından dünyasını dəyişmiş və səhəri günü, yəni xx.xx.2020-ci il tarixdə həyat yoldaşını Sumqayıt şəhər Qəbiristanlığında dəfn etmişlər. Başı dəfn və hüzn mərasimlərinə qarışdığından həkimə müraciət etməmiş və bu səbəbdən də ölüm haqqında həkim arayışı almamışdır. “Ölüm haqqında şəhadətnamə” almaq üçün Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin ona bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümkünsüzdür, bununla bağlı məhkəməyə müraciət etməlidir. Bu halları təsdiq edəcək şahidləri də vardır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, ərizəçi ilə on ildən artıqdır ki, qonşudurlar. Ailəvi olaraq gediş-gəlişləri vardır. Ərizəçinin əri Əliyev İlham qəflətən ürək tutmasından xx xxx 2020-ci il tarixdə vəfat etdi. Onun əri mərhumu xəstəxanaya apararkən yolda vəfat etmişdi. O, qonşu kimi yas və dəfn mərasimlərində iştirak edib. X8 Sumqayıtda şəhər Qəbiristanlığında dəfn olundu. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Ərizəçi ilə qonşudurlar. Münasibətləri yaxşıdır. Ərizəçinin əri xx.xx.2020-ci il tarixdə qəfildən vəziyyəti pisləşərək vəfat etmişdir. O, dəfn və yas mərasimlərində iştirak edib, mərhum Sumqayıtda şəhər Qəbiristanlığında dəfn olundu. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Vİ-JQ seriyalı 336167 saylı nikah bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 ilə Ərizəçi arasında xx.xx.1993-cü il tarixdə 16 saylı nikah qeydi ilə nikah bağlanmışdır. Bakı şəhər Sabunçu rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli 733-05/15 saylı məktubundan görünür ki, Ərizəçi ərinin ölümünü təsdiq edən sənəd olmaması səbəbindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Sumqayıt şəhəri İcra Hakimiyyəti MKS İB Vətəndaşlara Xidmət İdarəsi tərəfindən verilmiş 10 saylı, xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, X6 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və Sumqayıt şəhər qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilmiş qəbir daşının fotoşəklindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı araşdırılan sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1965-ci ildə anadan olmuş X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar