Məhkəmə qərarları › İş №2(060)-4414/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4414/2025

07.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4414/2025 07.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair (maraqlı şəxs: Maraqlı şəxs) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, əri Məmmədov Zamin Nurəddin oğlunun xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi və Maraqlı şəxs üzərinə Məmmədov Zamin Nurəddin oğlunun ölümü haqqında şəhadətnamə vermək vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin əri xx.xx.1977-ci il təvəllüdlü Məmmədov Zamin Nurəddin oğlu xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, BTZ bağlar ərazisindəki torpaq sahəsində işləyən zaman özünü pis hiss etdiyinə görə işi yarımçıq saxlayıb şəxsi minik avtomaşını ilə evə qayıdarkən, yolda qəflətən ürək tutmasından sinəsində kəskin ağrılar olduğundan, Sumqayıt TTTYS bölməsinə müraciət etmişlər. Həkim briqadası yolda olduqları yerə çatan zaman Zamin Məmmədov küçədə avtomobilin sürücü oturacağında yarı oturaq vəziyyətdə olmuşdur. X7 ərini müayinə edərək artıq onun dünyasını dəyişdiyini bildirmişdir. Həmin vaxt əraziyə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin BTZ zavodu ərazisinə baxan sahə müvəkkili də gəlmiş və onlardan müvafiq izahatlar alınmışdır. Bu faktı həmin vaxt orada olanlar da təsdiq edə bilərlər. Həkim arayışı olmadığına görə ərinin ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ölüm haqqında şəhadətnamə amaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Maraqlı şəxsndən bildirilmişdir ki, həkim arayışı olmadığına görə ölüm haqqında şəhadətnamə almaq üçün məhkəməyə müraciət etmək lazımdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayənəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, ərizəçinin bacısıdır. Məmmədov Zamin Nurəddin oğlu ürək tutmasından ölmüş, Sumqayıt Qəbristanlığında dəfn edilmişdir. O, öləndə bacısı birinci ona zəng etmişdir. Hadisə yerinə çatanda Zamin artıq vəfat etmişdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, ərizəçi onun baldızıdır. xx.xx.2025-ci il tarixdə ona məlumat verildi ki, Zaminin vəziyyəti pisdir. Dərhal hadisə baş verən yerə gəlmiş və Zaminin artıq vəfat etdiyini görmüşdür. Daha əvvəllər də 1 dəfə Zamin özünü pis hiss etdiyi ona demişdi. Zamini Sumqayıt Qəbristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, ərizəçi onun dayısı qızıdır. xx.xx.2025-ci il tarixdə ona məlumat verildi ki, Zaminin vəziyyəti pisdir. Dərhal hadisə baş verən yerə gəlmiş və Zaminin artıq vəfat etdiyini görmüşdür. Zamini Sumqayıt Qəbristanlığında dəfn etmişlər. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: - 440413 saylı nikahən bağlanılması haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Zamin Nurəddin oğlu ilə Ərizəçi arasında xx.xx.2001-ci il tarixdə nikah bağlanmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-M-20xx/xx/2025 saylı məktubdan görünür ki, Məmmədov Zamin Nurəddin oğlunun ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. - “TƏBİB” PHŞ Respublika Təcili və X1 Mərkəzi PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixində saat 20:08-də “Respublika Təcili və X1 Mərkəzi” PHŞ-ın Sumqayıt TTTYS bölməsinə Abşeron rayonu, Ceyranbatan bağlar, BTZ bağları yolu ünvanından Məmmədov Zamin adına “halı pisdir” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı Sumqayıt TTTYS bölməsinin X7 icra etmişdir. Briqada ünvana çatan zaman Zamin Nurəddin oğlu Məmmədovun (xx.xx.1977-ci il təvəllüdlü) küçədə avtomobilin sürücü oturacağında yarı oturaq vəziyyətdə meyidini aşkar etmişdir. Həyat yoldaşının deməsinə görə şəxsi həyətyanı torpaq sahəsində işləyən zaman kəskin anginoz ağrıları olub, həyat yoldaşı ilə birgə şəxsi maşınında evə qayıdan zaman yenidən ağrıları olub, vəziyyəti kəskin pisləşib və huşunu itirib. Həyat yoldaşının deməsinə görə Z.Məmmədovda anginoz ağrılar və tutmalar dəfələrlə olsa da müayinə olunmayıb. Müayinə zamanı meyit üzərində gözlə müəyyən olunan zədə əlamətləri aşkar olunmamışdır. Meyit hadisə yerinə gələn Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşı təhqiqatçı Zaur Ağayevə təhvil verilmişdir. Çağırış barədə Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşı Orucova məlumat verilmişdir. - Sumqayıt şəhər İH MKTİİB Vətəndaşlara Xidmət İdarəsi tərəfindən verilmiş 26 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Məmmədov Zamin Nurəddin oğlu Sumqayıt şəhər qəbirstanlıqda xx.xx.2025-ci ildə dəfn edilmişdir. - Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Məmmədov Zamin Nurəddin oğlunun Sumqayıt şəhəri BTZ bağları ərazisində ürək çatışmazlığından vəfat etməsi barədə Sumqayıt şəhəri TTYX-dan telefon məlumatı daxil olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin əri Məmmədov Zamin Nurəddin oğlu xx.xx.2025-ci tarixdə saat 20:08-də Abşeron rayonu, Ceyranbatan bağlar, BTZ bağları yolu ünvanında (Sumqayıt şəhərinin inzibati ərazisi) ölmüş, Sumqayıt şəhər qəbirstanlıqda xx.xx.2025-ci il tarixdə dəfn edilmişdir. Onun ölümü ilə əlaqədar ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. xx.xx.1977-ci il təvəllüdlü Məmmədov Zamin Nurəddin oğlunun xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar