Məhkəmə qərarları › İş №2(060)-4387/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4387/2024

21.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4387/2024 21.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında mediasiya prosesi nəticəsində bağlanmış MŞS/MT030/2024/00178 saylı, 16 fevral 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası 29 mart 2019-cu il tarixli 1555-VQ saylı Qanununun 28-ci maddəsinin tələblərinə uyğun olaraq o, və cavabdeh aralarındakı ailə münasibətlərindən irəli gələn mübahisənin mediasiya vasitəsi ilə həll etmək üçün mediasiya prosesində iştirak etmişlər və həm ilkin həm də tam mediasiya sesiyasında ətraflı müzakirələr apararaq, qərara gəlmişlər ki, aralarındakı nikah qeydi qarşılıqlı razılıq əsasında pozulacaq, nikah pozulduqdan sonra uşaq anasının, onun yanında qalacaq, övladları xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2011ci il doğumlu X3, xx.xx.2017-ci il doğumlu X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 235 manat, cəmi 705 manat sabit pul məbləğində alimentin ödənilməsini cavabdeh bu sazişlə öz üzərinə götürmüşdür. Bu qeyd edilənlər mediasiya prosesində mediatorun iştirakı ilə rəsmiləşdirilərək, aralarında MŞS/MT030/2024/00178 saylı 16 fevral 2024-cü il tarixli Saziş imzalanmışdır, lakin o, hər dəfə onu axtarır ki, alimentini ödəsin, may ayında isə axtarsa, tələb etsə belə bir qəpik də ödəməmişdir. Artıq bir neçə aydır ki, cavabdeh sazişlə ödəməli olduğu 705 manat aliment məbləğini ödəmir. Hansı ki, Mediasiya haqqında qanuna əsasən 10 gün müddətində ona müəyyən edilmiş aliment məbləği ödənilməli idi. Odur ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi zərurəti yaranmışdır. Məhkəmədə Ərizəçi eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2222/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında 12 mart 2008-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsində bağlanmış 192 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs nümayəndəsi X4 arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan 16 fevral 2024-cü il tarixdə MŞS/MT030/2024/00178 nömrəli barışıq sazişindən görünür ki, hər iki tərəf - Maraqlı şəxs ilə Ərizəçi bir- birinə qarşı heç bir tələb irəli sürmədən və barışıq üçün vaxt verilmədən aralarındakı nikah qeydinin (Bakı şəhəri. Sabunçu rayon Qeydiyyat şöbəsi,xx.xx.2008-ci il 192 nömrə ilə qeyd edilmiş, AZ-İ 384426) pozulmasına razılaşırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi Məhkəmə müstəvisində həll ediləcəkdlr. Tərəflərin, yəni Maraqlı şəxs və Ərizəçi rəsmi nikah münasibətlərindən doğulmuş övladları a aşağıdakılardır: 28.01,2010-cu il doğumlu X2, xx.xx.2011 -ci il doğumlu X3, xx.xx.2017-ci il doğumlu X6. 2. Mediasiya prosesində - Maraqlı şəxs (uşağın - atası) uşaqların xx.xx.2010cu il doğumlu X2, xx.xx.2011-ci il doğumlu X3 və xx.xx.2017-ci il doğumlu X6, Ərizəçi ( uşağın - anası) himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar. 3. Mediasiya prosesində - Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən doğulmuş övladları xx.xx.2010-cu il doğumlu X2, xx.xx.2011-ci il doğumlu X3 və 24.102017-ci il doğumlu X1 üçün Maraqlı şəxs (uşaqların - atası) hər bir (1) uşaq ücün 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 705 (yeddi yüz beş) manatı alimenti Fevral ayından başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi (uşağın anası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü. Mediasiya prosesində - Ərizəçi ( uşağın anası) ilə Maraqlı şəxs (uşağın atası) arasında imzalanacaq sazişə əsasən uşaqlar xx.xx.2010-cu il doğumlu X2, xx.xx.2011-ci doğumlu X3 və 24.102017-ci il doğumlu X6 ataları-Maraqlı şəxs ilə hər hansı (ay, gün və saat barədə məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olnayacağı barədə Ərizəçi (uşağın - anası) razılaşaraq öhdəlik götürdü. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər arasında 16 fevral 2024-cü il tarixdə MŞS/MT030/2024/00178 nömrəli barışıq sazişi imzalanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə qeyd olunan normalardan çıxış edərək hesab edir ki, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təsdiq edilsin. Tərəflər arasında 16 fevral 2024-cü il tarixdə bağlanmış MŞS/MT030/2024/00178 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar