Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-441/2023 05.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinə xitam verilməklə cavabdehin qeyriyaşayış binasından çıxarılması və digər tələbinə dair işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə xitam verilməklə cavabdehin icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılması, qeyri-yaşayış binasının bütün əşyalar çıxarılmaqla boşaldılmış vəziyyətdə təhvil verilməsi, həmçinin məhkəməyə müraciət olunduğu vaxtdan cavabdehin qeyriyaşayış binasından çıxmadığı hər ay üçün icarə haqqından əlavə aylıq 300 manat məbləğində pulun və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-1099/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd etmiş və mülki işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (35.1.). Astara Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadında hazırkı iş üzrə cavabdehin hüquqi ünvanının Sumqayıt şəhərində yerləşməsini əsas götürərək hesab etmişdir ki, işə ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir (39.1). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. İddiaçı hazırkı tələbində cavabdeh ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə xitam verilməklə cavabdehin icarəyə götürdüyü ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılmasını, qeyri-yaşayış binasının bütün əşyalar çıxarılmaqla boşaldılmış vəziyyətdə təhvil verilməsini, həmçinin məhkəməyə müraciət olunduğu vaxtdan cavabdehin qeyri-yaşayış binasından çıxmadığı hər ay üçün icarə haqqından əlavə aylıq 300 manat məbləğində pulun və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş edir. Göründüyü kimi iddia ərizəsində bir neçə tələb birləşdirilsə də, əsas tələb cavabdehin ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılması, yəni daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsidir. Belə olan halda iddiaçını tələbi MPM-in müstəsna aidiyyətlə bağlı 39.1-ci maddəsinin təsir dairəsinə düşür. İddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi daşınmaz əmlak Astara şəhərində yerləşdiyindən, hazırkı tələbə Astara Rayon Məhkəməsində baxılmalı idi. MPM-ə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisəyə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. (45.4). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 45.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinə xitam verilməklə cavabdehin qeyri-yaşayış binasından çıxarılması və digər tələbinə dair mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-441/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-441/2023
05.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver