Məhkəmə qərarları › İş №2(060)-4369/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4369/2023

22.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4369/2023 22.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə edərək, onunla Ərizəçi arasında mediator X1 iştirakı ilə xx.xx.2023-cü il, MŞS/MT030/2023-00546 saylı Sumqayıt Şəhərində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında bildirdi ki, aprel ayından 3 aydır ki, alimenti ödəmirdi. Dünən bir ayın məbləğini ödəmiş və yenə iki ayın məbləği qalmışdır. Öz aralarında razılığa gəlmişlər ki, alimenti ödəyəcəkdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında bildirdi ki, o Qarabağda işlədiyi üçün bir müddət gecikmişdir. Ona görə də ödənişlər gecikmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, ərizəni araşdıraraq hesab edir ki, ərizəçi ərizənin baxılmamış saxlanılmasını xahiş etdiyindən və maraqlı şəxs işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi baxılmamış saxlansın və iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar